Kurd Qebele - Wikipedia
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Kürd | |
---|---|
40°48′19″ şm. e. 47°41′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1199 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3618[1] |
Coğrafiyası
redaktəKürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir.[2]
Toponimikası
redaktəQəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir. İKİ əsrdən çox tarixə malik kənddə və ətrafında Qurd dərəsi, Qurdlu bulaq, Qazan dərəsi, Çanaxbulaq təpəsi, Borçalı dərəsi, Palantökən kimi toponimlər, Seyid İbrahim piri, Qaş yaylası, Sonalar gölü yaxınlığındakı iri, sal daşlardan ibarət qədim alban qəbristanlığı və digər ünvanlar bu yerlərin qədim türk tayfalarına məxsusluğunu əyani təstiqləyir. Xatırlatmaq yerinə düşər ki, bir müddət Qutqaşen adlanan ərazi vahidinin professor Mirəli Seyidovun da yazdığı kimi əsl adı əsrlər öncəsi "Qurd qaşı" olub. – Yəni qurdların (türk totemi) gəzib-dolaşdığı yurd yerlərindən biri. Sonralar bu ad Qutqaşın, daha sonra isə Qutqaşen sözü ilə əvəzlənib.
Əhalisi
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |