Kuresunniler - Wikipedia
Kürəsünnilər (və ya Kürəsünlü, Kürəsinli[1], Kürəsünnü) — Azərbaycan xalqının etnogenezində iştirak edən türk[2] mənşəli tayfalardan biri. Dilləri Azərbaycan dilidir və əsasən sünni müsəlmandırlar.
Yaşadığı ərazilər | ||||||
---|---|---|---|---|---|---|
| ||||||
Dili | ||||||
Dini | ||||||
Qohum xalqlar | ||||||
Etimologiyası
redaktəKürəsinli adının mənşəsi dəqiq olaraq bəlirlənməyibdir və hələ də mübahisədədir. Yerli əhali Kürəsinni olaraq Salmas əhalisi isə Kürəsünni olaraq tələffüz edilməkdədir. Türk dili qaydaların nəzərdə alırsaq bu ad Kürəsin+li dən vicuda gəlib. Kürəsin əhalisi, Kürəsindən gələn insanlar, Kürəsinə mənsub adamlar kimi mənalanır. Belə nəzərə gəlir; Kürəsin, bir coğrafisəl addır və bir bölgə adı olmalıdır. Tohid Məlikzadə, "Salmasın on min illik Tarixi" kitabında yazır: Kürəsinlilər Səfəvi dövründə Girəsun bölgəsindən köçüblər və Türklərin Çəpni boyuna mənsubdurlar.[3] Şəhram Qasimzadə "Kürəsinlilərin Tarix və Sivilizasiyası" kitabında yazır: Kürəsinli ləhcəsiylə, Orta Asiyada Özbəklərin ləhcəsiylə bənzərliklər var və Kürəsinlilər Türküstanın qədim Xorasanın Xarəzm bögəsindən köçdükləri möhtəməl görünür. O deyir, Kürəsinli Xorasanlı ilə eyni sinonimlər ola bilər və buna görədə tarixdəki Xarəzmşahları bu məsələylə ilgiləndirir. Özbəklər Xarəzmi Xorazm olaraq tələffüz edirlər və birdə Xarəzmşahlara özlərini Xoresmənlər adlandırırdılar.Nəticədə, Xoras ilə Kürəs kəlmələrini birgə kökdən olduğun mümkün bilir.[4] Xarəzmlərin Moğolların hücumu əsnasında Güney Azərbaycana yerləşməsinə dayir sənədlər vardır.
Anadoluya köç
redaktə24 sentyabr 1925 tarixində 2086 Şərq İslahat Planı qərarnaməsiylə Kürəsinlilərin Vana yerləşmələrinə icazə verilmişdir. qərarnamədə: "Van şəhəri ilə Midyat arasındakı xəttin qərbində Ermənilərdən mətruk (tərk edilmiş) əraziyə Türk mühacirləri (Küresünnilər) yerləşdirilcəkdir." deyilməkdədir. Həmçinin, Bölgədə yerləşdiriləcək Kürəsinlilərə yardımı qərarı da: "Şərqə yerləşdiriləcək mühacirin (Kürəsinlilər) və yerli Türklərin məskən ediləcəkləri bölgələrə qədər hökumətin vəsait-i sirriyəsi (sirri vasitələr) ilə nəqlləri və əsnay-i nəqldə (daşıma heynində) iaşə və evlərinin hökumət tərəfindən inşası bir illik iaşələrinin təmini, heyvanat və alat-ı ziraiyelerinində (əkinçilik alətləri) eyni şəkildə hökumətdən itası lazım gəlir." qeyd edilmişdir.[5]
Güney Azərbaycanda
redaktəKürəsünnilər, əsasən İranın Qərbi Azərbaycan ostanında Xoy və Salmas arasında yerləşən Kürəsünni mahalı adı ilə tanınan bölgədə və Urmiyə ətrafında yaşayırlar.
Urmiyada
redaktə- Quluncu, Gecin, Vəlində,Qızıl Xənəyə, Balı,Mirava, Neybin, Balanac, Dul Dizəsi, Kəhriz, Gültəpə, Tümətər, Kökədə və Bənd kəndlərində.
Xoyda
redaktə- Estiran, Yesdikan , Babəkan, Dizə, Qaratəpə, Qotur, Mexin, Raviyan, Zeri, Küküt, Almalı,Şıxlar Zeyvəsi, Hindivan və Görpiran kəndlərində.
Salmasda
redaktə- Şəkəryazı, İstisu, Kanıyan(Kangənli), Vərdan, Ala Sürmə, Şirəki, Silav, Hödər, Həqveran, Çiçək və Mafkəndi kəndlərində.
Həmçinin Rikava(İrkava), Sərəmerik, Şeydan, Gulan Yengicə, Ağziyarət ve Şorik kəndlərində də yaşamaqdadırlar.
Türkiyədə
redaktə1925-ci ildə Türkiyəyə köçən kürəsünnilər isə, əsasən Van şəhərində və Van ilinin kəndlərində yaşayırlar.
Van şəhərində
redaktə- İskele, Yalı, Beyüzümü (Şahbağı), Sıhke məhəllələrində
Van ili kəndlərində
redaktə- Alaköy, Karagündüz, Kasımoğlu, Bardakçı, Lamizgirt, Yumrutepe, Köprüler (Gem) Mollakasım kəndlərində
Van ili ilçələrində
redaktəBitlisdə
redaktə- Ahlat, Adilcevaz ilçələrində və Erikbağı kəndində.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Firuz Səidi: Sünni türklərin İran toplumunda yüksəlmə şansı yoxdur". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
- ↑ Parçalanmış toplum - Kürəsünni türkləri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (Audio) Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- ↑ Dr.Tohid Məlikzadə i Dilməqani, Salmasın onmin illik Tarixi (Farsca) (Nşr. Eldar Təbriz) s. 122
- ↑ Şəhram Qasimzadə, Kürəsinlilərin Tarix və Sivilizasiyası (Farsca) (Nşr. Yaz) s. 34
- ↑ http://kuresunniler.com/tarih/turkiyede-kuresunniler/93-kresnnilerin-trkiyeye-yerlejumeleri-izin.html Arxivləşdirilib 2011-04-03 at the Wayback Machine | Şark Islahat Planı Qərarnaməsi
- ↑ "Küresünnilerin Türkiye'de Yaşadıkları Yerler". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-27.