Kengerli Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan MR-nın Kəngərli rayonunda muzey[1] Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli, 33–03/S nömrəli Sərəncamı ilə yaradılmışdır[2]. Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində yerləşir.[3]
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1980 |
Mövzu | Tarix |
Kolleksiyası | 1500 eksponat |
Muzeyə yetişmək | Qıvraq, Kəngərli, AZ7403 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzey eksponatları
redaktə1500-dən çox maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır. Ekspozisiya zalı, fond və iş otaqlarından ibarət olan muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır.[4] Burada ibtidai icma quruluşundan başlayaraq istifadə olunmuş daş əmək alətləri, boyalı qablar, küp və keramika nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, mis məişət əşyaları, xalçalar, milli musiqi alətləri nümayiş olunur. Muzeyin ekspozisiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə vardır.[5]
İstinadlar
redaktə- ↑ "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında". www.alimeclis.az. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.16.2021.
- ↑ "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında " Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli, 33–03/S nömrəli Sərəncamı. alimeclis.az Arxivləşdirilib 2020-09-18 at the Wayback Machine (az.)
- ↑ "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır". nmn.az. İstifadə tarixi: 16.02.2021.[ölü keçid]
- ↑ "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 80-dən çox eksponat təqdim edilib". nuhcixan.az. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi". nmn.az. İstifadə tarixi: 16.02.2021.[ölü keçid]
Xarici keçidlər
redaktə- "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi". nmn.az. İstifadə tarixi: 16.02.2021.[ölü keçid]
- "Kəngərli rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında". www.alimeclis.az. İstifadə tarixi: 02.16.2021.