Jidi - Wikipedia
Jidi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Gəgiran kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Jidi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Jidi | |
---|---|
38°51′49″ şm. e. 48°34′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəJidi kəndinin adı talış dilində "ji" yaşamaq, yaşayış "di" kənd sözlərindən təşkil olunmuşdur. Yəni "yaşayış yeri" deməkdir. Kəndin digər etimoloji izahı onun Köhnə Gəgiran (talışca adı: Kanə Qəqır) kəndindən aşağıda yerləşməsinə görə izah olunaraq "jin" aşağı, "di" kənd sözlərinin birləşərək Jindi və daha sonra indiki halına gələrək Jidi kimi tələffüz edilməsi ilə izah olunur. Qeyd edək ki Jindi adında Lerik rayonunda kənd var.
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Lənkəran rayon mərkəzindən 43 kilometr məsafədə yerləşir.[3] Qonşu kəndləri Gəgiran, Diryan, Tuado.
Əhalisi
redaktəKəndin əhalisi etnik talışlardan ibarətdir. Danışıq dili olaraq əsasən talış dilində danışırlar. Kənd əhalisi İslam dininin şiə məzhəbinə etiqad edir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "Diryan – "Lənkəranın Mesopotamiyası"". 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-04.
- ↑ "Lənkəranın ucqar kəndinin yolu sürüşdü". 2021-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-04.
Həmçinin bax
redaktə Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |