Joxov - Wikipedia
Joxov adası — De-Lonq adaları qrupuna daxil olan Şərqi Sibir dənizində yerləşən ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Kotordır adası | |
---|---|
rus. Остров Жохова | |
Ümumi məlumatlar | |
Sahəsi | 58 km² |
Uzunluğu |
|
Eni | 8,7 km |
Hündür nöqtəsi | 123 m |
Əhalisi | 0 nəfər (2011-ci il) |
Yerləşməsi | |
76°08′50″ şm. e. 152°43′12″ ş. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəŞərqi Sibir dənizinin şimal-qərbində, Yeni Sibir adalarının şimal-şərqində, De-Lonq adalarının isə cənub-şərqində yerləşir. Ən yaxın adaları: Yeni Sibir — 120 km cənub-şərqdə, Vilkiski adası — 40 cənub-şərqə, Bennett — 102 km şimal-qərbdə yerləşir. Materikdən ən yaxın məsafəsi 440 km təşkil edir.
Şimaldan cənuba 11 km təşkil edir. Şimal-qərbində Vısokiy burnu, cənub-şərqdə Taymır burnu, cənubda Zapadnıy burnu və şimalda Qaleçnıy burnu yerləşir. 58 mk² sahəyə malikdir. Adada iki vulkan məşəlli zirvə vardır. Şimal-şərqində 121 metr olan Konusnaya dağı və mərkəzində 123 metr olan zirvə. Sahilləri düzəndir. Bircə qərbində hündürlük 6–18 metr arasında dəyişir. Adada iki elədə böyük olmayan ada vardır. Onlardan birinin dərinliyi 2 metr, birininki isə 11,5 metr təşkil edir. Ada sahillərində dərinlik 10–20 metr arasında dəyişir.
Geologiya
redaktəAda əsasən bazalt təbəqə ilə[1]. Adanın formalaşması 10–20 milyon il öncə baş vermişdir[2]. 2000–2006 illər aparılan işlər zamanı adada çoxlu sayda müxtəlif növ minerallar tapılmışdır[2].
Flora və Fauna
redaktəBitki örtüyü Tundraya xasdır. Canlılar aləminin əsasını quşlar təşkil edir. Burada quş bazarlsrına rast gəlmək olar. Qağayılar, Təmizçilər ərazidə yuva qurur. Məməlilərdən isə Tülkü və Ağ ayıya rast gəlmək olar.[3].
Tarixi
redaktəJoxov adası 1914-cü ildə Boris Andreeviç Vilkinskinin ekspedisiyası zamanı Vayqaç və Taymır gəmilərində aşkarlanış və xəritəyə alınmışdır.[4]. Açılışından bir il sonraya qədər adsız qalır. Ada kəşf olunma tarixi — "27/VIII" ilə göstərilir. Ada Vayqaç gəmisinin kapitanı Pyotr Alekseyeviç Novopaşennin şərəfinə adlansa da, onun Pyotroqraddan qaçıb ağlara qoşulması ilə adanın adının dəyişilməsinə səbəb olur. Ada öz adını Aleksey Nikolayeviç Joxovun şərəfinə adlandırılır. O, öz növbədinfə Vilkinski adasını kəşf etmiş və 1915-ci ildə qışlama zamanı həlak olmuşdur.[5].
Taymır gəmisinin həkimi Leonid Mixakloviç Starokadomski ada haqqında "Şimal Buzlu Okeana Ekpedisiya" adlı kitabında bəhs etmişdir[6]: 1955-ci ildə adada Qütb stansiyası inşa edilir. Buzdan aerodrom hazırlanır. 1993-cü ildən idə maliyyə səbəbindən stansiya fəaliyyətini dayandırır[4]. Harırda stansiyadan turistik məqsədlər üçün istifadə edilir[7].
Joxov düşərgəsi
redaktəJoxov adasında hələ 8 min il b.e.ə aid ovçu düşərgələri aşkarlanmışdır[3]. Bu tapıntıkar qütbələrə ən yaxınlığı baxımından çox nadirdir. 2015-ci il araşdırmaları burada it skletlərinin aşkarlanması ilə nəticələnmişdir. Bu skelet sibir laykalarına çox bənzəyir. Burada həm cavan həm də yaşlı itlərə aid sümüklər aşkarlanmışdır. İnsanlar qoca itlərə ölənə kimi baxdıqları yəni onların açından olməmələri üçün onları qidalandırmakarı açıq şəkildə bilinir[8].
Sonradan ləvazimatlar aşkarlanmışdır. Son düşərgədə 25–50 nəfər yaşaması ehtimal edilir. Onların demək olar ki, daim Ağ ayı ilə qidalanması düşünülür. Onlar qərbi avropa xüsusiyyətlərinə malik olması deyilir. Onlar ruslardan, yakutlardan və yukagirlərdən belə öncə fornalaşmış etnos olmuşlar.
Bu etnosun geneloji araşdırmaları aaparılmışdır[9].
İstinadlar
redaktə- ↑ "De-Lonq adalarının geoloji xüsusiyyətləri". 2010-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-08.
- ↑ 1 2 В. В. Иванова, М. А. Анисимов Особенности криолитогенеза в лагунных отложениях острова Жохова Arxivləşdirilib 2019-12-31 at the Wayback Machine (rus.)
- ↑ 1 2 Rusiya tarixi illyustrirasiyaları "Rodina" jurnalı № 7\2002
- ↑ 1 2 "полярная станция Остров Жохова". 2016-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-08.
- ↑ Arktik ilğım[ölü keçid]
- ↑ Леонид Михайлович Старокадомский. Экспедиция Северного Ледовитого океана, 1910–1915. — Москва: Изд-во Главсевморпути, 1946.
- ↑ "Turistik maşrut — Şimal Qütbü". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-08.
- ↑ "Qütb dairəsi daxilindəki ərazidən it sümükləri aşkarlanmışdır". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-08.
- ↑ "В. В. Питулько, В. И. Хартанович, В. Б. Тимошин, В. Г. Часнык, Е. Ю. Павлова, А. К. Каспаров. Древнейшие антропологические находки высокоширотной Арктики (Жоховская стоянка, Новосибирские острова)" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-03-08.