Joan Miro - Wikipedia
Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[2][3][…], Barselona[2][4][…] – 25 dekabr 1983[3][5][…], Palma-de-Malyorka[6][7][…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib.
Joan Miro | |
---|---|
isp. Joan Miró i Ferrà | |
| |
Doğum tarixi | |
Doğum yeri | Barselona, Kataloniya, İspaniya |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Palma, Malyorka, İspaniya. |
Dəfn yeri | |
Milliyyəti | ispan |
Vətəndaşlığı | İspaniya |
Fəaliyyəti | rəssam, litoqraf, keramikaçı, heykəltaraş, poçt markası dizayneri[d], qobelen sənətkarı[d], dizayner, səhnə dizayneri, qrafika ustası[d], vizual incəsənət rəssamı, incəsənət xadimi |
Janrlar | rəssam, heykəltaraş, divar rəssamlığı, keramikaçı |
Stillər | sürrealizm, dadaizm, fərdi, eksperimental |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi.[8]
Həyatı
redaktəZərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur.[9] Miro adının kökü qədim yəhudilərə gedib çıxır.[10][11] Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi.[12] O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi.[9]
Karyerası
redaktəMiro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir. o, yeniyetmə olarkən kargüzar kimi iş karyerasına başladı, lakin sinir probləmləri ilə rastlaşdıqdan sonra biznes dünyasını tamamilə tərk edərək incəsənətə başladı.[13] İlkin rəssamlıq karyerası Barselonada nümayiş edilən Fovizm və Kubizm cərəyanlarından təsirlənmişdir. Mironun əsərlərini tədqiq edən alimlər onun əsərlərinin avanqard üslubunu yazdığı dövrünü Katalan Fovist dövrü adlandırdılar.[14]
Əsərlərin satışı
redaktəBu gün Mironun rəsm əsərlərinin qiyməti 250 000 və 26 milyon dollar arasında dəyişir; 2008-ci ilin may ayının 6-da bir auksionda “Ulduzların ehtirası” (La Caresse des étoiles) əsərinin qiyməti 17 milyon dollar müəyyənləşdirilmişdir.[15]
Qalereya
redaktə-
"Les Fusains"
-
Barselona, Ramblada mozaika
-
Reyna Sofiya Muzeyinin xarici görünüşü
-
Hakvan açıq-hava muzeyi
-
Grande Maternite
-
Joan Miro Fondunda saxlanılan bir heykəl
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://eymaps.com/map/tomba-de-joan-mir%C3%B3-172811390/.
- ↑ 1 2 http://explore.rkd.nl/explore/artists/56373.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Anguera J. E. Enciclopedia universal ilustrada europeo-americana (isp.). Editorial Espasa, 1905. Vol. Suplemento 1934. P. 195–196. ISBN 84-239-4583-9
- ↑ Joan Miró (nid.).
- ↑ Archivio Storico Ricordi. 1808.
- ↑ Artnet. 1998.
- ↑ M. Rowell, Joan Mirό: Selected Writings and Interviews (London: Thames & Hudson, 1987) pp. 114–116.
- ↑ 1 2 Victoria Combalia, "Miró's Strategies: Rebellious in Barcelona, Reticent in Paris", from Joan Miró: Snail Woman Flower Star, Prestel 2008
- ↑ Doreen Carvajal, In Majorca, Atoning for the Sins of 1691 Arxivləşdirilib 2018-07-07 at the Wayback Machine, The New York Times, May 7 2011
- ↑ Sarah Wildman, Mallorca's Jews Get Their Due Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine, The Forward, April 13 2012
- ↑ Penrose, Roland (1964). Joan Miró. The Arts Council. p. 11.
- ↑ "Collection Online | Joan Miró - Guggenheim Museum". Guggenheimcollection.org. 1983-12-25. Archived from the original on 2014-10-22. Retrieved 2014-08-08.
- ↑ Jacques Lassaigne, Miró: biographical and critical study. Tr. Stuart Gilbert. (Paris: Editions d'Art Albert Skira, 1963) pp. 24-25.
- ↑ "As reported on APF Google, Miró painting fetches record price of US$17million at Christie's New York auction on May 6, 2008". Afp.google.com. 2008-05-06. Archived from the original on May 12, 2008. Retrieved 2012-03-15.