I Yese - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Yese — Kartli çarı. Kartli kralı Levan şahzadə Tinatin Avalişvilinin oğlu, Kartli çarı "XI Georgi"nin qardaşı.[1].
I Yese Əliqulu xan Mustafa paşa | |
---|---|
იესე I ალიყული-ხანი | |
Kartli çarı | |
1714 – 1716 | |
Əvvəlki | Keyxosrov |
Sonrakı | VI Vaxtanq |
Kartli çarı | |
1724 – 1727 | |
Əvvəlki | VI Vaxtanq |
Sonrakı | Osmanlı işğalı (sonra II Teymuraz) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | Levan |
Anası | Tinatin Avalişvili |
Həyat yoldaşları |
Mariam Orbeliani Yelena Baqrationi |
Uşaqları | |
Dini | islam |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yese İslamı qəbul etmişdi. Əvvəlcə şiə ikən Əliqulu xan, daha sonra sünni ikən Mustafa paşa kimi tanınırdı.
Həyatı
redaktəYese 1680-ci ildə qəyyum Levanın və ikinci həyat toldaşı Tinatin Avalişvilinin oğlu olaraq doğulmuşdu. Müsəlman olduqdan sonra Əliqulu xan adını götürən Yese 1708-1709-cu illərdə Kirman naibi, 1709-1711-ci illərdə isə Kirman bəylərbəyi olmuşdu. 1711-1714-cü illərdə isə Səfəvi ordusunun topçubaşı (artilleriya üzrə baş komandan) olmuşdu.
Hakimiyyəti
redaktə1714-cü ilin martında VI Vaxtanq İslamı qəbul etmədiyi üçün onun yerinə çar olmuşdu. II David ilə ittifaq quran çar 1716-cı ilin iyunu çarlıqdan kənarlaşdırılaraq yerinə VI Vaxtanq gəldi.
Həbs və dini dəyişiklik
redaktəYesse Telaviyə köçdü və III Bakarın qəyyumluğu altında yaşamağa başladı. 1721-ci ildə VI Vaxtanq tərəfindən Kartli ədalət naziri təyin edildi. II Konstantin Baqrationinin hücuma hazırlaşdığını eşidən Yese 1723-cü ildə Osmanlıya qaçaraq sünni oldu və 1724-cü ildə Mustafa paşa adı ilə çar elan edildi. 1727-ci ildə öləndən sonra isə çarlıq institutu ləğv edildi.
Ailəsi
redaktəYese 2 dəfə ailə qurmuşdu:
- 1712-ci ildə Maryam Orbeliani (1692-1767) ilə: Georgi Allahverdi (1713-1762)
- Bir kənizlə:
- Arçil
- İshaq Aleksandr Baqrationi
- Levan Hüseyn Baqrationi
- I İrakli Baqrationinin qızı Yelena ilə:
- Teymuraz Baqrationi (1720—1788) - gələcək katolikos I Anton
- David (1716-1738)
- Nikolas
- İoane (ö. 1717)
- Xoreşan
- Anastasiya
İstinadlar
redaktə- ↑ Cyrille Toumanoff. Les dynasties de la Caucasie chrétienne de l’Antiquité jusqu’au XIXe siècle. Tables généalogiques et chronologiques. — Rome, 1990. — P. 144.