Kultepe Yasayis Yeri Culfa Iran - Wikipedia
Kültəpə_yaşayış_yeri_(Culfa,_İran) - Haqqında Məlumat
Kültəpə yaşayış yeri (Gərgərtəpə) — Araz çayından təxminən 10 km cənubda, Hadişəhr şəhərində yerləşən İranın Culfa şəhristanında qədim arxeoloji abidə. Eneolit dövrünə aiddir (e.ə. 5000-e.ə. 4500) və 1968-ci ildə aşkarlanmışdır. Təbəqə son tunc dövrünə qədər davam edir. Tunc və Urartu dövrünə aid dulusçuluq məmulatları da tapılmışdır. Kültəpə 6 hektar genişlikdə və 19 metr yüksəklikdədir. Dəniz səviyyəsindən 967 metr yüksəklikdə yerləşir. Azərbaycandakı I Kültəpə abidəsindən təxminən 50 km məsafədə yerləşir[1].
İstinadlar
redaktə- ↑ Akbar Abedi, Behrooz Omrani and Azam Karimifar, Fifth and fourth millennium BC in north-western Iran: Dalma and Pisdeli revisited, in: Documenta Praehistorica XLII, 2015, p.323