Jak Fresko - Wikipedia
Jak Fresko (13 mart 1916[1], Bruklin, Nyu-York ştatı[3] – 18 may 2017[2], Sebrinq[d], Florida) — amerikalı futurist və ictimai mühəndis olaraq özünü tanıtmışdı. Avtodidakt idi və industrial dizayn sahələrində çalışmışdı.
Jak Fresko | |
---|---|
ing. Jacque Fresco | |
Doğum tarixi | 13 mart 1916[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 may 2017[2] (101 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
thevenusproject.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Fresko davamlı şəhərlər, enerji effektivliyi, təbbi resursların idarəolunması, avtomatlaşma və elmin cəmiyyətdə yeri haqda fikirlərini yazmış və mühazirələrində dilə gətirmişdir. O, Venera layihəsini (Venus Project) yaratmış və resurs əsaslı iqtisadiyyat adlandırdığı sosio-iqtisadi modelin qlobal tətbiqini müdəfiə etmişdir.
Gəncliyi
redaktəFresko 13 mart 1916-cı ildə doğulub, Nyu-Yorkda Bruklin rayonunda Səfarad yəhudilərindən ibarət ailəsinin yanında böyüyüb. Böyük böhran zamanında o, vaxtını dostarı ilə birlikdə Çarlz Darvin, Albert Eynşteyn, elm və gələcək haqda müzakirə edərək keçirirdi. Fresco Gənc Kommunistlər Ligasına qatılır və liganın rəhbəri ilə görüşdə müzakirədən sonra "Karl Marks səhv idi" deyə bağırdığına görə ligadan sözün birinci mənasında atılır. Gənc Fresko 14 yaşında evi tərk edir və zəmanənin gəncləri kimi avtostop və "qatarlara tullanaraq" səyahət edir. Daha sonra o diqqətini texnokratiya üzərinə cəmləyir.
Karyera
redaktəHava gəmisi sənayesi
redaktəFresko 1930-cu illərin sonrarına doğru Kaliforniada Douglas Aircraft Company-də çalışıb. O, "flying wing" adlanan gövdəsiz təyyarə və disk formalı hava gəmisi dizayn edib təqdim etmişdi. Onun bəzi dizayn layihələri zamanında qeyri-praktik olaraq dəyərləndirilib və ideyaları qəbul olunmayıb. Fresko fikir ayrılıqları səbəbi ilə Duqlasdan istefa edib.
1942-ci ildə Fresko Amerika ordusuna qəbul edilir. O, Ohayo ştatında Wright Fielddə Amerika Birləşmiş Ştatları Hava Qüvvələrinə texniki dizayner olaraq təyin olunur. Fresko ordu həyatına uyğunlaşa bilmədiyinə görə tərxis olunur.
Trend Home layihəsi
redaktəFresko Earl Muntz tərəfindən ucuz qiymətli mənzil layihəsi dizayn etməsi üçün təyin olunur. Muntz layihəyə 500.000 dollar başlanğıc maliyə vəsaiti qoymuşdu. O vaxt 32 yaşında olan Fresko öz əməkdaşları olan Harry Giaretto və Eli Catranla birlikdə Trend Home adlanan ev layihəsini işləyib hazırlayır. Fresko bu layihə ilə ənənəvi karyera uguruna xeyli yaxınlaşır. Əsasən alüminium və şüşədən hazırlanan layihə Hollywoodda Warner Bros. Sunset Lotda 3 ay sərgidə qalır. 1dollar qarşılığında gəzilə bilən evin gəliri Xərçəngdən Qorunma Cəmiyyətinə gedir. 1948-ci ilin yayında Federal Mənzil İdarəsinin rəsmisi layihə barədə Muntzla görüşür. Muntza görə rəsminin təklifi əlavə bürokratik xərclər gətirə bilərdi hansı ki, aşağı istehsal xərclərini mənasızlaşdırırdı. Dövlətdən va ya digər maliyə dəstəyi olmazsa layihə kütləvi istehsala getməyəcəkdi. Bu təcrübə Freskonun o nəticəyə gəlməsinə səbəb oldu ki, ixtiralarının gerçəkləşə bilməsi üçün cəmiyyətin dəyişilməsi gərəklidi.
Scientific Research Laboratories
redaktə1940-cı illərin sonunda Fresko Los Angelesda "Scientific Research Laboratories"-i qurur və rəhbəri olur. Burada o sərbəst ixtiraçı və elmi məsləhətçi kimi ixtiraları üzərində çalışır və araşdırırdı, həmçinin mühazirələr oxuyur və texniki dizayn dərsləri verirdi. Bu ərəfədə Fresko araşdırmalarını maliyyələşdirmək üçün əlləşdi, maddi sıxıntılar və tərsliklərlə üzləşdi. 1955-ci ildə laboratoriyasının Golden State Freeway layihəsindən uzaqlaşdırılmasından sonra Kaliforniyanı tərk etdi.
Orta yaşlar
redaktə1995-ci ildə Fresko Mayami, Floridaya gəlir. Burada o formal təhsili olmamasına baxmayaraq özünə psixoloq-məsləhətçi işi qurur. Amerika Psixoloqlar Assosiasiyasının tənqid atəşi nəticəsində Fresko bu işini dayandırmalı olur. Həmin vaxtların bir qəzet məqaləsində Freskonun Los Angeles Sierra Universitetindən diplom aldığını iddia edir, hansı ki, öz təsdiqini tapmır.
Fresko bəyazların üstünlüyünü müdafiə edən qurumlara qatılmasını insanların fikirlərini dəyişdirməyin mümkünlüyünü yoxlamaq məqsədi ilə izah edir. O Ku Klux Klan və White Citizens Council-ə qoşulmasını onların irqi diskriminasiya haqda fikirlərini dəyişdirmək cəhdi olduğunu deyir.
Fresko Mayamidə dairəvi şəhər dizaynı layihəsini təqdim etdi. Fresko Alkoa və Major Ralty Corporation kimi şirkətlərdə industrial dizayner olaraq çalışaraq həyatını qazandı.
1961-ci ildə Fresko "Sandwich House" olaraq bilinən layihədə Pietro Belluschi və C. Fredrick Wise ilə əməkdaşlıq etdi. Təməlləri və bütün daxili qurğuları ilə birlikdə əsasən prefabrik hissələrdən, arakəsmə və aliminyumdan ibarət məhsul 2950–7500 dollar arası qiytmətlərə satıldı. Həmin vaxtlarda, Fresko, Jacque Fresco Enterprises İnc.- də dizayn etdiyi prefabrik aliminyum cihazlarla layihələrini dəstəklədi.
1955-ci ildən 1969-cu ilədək Fresko öz sosyal ideyalarını "Project Americana" adlandırırdı.
Looking Forward
redaktə"Səbirsizliklə gözləmək" adlı kitabı 1969-cu ildə çap olunur. Jak Fresko Ken Keyeslə birlikdə kitabı qələmə alır. Kitab gələcəyə spekulyativ bir baxışdır. Müəlliflər arzunun öldürüldüyü, iş və şəxsi mülkiyyətin olmadığı, fərdi məmnuniyyətin əsas maraq olduğu ideal kibernetik cəmiyyət təsvir edir.
"Sociocyberneering İnc"
redaktəFreskonun Project Americana üçün ideyaları "Sociocyberneering" adlı konsepsiyaya çevrildi. Fresko Sociocyberneering konsepsiyasını kompüter texnologiyasının en inkişaf etmiş formalarının insan problemlərinin idarəolunmasına tətbiqi olaraq izah edirdi. O bu konsepsiyanı 1970-ci ildə Mayami Universitetində tələbələrə təqdim etdi. 1971-ci ildə isə bu konsepsiya əsasında bir təşkilat yaradır. Bu "Sociocyberneering İnc" adlanır və üzvlük əsasında fəaliyyət göstərir, hansı ki, ən çox 250 üzvü olmuşdu. Bu,qeyri-siyasi qeyri-kommersiya təşkilatı idi. Üzvlərin əksəriyyəti Freskonun tələbələrindən ibarət idi. Fresko tez-tez Miami Beach və Coral Gablesdakı evində mühazirələr verirdi. Fresko bu təşkilatı universitetlərdə mühazirə oxuyaraq, televiziya və radioda çıxış edərək dəstəkləyirdi. Üzvlərin ən çox olduğu vaxtda Naples yaxınlığında bir əraziyə investisiya qoyuluşuna başladılar. Təşkilat özlərinin də yaşayabiləcəyi eksperimental birlik inşa etməyi qərar aldı. 1978-ci ildə üzvlərin Collier County abadlıq şurasının işləri dayandırmasından qorxması nəticəsində maneəyə rast gəldilər. Nəticədə "Sociocyberneering İnc" üzvlərinin bir hissəsi ayrıldı. İnvestisiya tərk edildi və ərazi satıldı. Fresko evini satdı və Venus kəndinə köçdü. 1980-ci ildə kənd təsərrüfatı ərazilərində "Sociocyberneering İnc" üçün araşdırma mərkəzi qurdu. Geriyə qalan üzvlərin köməyi ilə Fresko öz futuristik dizayları əsasında binalar tikdi. Venusa köçdükdən sonra üzvlərin çoxu Mayamidə qaldığına görə "Sociocyberneering İnc"-in populyarlığı azaldı. Nəhayət, "Sociocyberneering İnc" daha da passivləşdi və 1980-ci illər ərzində Fresko vaxtını kolleqası olaraq yanında qalan Roxanne Meadows ilə dizayn və öyrənməyə həsr elədi.
Sonrakı həyatı
redaktə1994-cü ildə Fresko "Sociocyberneering İnc"ə yeni bir məzmun verdi və Venera layihəsi adı altında yenidən başlatdı. Bu dəfə Fresko, öz baxışlarının ümumi konturlarının necə göründüyünü və işlədiyini göstərəbiləcək xeyli sayda dizayn və modellər toplamışdı və bunlar universitet və müəllimlərə paylanılan öyrədici filmlər və ədəbiyyat vasitəsiylə qurumu tanıtmaq üçün istifadə olundu. Öyrədici materiallarına əlavə olaraq Fresko və Meadows 1990-cı illər boyunca sərbəst investisiyalar, sənaye mühəndisliyi, ənənəvi arxitektura modellənməsi və ixtira konsultasiyaları ilə layihəni dəstəklədilər. Bu dövrdə Freskonun bəzi futuristik dizaynları inkişafameyilli şirkətləri ruhlandıra bildi. Bir dəfəsində, Fresko Venera layihəsinin Türkiyədə eksperimental şəhərcik/ tema park tikilməsinin planları üzərində düşündüyünü iddia etmişdi. Oxşar fikir Dubai üçün də səsləndirilmişdi. 2002-ci ildə Fresko özünün əsas işini "The Best That Money Can`t Buy" (Pulun satın ala bilməyəcəyi ən yaxşı şey) adlı kitabı yayımladı. 2006-cı ildə William Gazecki Fresko haqqinda "Future by Design" adlı yarı-biografik sənədli film çəkdi hansı ki, filmdə Fresko Renessans dövrünün erudit şəxsiyəti Leonardo Da Vinçi ilə müqayisə olunurdu. 2008-ci ildə Peter Joseph Zeytgeyst Addendum filmində Freskoya xüsusi yer verdi və onun gələcəyə baxışları filmdə bəhs olunan ictimai və ekolojik böhranın mümkün həlli kimi qiymətləndirdi. Bunun nəticəsi olaraq, Freskonun fikirlərini aktiv bir şəkildə yaymaqda olan və özünü Venera layihəsinin "aktivist qolu" olaraq adlandıran Zeytgeyst hərəkatının inkişafı vüsət aldı. 2011-ci ilin aprel ayından etibarən Venera layihəsi və Zeytgeyst hərəkatı əlaqələrini kəsdi.
2010-cu ildə Fresko "Resurs Əsaslı İqtisadiyyat" ifadəsinin ən məşhur olduğu dönəmlərdə öz izahını qorumaq üçün onu markalaşdırmağa cəhd etdi. İfadə dəyərləndirildi və marka ola bilmək üçün çox ümümi anlayış olduğu qeyd olundu. Beləliklə, Freskonun öz izahını markalaşdırma cəhdi uğursuz oldu. Bəzi kiçik internet təşkilatları Freskonun orijinal konsepsiyasına əsaslanan bir resurs-əsaslı iqtisadiyyat varyantını yaymaqdadırlar.
Venera layihəsinə maraq artdığına görə 2010-cu il boyunca Fresko Meadows ilə birlikdə dünya miqyasında səyahətdə oldu. 2011-ci il Yanvar ayının 15-də Freskoya və planetar dilemmaların mümkün həlli kimi onun baxışlarının daha ətraflı ifadəsinə xüxusi yer verilmiş Zeytgeyst: İrəliləyiş filmi kinoteatrlarda göstərilməyə başlandı. İl ərzində Fresko Venera layihəsinin ərazisinə turlar təşkil edib muhazirələr oxuyurdu, eyni zamanda Venera layihəsinin gələcəyini əks etdirəcək böyük kinofilm üçün maliyyə toplamağa da başlamışdı. 2011-ci ilin noyabr ayında Fresko Mayamidə "Mayamini işğal et" aksiyasında aksiyaçılar qarşısında çıxış etmişdi.
Venera layihəsi
redaktəVenera layihəsi Freskonun həyat fəaliyyətinin əsasını əks etdirən və təsvir edən bir təşkilatdır və onun aclıq, cinayət, müharibə, korrupsiya və israfın olmadığı gələcək təsəvvürünü təqdim edən bir təməl olaraq xidmət göstərir. O, 1980-ci ildə qurulub və 1994-cü ildə indiki adını alıb. O, Floridanın mərkəzində Okeechobee gölünün yaxınlığında Fort Mayersin 80 km şimal-şərqində yerləşir. Ərazisinin 9 hektarlıq hissəsində Fresko tərəfindən dizayn edilmiş və onun memarlıq dizaynlarının məhdud versiyalarını nümayiş etdirən 10 tikili var. Bura qismən Fresko və Meadows üçün araşdırma mərkəzi olduğu kimi qismən də layihənin dəstəkçiləri üçün təhsil mərkəzidir. Onlar gələcək təsəvvürü və gerçəkləşdirilməli hədəfləri təsvir və izah edən video və ədəbiyatlar hazırlayırlar. Bu hədəflər arasında ən əhəmiyyətliləri layihənin təsəvvüründəki gələcək dünyanı canlandıran əsaslı kinofilm çəkmək; Venera layihəsinin ideyalarını və texnologiyalarını sərgiləmək məqsədiylə tema park inşa etmək; və Freskonun hipotezlərini sınamaq təşəbbüsü ilə eksperimental şəhərcik inşa etməkdir. Onun başlıca məqsədi "resurs-əsaslı iqtisadiyyat" olaraq adlandırılan qlobal, davamlı, texnoloji ictimai quruluşa doğru irəliləyərək cəmiyyəti inkişaf etdirməkdir.
Şəxsi həyatı və ailəsi
redaktəFresko Orta Asiyadan Amerikaya köçmüş mühacirlər Lena və İsaac Freskonun ailəsində dünyaya gəlib. Onun atası 1880-ci ildə doğulub və 1905-ci ildə İstanbuldan Nyu Yorka köç edib. O, burada bitkiçiliklə məşğul olurdu və 1963-cü ildə vəfat edib. Freskonun anası 1887-ci ildə Qüdsdə anadan olub və həmçinin o da təqribən 1904-cü ildə Nyu Yorka köç edib. O, 1988-ci ildə vəfat edib. Freskonun Freda adında bacısı və David adında qardaşı var idi.
Fresko Los Angelesdə yaşayarkən iki dəfə ailə həyatı qurub və ikinci evliliyini Mayamiyə köçdükdən iki il sonrasına kimi davam etdirib. O, 1957-ci ildə ikinci həyat yoldaşından boşanıb və ömrünün sonuna kimi dul yaşayıb. Onun ikinci həyat yoldaşı Patrisia 1956-cı ildə Richard adlı oğul və Bambi adlı qız dünyaya gətirib. Richard orduda zabit idi və 1976-cı ildə vəfat edib. Bambi 2010-cu ildə xərçəngdən ölüb.
Fresko 2017-ci il May ayının 18-də 101 yaşında Sebring Floridadakı evində yatarkən Parkinson xəstəliyinin ağırlaşmasından ölüb.
Roxanne Meadows 1976-cı ildən Freskonun köməkçisidir. Freskonun ev yoldaşı və kolleqası olaraq Venera Layihəsinin əsas idarəçisidir.
Çalışmaları
redaktəKitablar
redaktə- with Keyes, Ken. Looking Forward. South Brunswick, New Jersey: A. S. Barnes. (1969). ISBN 0-498-06752-1. OCLC 21606. Retrieved March 26, 2009.
- Introduction to Sociocyberneering. Lidiraven Books. 1977. OCLC 6036204. Retrieved December 30, 2010
- The Venus Project: The Redesign of Culture. Venus, Florida: Global Cyber-Visions. 1995. ISBN 0-9648806-0-1. OCLC 33896367. Retrieved December 30, 2010.
- The Best that Money Can't Buy: Beyond Politics, Poverty & War. Venus, Florida: Global Cyber-Visions. 2002. ISBN 0-9648806-7-9. OCLC 49931422.
- Gələcəyi yaratmaq (PDF). Venus, Florida: The Venus Project, Inc. 2007. OCLC 568770383. Retrieved January 9, 2011.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- https://www.thevenusproject.com/
- https://en.wikipedia.org/wiki/?axtar=Jacque_Fresco
- Freskonun nəzərində dünya
- Freskonun Larry Kinglə TV müsahibəsi, (19 avqust 1974) müsahibə
- ↑ 1 2 Jacque Fresco // SNAC (ing.). 2010.
- ↑ 1 2 In Honor of Jacque Fresco (1916 - 2017).
- ↑ 1 2 The view from Venus. // Orlando Weekly 2011.