Kendyeri - Wikipedia
Kəndyeri - Haqqında Məlumat
Kəndyeri — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Kəndyeri | |
---|---|
40°09′21″ şm. e. 46°06′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Vikianbarda əlaqəli mediafayllar |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılıb.
Tarixi
redaktəKəndyeri kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxaslı kəndindən köçmüş ailələr qədim kəndin xarabalıqlarının qalıqları olan və Kəndyeri adlanan ərazidə salmışlar. Həmin ərazinin adı da yeni kəndə verilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Kəndyeri // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.