Jan Batist Dukass - Wikipedia
Jan-Batist Dükass (fr. Jean-Baptiste du Casse; 2 avqust 1646, Po, Fransa – 25 iyun 1715, Burbon-l'Arşambo, Fransa) — Fransa bukanyeri, admiralı və müstəmləkə idarəçisi. Bir hugenot ailəsində anadan olan Dükass gənc yaşlarında fransız ticarət donanmasına qoşulmuş və Ost-Hind Şirkətində, eləcə də kölə ticarəti ilə məşğul olan Seneqal Şirkətində fəaliyyət göstərmişdir. Daha sonra Fransa Hərbi Donanmasının bir üzvü olan Dükass Auqsburq liqası müharibəsi zamanı Karib adaları və İspaniya Cənubi Amerikası cəbhələrində müxtəlif uğurlara nail olmuşdur. O, İspaniya varisliyi uğrunda müharibə zamanı Velez-Malaqa döyüşü və Barselonanın mühasirəsi kimi bir neçə önəmli hərbi qarşıdurmalarda iştirak etmişdir. Göstərdiyi xidmətə görə İspaniya kralı V Filipp tərəfindən Qızıl Dəri Ordeninə layiq görülən Dükass 1691–1703-cü illərdə San-Dominqo müstəmləkəsinin qubernatoru olaraq çalışmışdır. O, karyerasını Fransa Donanmasının general-leytenantı (XVII əsr Fransasının ən yüksək rütbəsi olan general-leytenant, müasir vitze-admiral rütbəsi ilə eynidir), Müqəddəs Lüdovik Hərbi Ordeninin isə komandiri olaraq bitirmişdir.
Jan-Batist Dükas | |
---|---|
Jean-Baptiste du Casse | |
| |
San-Dominqo qubernatoru | |
1 oktyabr 1691 – iyul 1700 | |
Sonrakı | Cozef Honon Deqallifet |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Po, Fransa |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Burbon-l'Arşambo, Fransa |
Milliyyəti | fransız |
Vətəndaşlığı | Fransa |
Fəaliyyəti | müstəmləkə inzibatçısı[d], hərbi qulluqçu, tədqiqatçı-səyyah[d] |
Atası | Jak Dükas |
Anası | Cudit Remi |
Həyat yoldaşı | Marte Bodri (ev. 1686–1715) |
Uşağı | Marte Dükass |
Hərbi xidmət | |
Xidmət illəri | 1686–1714 |
Mənsubiyyəti | Fransa |
Qoşun növü | Fransa Donanması |
Döyüşlər |
Auqsburq liqası müharibəsi İspaniya varisliyi uğrunda müharibə |
Rütbəsi | General-leytenant |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəO zamanlar soyadların yazılışının düzəldirilməsi adi bir əməl olmadığından, Dükassın soyadı müxtəlif yazılışları var idi. du Casse yazılışı doğum sənədindən əsaslanır, fəqət digər sənədlər Ducasse, Ducas və Du Casse yazılışlarını göstərirlər. Onun qardaşının nəvəsi Robert 1876-cı ildə Jan-Batist Dükassın bioqrafik əsərini yazanda ulu əmisinin və özünün soyadını du Casse olaraq qələmə vermişdir.[1]
Dükassın doğum yeri barədə mütərəddidlik mövcuddur. Bəzi mənbələr onun 2 avqust 1646-cı ildə Sobyuss kommunasında qəssab Bertran Dükassın ailəsində,[2] Po şəhərində dindar hugenotlar olan Jak Dükass və Cudit Reminin ailəsində anadan olduğunu yazır. Jak Dükass Fransa protestant kilsəsinin vəzifəli şəxslərindən biri idi. Hugenotlar bu dövrdə təqibə və təzyiqə məruz qaldığından Dükass öz ailə tarixçəsini dəyişməli olmuşdur. Onun qardaşı oğlu Sen-Simon kimi erkən bioqraflar bu xətanı öz əsərlərində əbədiləşdirmişdilər.[3]
Dükass öz ailəsinin dini mənşəyini 1691-ci ildə Jerom Felipeyə göndərdiyi məktubda açıqlamışdır.[4] Buna əlavə olaraq, Po şəhərində alınan yerli mənbələr Dükass ailəsinin hugenot mənşəyini ifşa edir.[5]
Jan-Batist Dükass 25 iyun 1715-ci ildə Fransanın Burbon-l'Arşambo kommunasında, 68 yaşında vəfat etmişdir.
Şəxsi həyatı
redaktəDükass 16 mart 1686-cı ildə, Dyep şəhərində Marte Bodri (1661–1743) ilə evlənmişdir. O, bank işi və müstəmləkə ticarəti ilə yaxından maraqlanan bir ailədən gəlirdi. Onların bir qızı (Marte Dükass). O, Lüdovik Delaroşefoşold (1672–1751) ilə evlənmişdir.[6]
Karyera
redaktəAfrika və kölə ticarəti
redaktəJan-Batist Dükass Seneqal Şirkətində çalışan zaman Afrika və Karib dənizi arasında fəaliyyət göstərirdi. O, kölə ticarətindən əldə etdiyi pulla San-Dominqoda bir gəmi almış və kaperlik karyerasına başlamışdır. Axırda Fransaya qayıdan Dükass yağmalardan əldə etdiyi qazancın yarısını taxt-taca bağışlamışdır. Buna görə, Kral XIV Lüdovik onu Fransa donanmasının leytenantı təyin etmişdir.[7]
Auqsburq liqası müharibəsi
redaktəDükass 1687-ci ildə Elmina şəhərini zəbt etməyə cəhd göstərmiş, lakin uğursuz olmuşdur. İki il sonra, 1689-cu ilin iyun ayında Dükass müasir Surinamda yerləşən Berbisə və Fort Zelandiyaya hücum etmişdir.[8] O, bir qədər sonra Jan Fantin ilə birlikdə Sent-Kristofer adasına hücum edir. Fantinin heyətinin İngiltərə əsilli hissəsi Uilyam Kiddin və Robert Kullifordun rəhbərliyi ilə bir qiyam qaldırır və onun gəmisini oğurlayır.[7]
Dükass 1691-ci ildə San-Dominqonun qubernatoru təyin edilir. O, tezliklə adada yaşayan bukanyerlərin hörmətini qazanır. Növbəti aylarda Dükass yaxınlığında yerləşən Britaniya müstəmləkələrini talan etmişdir.[9]
İspaniya varisliyi uğrunda müharibə
redaktəJan-Batist Dükass 1701–1714-cü illərdə baş verən bu mübaribədə xeyli döyüşlərə qoşulmuş, onların çoxunda qələbə çalmışdır. O, ingilis zabit Con Benbounu Santa-Marta döyüşündə məğlub etmişdir. İki il sonra Dükas Velez-Malaqa döyüşü iştirak etmiş, ingilislərdən və hollandiyalılardan ibarət qüvvələri dəf edə bilmişdir. O, 1714-cü ildə, Barselonanın mühasirəsi zamanı Fransa flotuna rəhbərlik etmişdir.[10]
Mədəniyyətdə
redaktə2013-cü ildə satışa çıxarılan "Assassin's Creed IV: Black Flag" video oyununda Dükassın uydurma qardaşı oğlu, Julyen Dükass antaqonist rolu oynayır. Səs aktyoru Aleks İvanoviçi olan personaj 1682-ci ildə Fransanın Monpelye şəhərində anadan olmuşdur. Əmisi kimi gənc yaşlarında gəmiçilik işləri ilə məşğul olmuş, İspaniya varisliyi uğrunda müharibə zamanı bir neçə kiçikhəcmli döyüşlərdə iştirak etmişdir. Müharibə zamanı istedad və bacarıq yerinə hörmət və nəsil ağacını seçdiklərindən, Julyendə Fransa və İspaniya monarxlarına qarşı nifrət oyanmışdır. Bununla belə, Julyen öz vətəninə xidmət etməyə davam etmiş və təcrübəli bir artillerist və pulemyotçu olmuşdur.
1704-cü ildə Julyen və əmisi Jan-Batist Velez-Malaqa döyüşü zamanı Yeni Dünyada var-dövlət əldə etmək üçün Fransa Hərbi Donanmasından fərarilik etmişdir. İlk vaxtlarda Afrikada kölə tüccarı olaraq çalışan Julyen, ancaq yetərli qəddarlığa malik olmayan həmin sahədə işləyə bilməyəcəyini anlayıb, işi buraxmışdır. Bir il sonra Julyen Karib adalarına köçmüşdür.[11]
Dükass növbəti on ilini Karib adalarındə muzdlu əsgər olaraq keçirmişdir. Bu yolla Julyen Kuba qubernatoru Laureano Detorres i-Ayyala ilə tanış olur. 1715-ci ilin iyul ayında Dükass Vuds Rocers və Dankan Ualpol Detorres ilə bir görüş təşkil edir. Dankan Ualpol Havana şəhərinə hər kəsdən daha gec, bir həftə sonra gəlmişdir. Əslində, Dankan Ualpol adıyla Havanaya gələn şəxs onun mükafatını qarət etmək istəyən Edvard Kenuey adlı bir dəniz qulduru idi. Onlar, birlikdə, Detorresin təsdiqi ilə "Tampilyer Ordeni"nə (azərb. Templar Order) qoşulur.[12] O, həmin ilin sentyabr ayında, 33 yaşında Böyük İnaqua adasında Edvard Kenuey tərəfindən öldürülmüşdür.[13]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Dükass, Robert Emmanuel Leon. L'Amiral du Casse, Chevalier de la Toison d'Or. Paris: Berger-Levrault et Cie. 1876. səh. 10. (#accessdate_missing_url)
- ↑ Dükass, Robert Emmanuel Leon. L'Amiral du Casse, Chevalier de la Toison d'Or. Paris: Berger-Levrault et Cie. 1876. səh. 12. (#accessdate_missing_url)
- ↑ Taylemit, Etyen. Dictionnaire des marins français. Paris: Tallandier. 2002. ISBN 2-84734-008-4. (#accessdate_missing_url)
- ↑ Lettre du 7 juillet 1691, envoyée de la Martinique. Archives Nationales 9A2. (#accessdate_missing_url)
- ↑ Le Blant, R. "Revue historique et archéologique du Béarn et du Pays basque". (#accessdate_missing_url)
- ↑ Dükass, Robert Emmanuel Leon. L'Amiral du Casse, Chevalier de la Toison d'Or. Paris: Berger-Levrault et Cie. 1876. səh. 419. (#accessdate_missing_url)
- ↑ 1 2 Zeks, Riçard. The Pirate Hunter: The True Story of Captain Kidd (ingilis). Nyu-York: Hachette Books. 2003. ISBN 9781401398187. İstifadə tarixi: 26 iyul 2018.
- ↑ "THE BEGINNING OF THE COLONY OF BERBICE". Qayana. 21 aprel 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2018.
- ↑ Rouli, Ceyms A.; Behrendt, Stefen D. The transatlantic slave trade. səh. 92.
- ↑ Liqnard, Con. Histoire d'Angleterre (XVI). Chez Parent Desbarres. 1837. səh. 29.
- ↑ "Julien du Casse". assassinscreed.wikia.org. 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2018.
- ↑ "Mister Walpole, I Presume?". assassinscreed.wikia.org. 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "A Single Madman". assassinscreed.wikia.org. 2014-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
Ədəbiyyat
redaktə- L'Amiral Du Casse, chevalier de la toison d'or (1646-1715). Paris. 1876. (#first_missing_last)
- Deyvid. Historic Cities of the Americas: An Illustrated Encyclopedia (I-II). Santa-Barbara. 2005.
- Pritçard, Ceyms. In Search of Empire: The French in the Americas, 1670-1730. Kembric: Cambridge University Press. 2004.
- Sen-Simon, Lui de Ruvrua. Mémoires complets et authentiques du duc de Saint-Simon (IV-VII). Paris: Hachette. 1856–1858.