Kerim Memmedbeyov - Wikipedia
Kərim Hüseyn oğlu Məmmədbəyov (3 mart 1899, Qaytaq-Tabasaran dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası — 9 mart 1938, Moskva, RSFSR) — sovet siyasi və dövlət xadimi, inqilabçı, Dağıstan Vilayət Fövqəladə Komissiyasının sədri (1921–1922), Dağıstan Muxtar Sovet Sosialist Respublikasının daxili işlər xalq komissarı (1922–1923), Birləşmiş Siyasi İdarəsi Dağıstan vilayət şöbəsinin rəisi (1922–1925 və 1928–1931), Dağıstan MSSR maliyyə xalq komissarı (1925–1928) və Dağıstan MSSR Xalq Komissarları Sovetinin sədri (1931–1937).
Kərim Məmmədbəyov | |
---|---|
rus. Керим Гусейнович Мамедбеков | |
1921 – 1922 | |
Əvvəlki | İllarion Talaxadze |
Sonrakı | vəzifə ləğv edilib |
Dağıstan MSSR 2-ci daxili işlər xalq komissarı | |
1922 – 1923 | |
Əvvəlki | Nəcməddin Əfəndiyev |
Sonrakı | A.- M. Atayev |
1922 – 1925 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Andrey Yermolayev |
Dağıstan MSSR-in 2-ci maliyyə xalq komissarı | |
1925 – 1928 | |
Əvvəlki | Səid Qabiyev |
Sonrakı | İbrahim Əliyev |
1928 – 1931 | |
Əvvəlki | Andrey Yermolayev |
Sonrakı | Sergey Tarasyuk |
Dağıstan MSSR Xalq Komissarlar Şurasının 2-ci Sədri | |
1931 – 1937 | |
Əvvəlki | Cəlaləddin Qorxmazov |
Sonrakı | Cəmaləddin Məhəmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 7 sentyabr 1938[1] (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Partiya | ÜİK(b)P |
Fəaliyyəti | siyasətçi |
Atası | Məmmədhüseyn Mirzə Əliabbas oğlu Məmmədbəyov |
Anası | Seyid Qayabikə |
Həyat yoldaşı | Lyubov Yulyevna Erlix |
Uşağı | oğlu: Harun Məmmədbəyov |
Dini | islam |
Həyatı
redaktəKərim Məmmədbəyov 15 (27) mart 1899-cu ildə Dağıstan vilayətinin Yersi kəndində qulluqçu ailəsində anadan olub. Azərbaycanlıdır. Quba qəzasından olan atası, Dağıstan vilayətinə köçüb və orada Dərbənd seyidi kəndli Mirsadığın qızı Seyid Qayabikəyə evlənib. Ailədə Kərimdən başqa üç oğlan və üç qız da olub.
Kərim 1915-ci ildən Dərbənd şagird inqilabçı dərnəklərinin, 1917-ci ildən RSD(b)FP-nin üzvü olub.
30 aprel 1921-ci ildə Dağıstan Vilayət Fövqaladə Komissiyasının sədri, 6 may tarixindən isə RSFSR XKS yanında FK Dağıstan şöbəsinin sədri təyin edilib. Həmin ilin dekabrından eyni zamanda Dağıstan MSSR xalq daxili işlər komissarlığına rəhbərlik edib. Daxili işlər orqanlarının rəhbəri kimi Nəcməddin Əfəndiyevin qiyamının yatırılmasında, 1924-cü ildə Xasavyurt dairəsində fəaliyyət göstərən Xasu-Hacının dəstəsinin ləğv edilməsində iştirak edib. 1927-ci ilədək Cənubi Dağıstanda gizlənən ittihad dəstələrinin, Qızılyar dairəsindəki polkovnik Hovoselsovun dəstələrinin, Qaytağ-Tabasarandakı Əli Bulatın dəstələrinin, Kürə dairəsindəki Əli Şabanın, Qunib dairəsindəki Şeyx Şarafutdinin dətəsinin, Azərbaycandan gələn Samur dairəsindəki Ker Aşimin və Kazibek Mnatilovun dəstələrinin ləğv edilməsində rolu olub.
Ailəsi
redaktəKərim Məmmədbəyov inqilabçı Aron Erlixin bacısı, Dağıstanda inqilabın və vətəndaş müharibəsinin fəal iştirakçısı Lyubov Erlixlə (1902–1988) evli olub. Onların Harun adında oğlu olub, Böyük Vətən müharibəsi illərində o könüllü surətdə müharibəyə gedib və Moskva ətrafında döyüşlərdə həlak olub.
Qardaşı Ağa Leninqrad ətrafında döyüşlərdə həlak olub, digər qardaşı Hadı Volqa çayı ətrafından Berlinə qədər müharibədə iştirak edib. Rostov ətrafındakı döyüşlərdə əmisi oğlu Cabbar Məmmədbəyov həlak olub. Özündən sonra Kərim Məmmədbəyovun bütün ailəsi repressiyaya uğrayıb, həyat yoldaşı Lyubov Məmmədbəyova özü ilə bir gündə həbs edilib, 3 iyun 1940-cı ildə 8 il həbsə məhkum edilib. Oğlu 27 iyun 1938-ci ildə həbs edilib, ancaq sonra azad olunub.
Xatirəsi
redaktə- Bilici qəsəbəsində yerləşən sovxoza və Dərbənd şəhərindəki bir küçəyə Kərim Məmmədbəyovun adı verilib.
- Yersi kəndində və Dərbənd şəhərində onun büstü qoyulub.
- Mahaçqala şəhərində Lenin küçəsi 26 №-li evdə bu məzmunda lövhə vurulub: "Bu evdə 1920–1921-ci illərdə Cənubi Dağıstanın fövqaladə komissarı Kərim Məmmədbəyov yaşayıb".
İstinadlar
redaktə- ↑ Мамедбеков Керим Гусейнович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.