Jan Etyen Liotar - Wikipedia
Jan Etyen Liotar (fr. Jean-Étienne Liotard, Fransızca tələffüz: [ʒan‿etjɛn ljɔtaʁ]; 22 dekabr 1702[1][2][…], Cenevrə, Cenevrə kantonu – 12 iyun 1789[1][2][…], Cenevrə, Cenevrə kantonu) — isveçrəli rəssam, dequstator və satıcı.
Jan Etyen Liotar | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Cenevrə |
Vəfat tarixi | |
Vəfat yeri | Cenevrə |
Fəaliyyəti | rəssam, boyakar[d] |
Janr | portret |
Tanınmış işləri | |
Təsirlənib |
Fransua Lemuan Jan-Batist Masse |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəLiotar Cenevrədə anadon olub. Atası 1685-ci ildə Cenevrəyə qaçan bir zərgər idi. Jan Etyen Liotar ilk təhsilini professor Qardel və professor Lui Petitodan alır və onların miniatürlərinin və rəsm əsərlərinin surətlərini çox böyük keyfiyyətlə köçürür.
1725-ci ildə Fransua Lemuan və Jan-Batist Massedən təhsil almaq üçün Parisə gəlir. Buradan Lui Filojen Brulart, Puysye qrafı və hersoqunun təklifləri əsasında Neapola getməyə qərar verir. 1735-ci ildə Romada papa XII Klementin və bir neçə kardinalların rəsm əsərlərini çəkir. 3 il sonra Konstantinopolda Lord Dunkannon ilə tanış olur.
Jan Etyen Liotar İstanbulu ziyarət edir və burada türklərin daxili həyatlarından pastellər vasitəsilə bir neçə rəsmlər çəkir. O, Avropaya qayıtdıqdan sonra da türk geyimləri geyinməyə davam edir. Tarix rəssamlığının yaxın şərq parametrlərində müasir geyimlərin təsvir olunması inancsızlıq kimi qiymətləndirilirdi, buna görə də avropa səyahətçiləri daha çox yerli geyimlərin təsvirindən istifadə edirdilər.
Lord Bayron da daxil olmaqla, bir çox səyahətçilərin rəsmlərində eqzotik şərq geyimlərindən istifadə olunurdu. Markiza de Pampadur və onun kimi Avropanı heç vaxt tərk etməmiş bir neçə şəxsin də rəsmlərində belə geyimlərdən istifadə olunurdu.[3] Bayronun şeirləri sonralar şərq sənətində üstün mövqedə olan eqzotik şərq parametrlərinə romantizmin tanıdılmasında xüsusi rol oynadı.
Şərq geyimlərinin ekzantrikliyinin qəbul edilməsi ona "Türk rəssam" ləqəbinin verilməsinə səbəb oldu.
Jan Etyen Liotar imperator ailəsinin portretlərini çəkmək üçün 1742-ci ildə Vyanaya gedir. 1745-ci ildə "La belle chocolatière" adlı rəsm əsərini Françesko Alqorittiyə satır.
Bundan sonra o, Parisə qayıdır. 1753-cü ildə İngiltərəyə səyahət edir və burada Uels şahzadəsi Saks-Qot Şahzadə Avqustanın rəsmini çəkir. 1756-cı ildə Hollandiyaya gedir və bir il sonra burada Mari Farqes ilə evlənir. Mari Farqes hugenot ailədən gəlirdi və ondan saqqlını taraş etməsini istəyir.
1762-ci ildə Vyanada, 1770-ci ildə isə Parisdə fəaliyyət göstərir. 1772-ci ildə İngiltərəyə bir daha səfər etdi və iki il ərzində onun adı Kral Akademiyası iştirakçıları sırasında göstərildi. 1776-cı ildə doğulduğu şəhərə geri qayıtdı. 1781-ci ildə Liotar özünün "Traité des principes et des règles de la peinture" (rəssamlığın prinsipləri və qaydaları) adlı əsərini çap etdirir. Son günlərində canlılar və mənzələri təsvir edirdi. O, 1789-cu ildə Cenevrədə vəfat edir.
Yaradıcılığı
redaktəLiotar çox yönlü bir sənətkar idi. Onun məşhur pastel rəsimlərindən olan[4], "La Liseuse", "Şokoladçı qız", "La Belle Lyonnaise" əsərləri Drezden Qalereyasında, "Maria Frederike van Reede-Athlone" əsəri isə J. Paul Getty Muzeyində nümayiş etdirilir. O, "Rəsm sənəti haqqında Anlaşma" yazdı və məşhur rəssamlar tərəfindən rəsmlərin peşəkar kolleksiyonçusu adlandırıldı.
Əldə etdiyi şah əsərlərin bir qismini İngiltərəyə ikinci səfərində yüksək qiymətlərlə satır. Amsterdam, Bern və Cenevrə muzeyləri onun rəsm əsərləri və pastel boyalı əsərləri ilə zəngindir.
Onun "Oturan Türk" adlı əsəri Viktoriya və Albert muzeyində, iki əsəri isə Britaniya muzeyində sərgilənir.
Luvr muzeyində onun iyirmi iki əsərindən əlavə, "General Leytenant Ero"nun rəsmi və "Monsieur Levett and Mademoiselle Helene Glavany in Turkish Costumes" adlanan ingilis taciri və onun həyat yoldaşının türk geyimlərində yağlı boya ilə çəkilmiş rəsmləri də sərgilənir. Sənətkarın portreti Florensiyada Uffitsi qalereyasında Sala di pittori bölməsində nümayiş edilir. Onun oğlu da holland qızla evlənir və Rijksmuseum Liotarın bir neçə əsərini qəbul edir.
Liotarın rəsmlərinin əsas özəlliyi, daha çox gülümsəyən şəxslərin təsvir olunmaları idi. Həmin dövrün rəssamları isə portret təsvir edən zaman daha çox ciddi sima təsvir edirdilər. Bu düşüncənin Liotara intibah dövrü filosoflarından keçdiyi düşünülür.[4]
-
Maria Şarlotta Buasse
-
Jan-Elizabet de Sellon
-
Riçard Pokoke (1704-1765)
-
Mari Jozef van Saksen
-
Dost - Jan de la Riv
-
Əncirlərlə natürmort
-
Xanım Yaketin portreti
-
Gənc qadının portreti
-
Avto-portret, 1773
-
Genuyalı tacir cənab Boerin portreti
-
Şahzadə Mariya Tereza (1717-1780)
-
Şokoladçı qız
-
İlk fincan
-
Maria Frederike van Reede-Athlone
-
Apollo və Daphne, 1736 (Rijksmuseum Amsterdam),
-
Fransua Tronşinin portreti
-
Mariya Adeled
-
Osmanlı imperiyasının baş vəziri Həkimoğlu Əli paşanın portreti
-
Uels Şahzadəsi Frederikin portreti (1707-1751)
-
Qraf Françesko Alqarotti, 1745
-
Çay dəsgahı natürmort
-
Avto-portret, 1749
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Jean-Etienne Liotard (nid.).
- ↑ Christine Riding, Travellers and Sitters: The Orientalist Portrait, in Tromans, 48–75
- ↑ 1 2 Jonathan Jones, Jean-Etienne Liotard review – a joyous time machine back to the Enlightenment Arxivləşdirilib 2022-06-05 at the Wayback Machine, The Guardian, 20 October 2015.