Jan Tirol - Wikipedia
Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[4]
Jan Tirol | |
---|---|
fr. Jean Tirole | |
| |
Doğum tarixi | |
Doğum yeri | Fransa |
Vətəndaşlığı | Fransa |
Elm sahələri |
Mikroiqtisadiyyat Oyunlar nəzəriyyəsi Sənayenin təşkili |
Elmi dərəcələri |
|
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Erik Meskin |
Tanınır |
Rasional olmayan aktivlik Kesi-Şiller indeksi |
Üzvlüyü |
|
Mükafatları | 2014 İqtisadiyyat üzrə Nobel mükafatı |
idei.fr/vitae.php?i=3 | |
Vikianbarda əlaqəli mediafayllar |
Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur.
Təhsili
redaktəJan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory)[5] adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır.
İşlədiyi yerlər
redaktə1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir. 1994-1996-cı illərdə Politexnik məktəbində (fr. École Polytechnique) iqtisad professoru olaraq çalışmışdır. Jan Jak Laffont ilə birlikdə Tuluzada yeni bir "İqtisad məktəbi" qurma layihəsi üzərində birlikdə işlər görmüş və bu yeni Tuluza İqtisad məktəbini qurmuşdur.
1992-ci ildən günümüzə qədər Tuluza Universitetində çalışır. 1995-ci ildə Ekonometrika Cəmiyyətinə, 2002-ci ildə isə Avropa İqtisadiyyat Cəmiyyətinə sədrlik etmişdir. O, həmçinin Fransa Baş Nazirliyi İqtisadi Analiz Şurasının üzvüdür.
Əsərləri
redaktə- 1986: Dynamic Models of Oligopoly (with D. Fudenberg).
- 1988: The Theory of Industrial Organization, MIT Press. Description and chapter-preview links.
- 1991: Game Theory (with D. Fudenberg), MIT Press.
- 1991: A Theory of Incentives in Regulation and Procurement (with J.J. Laffont), MIT Press,1993. Description & chapter- preview links.
- 1994: The Prudential Regulation of Banks (with M.Dewatripont), MIT Press.
- 1999: Competition in Telecommunications, MIT Press.
- 2002: Financial Crises, Liquidity and the International Monetary System, Princeton University Press.
- 2005: The Theory of Corporate Finance, Princeton University Press,. Description. Association of American Publishers 2006 Award for Excellence.
- 2010: Balancing the Banks (with Mathias Dewatripont and Jean-Charles Rochet), Princeton University Press, 2010.
- 2011: Inside and Outside Liquidity (with Bengt Holmström), MIT Press, 2011.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://www.polytechnique.org/profile/jean.tirole.1973.
- ↑ 1 2 Agence bibliographique de l'enseignement supérieur (France) Système universitaire de documentation (fr.). Montpellier: ABES, 2001.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
- ↑ ""Sveriges Riksbank's Prize in Economic Sciences in Memory of Alfred Nobel 2014"". 2014-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.
- ↑ ""Essays in economic theory / Jean Tirole"". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.