Kend Teserrufati Ziyanvericileri - Wikipedia
Kənd təsərrüfatı ziyanvericiləri
redaktəKənd təsərrüfatı baxımından faydalı olmayan orqanizm, qiymətli bitki növlərinə, heyvanlara və ya onların məhsuluna ziyan vurur, insanın sağlamlığına təhlükə yaradır. Kənd təsərrüfatı ziyanvericiləri böyük iqtisadi itki verir. "Ziyanvericilərin" çoxu həşəratlar arasında olur. Ən qorxulu həşərat növlərindən danadişi, kolorad kartof böcəyi, ağ amerika böcəyi, yemişan kəpənəyi, payızlıq buğda və Mamestra brassicae, həlqəvi ipəksarıyanı, məməlilərdən gəmiricilər (siçanlar, siçovullar, taxıl siçanı, sünbülqıran) və s. göstərmək olar. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı kompleks profilaktiki, o cümlədən aqro və meşə texniki, mexaniki, fiziki, kimyəvi və bioloji təbdirlər sistemi hazırlanmışdır.
Kənd təsərrüfatının kimyalaşdırılması
redaktəKimyəvi gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan yemlərinə kimyəvi əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə mübarizə aparmaq üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi. Kənd təsərrüfatının kimyalaşdırılması düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına düzgün əməl edilmədikdə) ətraf mühitin (torpaq, su hövzəsi, hava) və kənd təsərrüfatı ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli mənbəyə çevrilir.[1]
İstinadlar
redaktə- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003