In Vitro - Wikipedia
In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir.
Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır.
Üstünlükləri
redaktəCanlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər.[1] Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır.
Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.[2][3]
Çatışmazlıqları
redaktəBu metodun əsas çatışmazlığı əldə olunan nəticələrin canlılar üzərinə ekstrapolyasiyasının bəzən həddən artıq çətin olmasındadır. In vitro tədqiqat aparan mütəxəssislər əldə etdikləri nəticələrin izah olunmasında çox diqqətli olmalıdırlar, çünki bu bəzən yanlış təsəvvür formalaşmasına səbəb ola bilər.[4] Çünki bir çox hallarda in vitro müsbət nəticə verən hər hansı dərman vasitəsi in vivo mənfi nəticələr doğura bilər, belə ki, in vitro təcrübələr zamanı canlı orqanizmin həmin dərmana əks reaksiyasını, qarşılıqlı təsirini öyrənmək mümkün olmur.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Alberts, Bruce. Molecular biology of the cell. New York: Garland Science. 2008. ISBN 0-8153-4105-9.
- ↑ Vignais, Paulette M.; Pierre Vignais. Discovering Life, Manufacturing Life: How the experimental method shaped life sciences. Berlin: Springer. 2010. ISBN 90-481-3766-7.
- ↑ Jacqueline Nairn; Price, Nicholas C. Exploring proteins: a student's guide to experimental skills and methods. Oxford [Oxfordshire]: Oxford University Press. 2009. ISBN 0-19-920570-1.
- ↑ Rothman, S. S. Lessons from the living cell: the culture of science and the limits of reductionism. New York: McGraw-Hill. 2002. ISBN 0-07-137820-0.
- ↑ De Clercq E. "Recent highlights in the development of new antiviral drugs". Curr. Opin. Microbiol. 8 (5). October 2005: 552–60. doi:10.1016/j.mib.2005.08.010. PMID 16125443.