Il Volo Trio - Wikipedia
Il Volo — iki tenor Pyero Barone və İnyatsio Bosketto və bariton Canluka Cinobledən ibarət İtalyan operatik pop triosu. Onlar özlərinin ifa etdikləri musiqi janrını "popera" olaraq tərif edirlər. Trio 2015-ci ildə İtaliyanın məşhur Sanremo musiqi festivalında qalib gəlmiş və İtaliyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər[1]. Onlar müsabiqədə ilk üçlükdə yer almışdırlar. Onlar yeddi studiya albomu buraxdılar. Ən son albom "Il Volo Sings Morricone" adlı Ennio Morricone-ə həsr olunmuş xatirə albomudur.[2]
Il Volo | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
pop operatik pop latın |
Fəaliyyət illəri | 2010 — indiyə kimi |
Ölkə | İtaliya |
Dil | İtalyan |
Leybl |
Geffen Universal Music Group Interscope Records Sony Music Latin |
Heyət |
Pyero Barone İnyatsio Bosketto Canluka Cinoble |
ilvolomusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranma tarixçəsi
redaktəBaşlanğıc (Ti lascio una canzone) (2009–2010)
redaktə2009-cu ildə Pyero Barone, İnyatsio Bosketto və Canluka Cinoble Sanremoda keçirilən İtaliyanın "Ti lascio una canzone" adlı musiqi yarışmasında iştirak edən yeniyətmələr sırasında idilər.[2] Yarışmanın ilkin mərhələlərində onlar solo ifaçılar olaraq çıxış edirdilər. Canluka Cinoble yarışmanın ilk mərhələsində Andrea Boçellinin "Il mare calmo della sera" mahnısını ifa edərək qalib gəlmişdir. Yarışmanın direktoru Roberto Kençi onları bir araya gətirib, Üç tenora (Plaçido Dominqo, Xose Karreras və Luçano Pavarotti) bənzər yeni bir trio yaratmağı düşünürdü. Yarışmanın dördüncü mərhələsində ilk dəfə Pyero, İnyatsio və Canluka trio şəklində ifa etmişdirlər. Onların birlikdə ifa etdikləri ilk mahnı Napoliten klassiklərindən olan "'O sole mio" olmuşdur.[3] Möhtəşəm ifadan təsirlənən İtaliyanın məşhur söz yazarlarından olan Toni Renis yarışmanın direktoru Kençi ilə əlaqə saxlayaraq, gənc istedadlarla görüşmək niyyətində olduğunu söyləmişdir. Onlar 18 yaşdan aşağı olduqları üçün Kençi ilk öncə onların valideynləri ilə bu barədə danışmışdır və valideynlərin razılığından sonra ifaçıların Toni Renislə işləməyinə şərait yaradılmışdır. Renis Amerikanın məşhur Geffen Records şirkətinin üzvləri Cimmi Ayovin və Ron Feir ilə görüşərək, trio üçün şirkətlə müqavilə imzalamışdır. Onlar Amerikan leyblı ilə anlaşma əldə edən ilk İtalyan ifaçılar olmuşdurlar.[4] Prodüser Mişel Torpedin onların meneceri olaraq fəaliyyətə başlamışdı.
Trioya ilkin olaraq "I Tre Tenorini" adı verilsə də, daha sonra bu ad "The Tryo" ilə əvəz edilmişdir. Həmin bu adla trio 2010-cu ildə ildə Haitiyə dəstək üçün bir neçə müğənni ilə birlikdə ifa olunan xeyriyyə sinqlı "We Are the World 25 for Haiti"ni səsləndirmişdirlər.[5] Həmin ilin fevral ayında trio 60-cı Sanremo musiqi festivalında "Granada" və "Un amore così grande" mahnılarını ifa etmişdir. 2010-cu ilin sonlarında trionun adı dəyişilərək Il Volo (azərb. Uçuş) adlandırılmışdır.
Il Volo (2010–2012)
redaktə2010-cu ildə Il Volo triosu Londonda Toni Renis və Umberto Qatiçanın prodüserliyi ilə ilk albomlarının hazırlığına başladılar. Trionun adı verilən debüt albomda dünyaca məşhur italyan mahnıları ("Il mondo", "Un amore così grande", "’O sole mio", "El reloj" və s.) və eyni zamanda xüsusi olaraq trio üçün yazılmış bir neçə bəstə yer almışdır. 2010-cu ilin noyabr ayında İtaliyada təqdim olunan albom il üzrə ölkədə 6-cı ən çox satılan albom kimi dəyərləndirilmişdir. Albomun beynəlxalq buraxılışı 2011-ci ilin aprel ayında ABŞ-da Geffen Records şirkəti tərəfindən təqdim olunmuşdur. Albom haqqında Amerikanın American Idol, The Tonight Show, Good Morning America, The Ellen DeGeneres Show və The Early Show kimi yüksək reytinqlərə malik şoularında məlumat verilmişdir. Albom Avstriya, Almaniya, Fransa, Belçika, Niderland və Yeni Zelandiyada ən çox satılan on albomdan biri olmuşdur. Albomun daha sonra ispan dilində olan versiyası da işıq üzü gördü.
Il Volo 2011-ci il ərzində iki dəfə Amerikanın The Talk şousunda qonaq olaraq iştirak etmiş və canlı olaraq bir neçə mahnı ifa etmişdirlər. 2011-ci ilin iyun ayında trio Sinqapurda keçirilən əlillərə yardım şousunda "’O sole mio" və "This Time" mahnıları ilə çıxış etmişdirlər. Il Volo 2012-ci ilin oktyabr və noyabr aylarında Barbra Streyzand ilə birlikdə konsertlərdə çıxış etmişdir. Onlar Barbra ilə birlikdə "Smile" və "Make My Garden Grow" mahnılarını ifa etmişdirlər.
We Are Love (2012–2014)
redaktə2012-ci ilin noyabr ayında trionun "We Are Love" adlı ikinci studio albomu işıq üzü gördü. Albomda müxtəlif dillərdə (İtalyan, İngilis və İspan) səslənən 12 mahnı və eyni zamanda Plaçido Dominqo və Eros Ramazotti ilə duetlər də yer almışdır. Il Volo həmin ilin noyabr ayında Nyu Yorkda keçirilən 80-ci Rockefeller Center Christmas Tree konsertində çıxış etmişdir. Dekabr ayında isə trio Norveçin paytaxtı Oslo şəhərində keçirilən Nobel sülh mükafatı konsertində "Il Mondo" və "We Are Love" mahnılarını ifa etmişdirlər. Trionun ikinci albomunun ispan dilində olan versiyası 2013-cü ilin aprel ayında təqdim olundu. 2013-cü il ərzində Il Volo 2013 Latin Billboard Music Awards və 40-cı Daytime Emmy Awards-da çıxış etmişdir. Həmin ilin oktyabr ayında trionun "Buon Natale: The Christmas Album" adlı əsasən Milad bayramına həsr olunmuş mahnıların yer aldığı beynəlxalq albomu dinləyicilərə təqdim olundu. Albomda ingilis, latın, ispan və alman dillərində mahnılar yer almışdı.
2014-cü ilin aprel ayında Il Volo 2014 Latin Billboard Music Awards-da Latın Pop albomları kateqoriyasında "İlin ən yaxşı qrupu" olaraq mükafat qazandılar. Trio eyni zamanda həmin ilin avqust ayında 3-cü keçirilən Your World Awards-da "Ən yaxşı qrup" olaraq mükafat qazandı.
Sanremo grande amore və 2015 Avroviziya Mahnı Müsabiqəsi (2015)
redaktə2014-cü ilin dekabr ayında Il Volo "Grande amore" adlı mahnı ilə 2015 Sanremo musiqi festivalında iştirak edəcəklərini elan etdi. 2015-ci ilin fevral ayında baş tutan festivalda trio səslərin 39,05%-ni qazanaraq, festivalda qalib gəldi.[6] Onların Sanremodakı qələbəsi trioya İtaliyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək imkanı yaratdı. İtaliyanın Avroviziyada Böyük Beşlik ölkələrindən biri olması trioya birbaşa finalda iştirak etmək hüququ vermişdi. Finlada ifa etdikləri "Grande amore" mahnısı Il Volo-ya və İtaliyaya 292 xalla üçüncü yeri qazandırdı. İtaliya SMS səsverməsi ilə ən çox səs toplayan (366 xal) ölkə olmasına baxmayaraq, ümumi nəticədə qalib gəlmək üçün münsiflərdən yetərincə xal toplaya bilməmişdi.
Trionun dördüncü studio albomu 2015-ci ilin sentyabr ayında Sony Music Latin tərəfindən üç fərqli versiyalarda təqdim olunmuşdu.
Heyət
redaktəPyero Barone (it. Piero Barone d. 24 iyun 1993) İtaliyanın Siciliya şəhərində anadan olub. İnyatsio Bosketto (it. Ignazio Boschetto d. 4 oktyabr 1994) İtaliyanın Bolonya şəhərində anadan olub. Canluka Cinoble (it. Gianluca Ginoble d. 11 fevral 1995) İtaliyanın Abruttso şəhərində anadan olub.
Diskoqrafiya
redaktə- Il Volo (2010)
- We Are Love (2012)
- Buon Natale: The Christmas Album (2013)
- Grande Amore // Grande Amore International Version // L'amore Si Muove (2015)
- Notte Magica — A Tribute to the Three Tenors (2016)
- Ámame (2018)
- Musica (2019)
- Il Volo Sings Morricone (2021)
- Ad Astra (2024)
İstinadlar
redaktə- ↑ "Il Volo wins Sanremo and goes to Eurovision for Italy". www.escunited.com. 15 fevral 2015. 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
- ↑ 1 2 Pingitore, Silvia. "Il Volo Sings Morricone: exclusive interview with the Italian trio". the-shortlisted.co.uk (ingilis). 24 oktyabr 2021. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
- ↑ "Ti lascio una canzone 2009 – 'O sole mio". RAI. 2015-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2011.
- ↑ "Esce l'album de Il Volo: destinazione lo stardom internazionale?" (İtalyanca). Rockol.it. 29 noyabr 2010. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
- ↑ "Zia Antonella Clerici e i tre piccoli tenori for Haiti" (İtalyanca). Wuz.it. 17 fevral 2010. 2015-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
- ↑ "Il Volo wins Italian Festival di Sanremo". Eurovision.TV. EBU. 2015-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2015.