Kelem Taxtabitisi - Wikipedia
Kələm taxtabitisi (lat. Eurydema ventralis) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar dəstəsinin Qalxancıqlar fəsiləsinə aid olan növ.
Kələm taxtabitisi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Kələm taxtabitisi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Xarici quruluşu
redaktəQara rəngli, beli və qanadları qırmızı naxışlı böcəklərdir. Yetkin fərdin ön kürəciyi qırmızı rəngdə olmaqla, üzərində 6 qara ləkə vardır. Qalxancıq və qanadüstlüyündə zolaq, qara və qırmızı rəngdə naxışlar vardır. Qarıncıq üst tərəfdən qırmızıdır. Uzunluğu 8–10 mm-dir. Yumurtası silindrvari, çəlləkşəkillidir. Yanlarında yumru ləkələr vardır. Böyüklüyü 1 mm-dir. Süfəsi qırmızı rənglidir. Sürfələri qanadsız olur.
Həyat tərzi
redaktəKələm taxtabitisi, Quba-Xaçmaz bölgəsində yetkin mərhələdə (imaqo) bağlarda, kolluqlarda və meşələrdə yerə tökülmüş xəzəl altında qışlayır. Qışlamış fərdlər mart ayının III ongünlüyündə, havanın orta temperaturu 11-12°C, havanın nisbi rütubəti 78-80% olduqda qışlamadan çıxıb, kələm sahələrinə miqrasıya edirlər. Kələm taxtabitisi bir qayda olaraq öz yumurtalarını kələm bitkisinin yarpaqlarının alt səthinə iki cərgədə, hər cərgədə 6 ədəd olmaqla 12 yumurta qoyur. Dişi fərdlər həyatı boyu 9-10 topa (108-120) yumurta qoyurlar. Yumurtanın inkişafı iqlim şəraitindən asılı olaraq 10-12 gün davam edir. Sürfələrin yumurtadan çıxması aprel ayının üçüncü ongünlüyünün ortalarında müşahidə edilmişdir. Sürfələrin kütləvi çıxışı aprelin sonu, may ayının əvvəllərinə təsadüf edir. Birinci nəslin inkişafı aprel və may aylarında müşahidə edilir və bu nəslin inkişafı 45-50 günə başa çatır. Birinci nəslin dişi fərdləri mayalandıqdan sonra, yumurta qoymağa başlayırlar. Bu proses iyun ayının birinci ongünlüyündə baş verir və iyul ayının I ongünlüyündə başa çatır. Temperaturun yüksək olması nəticəsində ikinci nəslin yumurtalarının inkişafı 4-5 günə başa çatır. Sürfələrin yumurtadan ilk çıxışı iyunun ikinci ongünlüyündə başlayır, iyul ayının sonuna qədər davam edir. Ikinci nəslin yetkin fərdləri iyul ayının ortalarından başlayır və avqust ayının birinci ongünlüyündə başa çatır. Ikinci nəslin inkişafı 35-40 günə başa çatır. Ikinci nəslin dişi fərdləri iyulun üçüncü ongünlüyündə yumurta qoymağa başlayır və bu proses avqust ayının sonuna qədər davam edir. Üçüncü nəslin yetkin fərdləri avqustun sonu, sentyabr ayında uçurlar və payız kələmi üzərində qidalanırlar. Kələm taxtabitisi yayıldığı bütün ərazilərdə kələm bitkisinin əsas zərərvericilərindən biri hesab olunur. Qışlamadan çıxan yetkin fərdlər cütləşməyə başlayırlar. Mayalanmadan sonra dişilər xaççiçəkli bitkilərin üzərinə 12 ədəd olmaqla yumurta qoyur. Yazda, 10-12 gündən sonra yumurtadan çıxan sürfələr yetkin fərdlər kimi xaççiçəkli bitkilərlə qidalanır. Sürfələr 2-5 gündən bir qabıq dəyişir. 4 və 6 qabıq dəyişmədən sonra sürfələrin böyüməsi başa çatır. Kələm bəzəkli bağacığının bir nəslinin inkişafı 25-30 gün çəkir. Azərbaycanda kələm bəzəkli bağacığının 2 nəsil verir.
Onlar kələm bitkisinin yarpaqlarının şirəsi ilə qidalanır, nəticədə yarpaqlar öz normal rəngini itirir, yarpaqların üzərində kütləvi ağ ləkələr əmələ gəlir. Bitkidə fotosintez prosesi pozulur, bitki inkişafdan qalır və ya zəif inkişaf edir, məhsuldarlıq aşağı düşür.
Yayılması
redaktəMDB məkanında kələm taxtabitisi Rusiyanın cənub-şərq rayonlarında, Ukraynada, Moldovada, Qafqazda, Krasnodar və Stavropolda, Qara dəniz sahillərinin subtropik zonalarında, Orenburq, Kustanay, Kazan, Çelyabinsk, Omsk, Tomsk vilayətlərində, Orta Asiya respublikalarında və Qazaxıstanda da yayılmışdır. Azərbaycanda Quba-Xaçmaz bölgəsində kələm taxtabitisi geniş yayılmışdır. Əsasən Dəvəçi-Xaçmaz massivində və dağətəyi hissədə daha geniş yayılmışdır.