Kurkun - Wikipedia
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir.[1]
Kürkün | |
---|---|
41°22′18″ şm. e. 48°21′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.016 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 349 (2009) nəfər |
Tarixi
redaktəKürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur.
Toponimikası
redaktəKürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir. Yaşayış məntəqəsi təbiicoğrafi mövqeyinə görə belə adlandırılmışdır.[2]
Coğrafiyası və iqlimi
redaktə- Təbiət baxımdan zəngin olan havası isə çox gözəl və ekoloji baxımdan təmiz olan Kürkün kəndi Azərbaycanın ən səfalı guşələrindən biridir.
Mədəniyyəti
redaktəKənddə 100-dən artıq ev vardır. Kəndin yeni tikilmiş məscidi, həmçinin kənd stadionu mövcuddur. Kürkün kəndindən Rusiya Federasiyasında da (Surqutda) Kürkünlülər yaşayır. Kürkün kəndi Qubanın Uzunmeşə, Alpan və Qusarın Xuray, Qayakənd kəndləri ilə sərhəddir.
Əhalisi
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |