Kend Teserrufati Kooperasiyasi - Wikipedia
Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiya və Yaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur.[1]
İstinadlar
redaktə- ↑ Кәнд тәсәррүфаты кооперасијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 343.
Əlavə ədəbiyyat
redaktə- Cobia, David, editor, Cooperatives in Agriculture, Prentice-Hall, Englewood Cliffs, NJ (1989), p. 50.
- Constantin Zopounidis, Nikos Kalogeras, Konstadinos Mattas, Gert van Dijk, George Baourakis. Agricultural Cooperative Management and Policy: New Robust, Reliable and Coherent Modelling Tools. Springer. 2014. ISBN 978-3-319-06635-6.
- Gijs Schilthuis, Onno-Frank van Bekkum. Agricultural Cooperatives in Central Europe: Trends and Issues in Preparation for EU Accession. Uitgeverij Van Gorcum. 2000. ISBN 978-90-232-3563-7.
- Georg Miribung. The Agricultural Cooperative in the Framework of the European Cooperative Society: Discussing and Comparing Issues of Cooperative Governance and Finance in Italy and Austria. Springer Nature. 2020. ISBN 978-3-030-44154-8.
- Xavier Hollandts, Bertrand Valiorgues: Référentiel pour une gouvernance stratégique des coopératives agricoles, chaire de recherche Alter-Gouvernance de l’Université d’Auvergne, février 2016, 41 p.