Kelemin Govde Gizli Xortumlusu - Wikipedia
Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ.
Kələmin gövdə gizli xortumlusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Kələmin gövdə gizli xortumlusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Xarici quruluşu
redaktəBöcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.
Həyat tərzi
redaktəBir dişi fərd öz həyatı boyu 40-a qədər yumurta qoyur. Rüşeymin inkişafı 4-8 gün çəkir. Bundan sonra sürfələr çıxır. Bir gövdə daxilində 20 və daha çox sürfə olur. sürfələr 1 ay yaşayır və bu dövr ərzində 3 dəfə qabıq dəyişərək 4 yaş keçirir. 2-3 həftədən sonra pupdan böcək çıxır.
Yayılması
redaktəAvropa, Şimali Afrika, Kiçik Asiya, Şimali Amerika, Zaqafqaziya, Pribaltika və Kareliya Respublikasında yayılıb. Azərbaycanın tərəvəzçılıklə məşğul olan bütün rayonlarında yayılmış kələmin gövdə gizlixortumlusu parniklərdə kələm şitillərinə və eləcədə başqa toxumluq xaççiçəkli bitkilərə zərər verir.