I Suzuki Sinici - Wikipedia
I Suzuki Şiniçi (鈴木 真一?, 1835[1][2][…], İvaşina[d], Şizuoka prefekturası – 1918[2], Yaponiya[3]) və ya doğum adı ilə Takahaşi Yuciro – Yaponiya fotoqrafı. Onunla eyni adı daşıyan digər fotoqraf II Suzuki Şiniçinin qayınatasıdır.
I Suzuki Şiniçi | |
---|---|
yap. 鈴木真一 | |
Doğum tarixi | 1835[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 1918[2] |
Vəfat yeri | |
Fəaliyyəti | fotoqraf |
Fəaliyyət illəri | 1854–1899 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktə1835-ci ildə İvaşina kəndində (hazırda Şizuoka prefekturasının Kamo rayonu) doğulmuşdur. Doğum adı Takahaşi Yucirodur. 1854-cü ildə Suzuki Yoşiçinin qızı ilə evlənərək Suzuki soyadını götürmüş və Şimodaya köçmüşdür. Həmin il böyük sunami dalğası Şimodada dağıntılara səbəb olmuş və Suzuki sahib olduğu hər şeyi itirmişdir. O və arvadı yeni həyata başlamaq üçün Yokohamaya köçmüşdürlər.[4]
Fotoqrafiya
redaktəSuzuki 1866-cı ildə Yokohamada yaşayan şimodalı fotoqraf Şimooka Renconun şagirdi olmuşdur. 1873-cü ilin oktyabrında ondan ayrılaraq Bentendori küçəsində öz studiyasını açmışdır. Həmin il adını Şiniçi olaraq dəyişdirmiş, qızı isə Şimookanın digər fotoqraf şagirdi olan Okamoto Keyzo ilə evlənmişdir. Okamoto daha sonra özünə II Suzuki Şiniçi adını götürmüşdür.[4]
Suzuki Yokohamada portret studiyasını idarə etmiş və suvenir albomlarının satışı ilə məşğul olmuşdur.[4] 1872–1873-cü illərdə jurnalist Con Reddi Blek üçün yaponların gündəlik həyatlarını əks etdirən fotolar çəkmişdir.[5] Bu şaco seriyasından olan fotolar "The Far East" jurnalının 1873-cü ilin iyul sayında nəşr olunmuşdur.[6] Onun Tokionun Kudanzaka bölgəsində yerləşən fotostudiyası da var idi.[7] Suzuki fotoların çini materialların üzərinə vurulması texnikasının qabaqcılı olmuş, bu cür məhsulları xaricilərə satmağa başlamışdır.[4] 1884-cü ildə Yokohamanın Masaqo bölgəsində yerləşən, Qərb üslubunda olan ikimərtəbəli fotostudiyaya köçmüşdür. Bu studiya 1908-ci ilə qədər fəaliyyət göstərmişdir. Suzuki 1892-ci ildə fotoqrafiyadan əl çəkmiş və biznesini oğlu İzaburoya ötürmüşdür.[7]
Suzuki 1918-ci ildə ölmüşdür. 1870-ci illərdə xristianlığı qəbul etdiyi və vəftiz adının Luka olduğu güman olunur.[4]
Qalereya
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. səh. 165–171. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 27 noyabr 2024.