Kudru Sirvan Fiziki Cografi Rayonu - Wikipedia
Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. |
Küdrü-Şirvan fiziki-coğrafi rayonu - Fiziki - coğrafi rayonun ərazisi Acınohur Öndağlığının və Ləngəbiz tirəsinin ətəklərində yerləşib, mütləq yüksəkliyi 0 m-lə 200 m arasında dəyişir. Rayonda landşaftın litoloji əsasını üst Dördüncü dövrdə çayların gətirdiyi çaqıldaşı, qum və gillər təşkil edir. Alçaqdağlığın dabanına təmas edən sahələrdə isə delüvial-prolüvial çöküntülər yayılmışdır. Rayon ərazisi arid iqlimə malik olub yarımsəhra, dağ ətəklərində quruçöl landşaft kompleksinin inkişafını təmin edir. Çay kənarlarında güclü antropogen təsirə məruz qalmış tuqay meşələrinin qalıqları və kolluqlar yayılmışdır.
Küdrü-Şirvan fiziki - coğrafi rayonu daxilində suvarma geniş tətbiq olunmaqla pambıqçılıq, taxılçılıq, maldarlıq, bağçılıq ( başlıca olaraq üzüm, nar) inkişaf etmişdir.[1]
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm-1996, I cild