Kurd Milli Surasi - Wikipedia
Kürd Milli Şurası (kürd. Encûmena Niştimanî ya Kurdî li Sûriyê, ENKS; ərəb. المجلس الوطني الكوردي, translit. al-Majlis al-Waṭaniyy Al-Kurdi) — Suriyada kürd siyasi partiyası. ENKS Suriyada vətəndaş müharibəsinin ilk illərində hakim Demokratik Birlik Partiyasından (PYD) daha çox beynəlxalq dəstəyə sahib idi.[5][6] Buna baxmayaraq, yerli xalq tərəfindən PYD-yə verilən böyük dəstək ENKS-nin Suriya Kürdüstanındakı nüfuzunu dağıtmışdır.[5]
Lideri | İbrahim Biro |
---|---|
Quruluş tarixi | 26 oktyabr 2011 |
Baş qərargah |
Qamışlı Ərbil[1] |
İdeologiya |
Kürd milliyətçiliyi[2][3] Federalizm[2][3] İranofobiya[4] |
Aşağı palatada |
0 / 250 |
Yuxarı palatada |
2 / 43 |
2012-ci ildən sonra ENKS-in iddia edilən avtoritar və kürd milliy'tçi siyasəti bir çox siyasi partiyanın onu tərk etməsinə səbəb olmuşdur. İllər keçdikcə partiyanın üzvlüyü azalmış və bir çox tərəfdarını itirmişdir. ENKS-dən ayrılan qruplar arasında 2015-ci ildə Kürd Demokratik Proqressiv Partiyası,[7] 2016-cı ildə Suriyada Kürd Milli İttifaqı[8] və Suriya Yezidi Şurası var idi. Nəticədə, 2017-ci ilə qədər ENKS-nin Suriya Demokratik Şurasında yalnız iki yeri qalmışdır.[9][10][11] 2021-ci ildə ENKS-nin hərbi qanadının Türkiyə Silah Qüvvələrinə kömək etdiyi iddia edilmişdir.[12]
Tarixi
redaktəKürd Milli Şurası 26 oktyabr 2011-ci ildə İraq Kürdüstanının paytaxtı Ərbil şəhərində, regional hökumətin prezidenti Məsud Barzaninin yardımı ilə qurulmuşdur. Təşkilat əvvəlcə 11 partiyadan ibarət idi, lakin bu say 2012-ci ilin may ayına qədər 15-ə yüksəlmişdir.[2]
ENKS-yə bağlı bir neçə partiya bəzən Demokratik Birlik Partiyası (PYD) kimi digər kürd qrupları ilə qarşıdurmaya girmişdir.[13] Barzani gərginliyi azaltmaq üçün 2012-ci ilin iyul ayında Ərbil şəhərində keçirilən diplomatik görüşdə iki qrup arasında vasitəçilik etmişdir. Nəticədə, PYD və digər bəzi kürd qrupları Kürd Milli Şurası ilə birləşərək Kürd Ali Komitəsini yaratdılar.[14] PYD koalisiyadan çıxanda müqavilə qüvvədən düşmüşdür. Onlar ENKS-ni kürdlərin yaşadığı şəhərlərə hücum edən Suriya üsyançıları ilə ittifaqda ittiham etmişdi. Bundan sonra PYD Rojava bölgəsində polietnik və mütərəqqi bir cəmiyyət yaratmaq məqsədi ilə digər kürd, ərəb və aysor partiyaları ilə müqavilə bağlamış, nəticədə Demokratik Cəmiyyət uğrunda Hərəkat (TEV-DEM) yaradılmışdır.[15]
İdeologiyası
redaktəKürd Milli Şurası Suriya Milli Şurasına (SMŞ) qoşulsa və Suriya müxalifətinin bir hissəsi olsa da, demərkəzləşdirmə məsələsinə yanaşmaları ilə əlaqədar ENKS və SMŞ arasında bəzi əsas fərqlər var. ENKS kürdlərin muxtariyyətini tələb edir, SMŞ isə inzibati demərkəzləşdirmədən başqa bir şeyi rədd etmişdir.[2] Hər iki tərəfin çox oxşar məqsədləri olmasına baxmayaraq, federalizm və muxtariyyət məsələsi ENKS və PYD arasında da mübahisə mövzusudur. Bu səbəbdən ENKS PYD-nin Suriyanın şimalında federasiya elan etməsini hansısa "müzakirə və demokratik iştirak" olmadan Suriyanı parçalamaq cəhdi kimi qələmə verərək qınamışdır. ENKS daha sonra "əvvəlcədən müzakirə edilmədən Suriya xalqına federalizm tətbiq etmək cəhdlərinə qəti şəkildə qarşı çıxdığını" bildirmişdir. Bu açıqlamalar əsasən PYD tərəfdarı olan bəzi müşahidəçilər arasında çaşqınlıq yaratmışdır. Oksford Universitetinin sosiologiya tədqiqatçısı Karl Drott demişdir ki, "ENKS-in əslində nə istədiyini bilmək çətindir. ENKS-in kürd milliyətçi ideologiyası ilə Suriyadakı müttəfiqlərinin siyasi layihəsi arasında əsaslı bir ziddiyyət var. Görünür, ENKS-in yeganə ardıcıl siyasəti PYD-nin etdiyi hər şeyə qarşı çıxmaqdır".[3] Əksəriyyətinin ENKS-ni dəstəklədi düşünülən İraq Kürdüstanında yaşayan bəzi Suriya kürdü olan qaçqınlar da PYD-nin federalizm bəyannaməsini tənqid etmişlər. Bəziləri bu bəyanat nəticəsində Suriyada daha çox gərginliyin yaranacağından qorxur və sadəcə olaraq münaqişənin bitməsini arzulayır.[6] Kürd muxtariyyətinin necə tətbiq ediləcəyi ilə bağlı yaranmış fikir ayrılığlba baxmayaraq, ENKS hələ də federalizmi dəstəkləyir.[2] Suriya müxalifətinin rəhbəri Mişel Kilo kürdlərin Suriyada federalizm qurmaq cəhdlərini qınamış, bunu İsrail ilə mənfi mənada müqayisə etmişdir. ENKS cavabında Kilonu irqçilikdə və Rəcəb Tayyib Ərdoğan ilə Türkiyəni razı salmaq üçün hərəkət etməkdə günahlandırmışdır.[16]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Gunes, Lowe, (2015). səh. 5
- ↑ 1 2 3 4 5 "The Kurdish National Council in Syria". Carnegie Middle East Center. 2013-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-24.
- ↑ 1 2 3 "Kurdish National Council in Syria condemns federalism declaration by Kurdish rival". ARA News. 19 March 2016. 10 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ "Syrian Kurds divided on relations with Iraqi Kurds". ARA News. 24 may 2016. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ 1 2 Gunes, Lowe, (2015). səh. 13
- ↑ 1 2 "Syrian Kurdish refugees divided over federalism decl". ARA News. 23 March 2016. 10 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2021.
- ↑ "Al-Qamishli: Progressive Party suspends its membership in Kurdish National Council". KurdWatch. 13 July 2015. 9 October 2017 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Al-Qamishli: A new party alliance formed". Kurd Watch. 23 February 2016. 17 January 2019 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Tensions between Syrian Kurdish parties intensify, local security forces deny involvement - ARA News". ARA News. 8 December 2016. 26 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2017.
- ↑ Antonopoulos, Paul. "Ezidi National Council resign from Turkey-based Syrian National Council". al-Masdar News. 19 September 2016. 21 September 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 January 2017.
- ↑ Azad, Reband. "Barzanis' Betrayal of the Kurds: Rojava, Yazidis, KNC and Turkey". 26 December 2016 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Three Turkish soldiers killed in northern Iraq". 2021-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.
- ↑ Butler, Daren. "Syrian Kurdish moves ring alarm bells in Turkey". Reuters. 24 July 2012. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-25.
- ↑ "Barzani Unites Syrian Kurds Against Assad". Al-Monitor. 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-25.
- ↑ Sarı, Qadi. "Kurdish Self-governance in Syria: Survival and Ambition" (PDF). Chatham House. sentyabr 2016. səh. 11. 2017-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 sentyabr 2021.
- ↑ "Syrian Kurdish parties reject opposition leader's comments that Kurds want a second Israel". ARA News. 26 June 2016. 9 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
Ədəbiyyat
redaktə- Gunes, Cengiz; Lowe, Robert. The Impact of the Syrian War on Kurdish Politics Across the Middle East (PDF). London: Chatham House. 2015. 2017-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.