Kutle Teskilati - Wikipedia
Kütlə təşkilatı - tərkibində müəyyən sosial sinifi və ya müxtəlif sosial qatlardan gələn, eyni peşədən şəxsləri və ya cəmiyyətin eyni xüsusiyyətə sahib müəyyən ünsürlərini birləşdirən, təmsil etdiyi kütlənin iqtisadi-demokratik haqq və mənfətlərini müdafiə edən təşkilatlara verilən ad.[1]
Haqqında
redaktəKütlə təşkilatları kapitalist inkişafın və xüsusilə, monopolist kapitalizmin içində daşıdığı uyuşmazlığın ortaya çıxardığı nəticədir.
Anlam və xüsusiyyət baxımından QHT-lərdən fərqlidirlər. QHT-lərin mühüm qismi məqsədli təşkilatlanma içərisində müəyyən mərkəzlərə bağlı fəaliyyət göstərməkdədirlər. Lakin, buna əks olaraq, kütlə təşkilatları kütlələrin məhsulu və səsidir. Bu məhsul demokratik prinsiplərin təşkilatlanmanın onurğasına yerləşmiş olmasından meydana çıxmışdır. Burda bəhs edilən demorkatiya xalqın birbaşa demokratiyasıdır. Yəni, xalqın öz təşkilatı içində özünü ifadə edə bilmə azadlığıdır.[2]
Kütlə təşkilatı termininin ingiliscə qarşılığı "Political movement"dir. Bu anlamda bütün siyasi hərəkatları özündə ehtiva edir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ The DICT Development Group. "political movement" (İngiliscə). 2015-09-23 tarixində arxivləşdirilib.
- ↑ "The Levellers" (İngiliscə). bcw-project.org. 2015-08-29 tarixində arxivləşdirilib.