Jujan Dili - Wikipedia
Jujan_dili - Haqqında Məlumat
Jujan dili və ya Juanjuan (çin. 蠕蠕) — Jujanların vaxtilə istifadə etdiyi dil. Eramızın 4-cü və 6-cı əsrləri arasında Jujan xaqanlığında istifadə edilmişdir. Pyotr Budberqin fikrincə Monqol dilləri qrupuna aid olub.[1] Aleksandr Vovinin fikrincə isə heç bir dil qrupuna aid edilə bilməyən bir struktura sahib olmuşdur və Altay dillərindən deyil.[2] 2019-cu tədqiqatlarından sonra isə Aleksandr Vovin fikrini dəyişdi və Jujan dilini Monqol dillərinə aid etməyə başladı.[3]
Fonetika
redaktəJujan dilinin bəzi xüsusiyyətləri məlumdur:[1]
- ö səsi olmayıb
- inisial l- səsi
- sonluq -nd samit ikiliyi
Morfologiya
redaktəJujan dilində qadın cinsi üçün nəzərdə tutulmuş -tu- şəkilçisi olub.[1]
Leksika
redaktəJujan leksikonunda bu sözlər məlumdur:[1]
- küskü – 'siçovul'
- ud – 'öküz'
- luu – 'əjdaha' < Orta Çin dilindən luŋ – 'əjdaha'
- yund – 'at'
- laγzïn – 'donuz'
- qaγan – 'xaqan'
- qan – 'xan'
- qaγatun – 'imperatriça' (xaqanın xanımı - xaxatun)
- qatun – 'xatun' (xanın xanımı)
- aq – 'peyin'
- and – 'and'
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Vovin, Alexander. "Once Again on the Ruan-ruan Language". Ötüken’den İstanbul’a Türkçenin 1290 Yılı (720–2010) Sempozyumu From Ötüken to Istanbul, 1290 Years of Turkish (720–2010). 3–5 December 2010. 12 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2019.
- ↑ Vovin, Alexander. "Some thoughts on the origins of the old Turkic 12-year animal cycle". Central Asiatic Journal. 48 (1). 2004: 118–132. ISSN 0008-9192. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.
- ↑ Vovin, Alexander. "A Sketch of the Earliest Mongolic Language: the Brāhmī Bugut and Khüis Tolgoi Inscriptions". International Journal of Eurasian Linguistics (ingilis). 1 (1). 2019: 162–197. doi:10.1163/25898833-12340008. ISSN 2589-8825. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.