Konul Nehmetova - Wikipedia
Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri[1],Kurikulum jurnalının məsul katibi.
Könül Nəhmətova |
---|
Həyatı və təhsili
redaktəOrta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır[2]. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir [3].
Elmi və pedaqoji fəaliyyəti
redaktə1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb[4]. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Elmi əsərləri
redaktəKitabları
- Məhəmmədəli Tərbiyətin «Danişməndani Azərbaycan» əsəri;
- Abbasqulu Ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi. Bakı: "Elm və təhsil" NPM, 2013, 116 s.
- "Dəyanət","Elm və Həyat" nəşriyyatı,Bakı,2015,48 səhifə
- "Bir ömrün qəlpələri : Seyid Hüseynin qardaşı Mir Paşa",Bakı,2015,88 səh
- "Qaraca qızın" taleyi",Bakı,2016,172 səhifə [5]
İstinadlar
redaktə- ↑ "Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ "AMEA-nın saytı". 2018-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ "Qaraca qızın" taleyi",Bakı,2016,172 səhifə
- ↑ "Dəyanət","Elm və Həyat" nəşriyyatı, Bakı, 2015, 48 səhifə
- ↑ ""Qaraca qızın" taleyi"" (PDF). 2019-11-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-08-01.