I Love Minialbom - Wikipedia
I Love (azərb. Mən sevirəm) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış beşinci Koreya minialbomu. 17 oktyabr 2022-ci ildə rəqəmsal olaraq, 18 oktyabr 2022-ci ildə fiziki olaraq buraxılmışdır. Fiziki buraxılış üç versiyadan ibarətdir: "Born", "Act" və "X-file". Əsas sinqlı "Nxde" olan alboma 6 trek daxildir. Minialbom sevginin müxtəlif formaları mövzusuna toxunur və klassik Hollivud konsepsiyasına malikdir.
I Love | ||||
---|---|---|---|---|
| ||||
(G)I-dle tərəfindən ifa olunmuş minialbom | ||||
Növü | minialbom | |||
Yayımlanma tarixi | 17 oktyabr 2022 | |||
Müddət | 18:32 | |||
Dil |
|
|||
Leybl | ||||
Prodüser | ||||
(G)I-dle albomlarının xronologiyası | ||||
|
Buraxılması
redaktə"I Love" albomunun konsepsiyası ilk dəfə Soyon tərəfindən 13 may 2022-ci ildə yayımlanmış "Mən tək yaşayıram" verilişinin epizodunda açıqlanmışdır.[1] O, albom üçün Merilin Monrodan ilhamlandığını, "axmaq sarışın" stereotipini qıraraq əslində onun ağıllı bir qadın olduğunu göstərmək istədiyini açıqlamışdır. O, Monronu seks simvolu kimi yox, onun əsl mənliyini göstərmək istəmişdir.[2]
"Cube Entertainment" albom üçün ilk tizeri 14 sentyabr 2022-ci ildə yayımlamış, albomun adı və 17 oktyabrda buraxılacağını açıqlamışdır.[3][4][5] 30 sentyabrda albomun əsas sinqlı "Nxde" açıqlanmışdır. Eyni gün albom üçün qısa eskiz filmi buraxılmışdır.[6] 1–3 okyabrda qrup üzvlərini əks etdirən tizerlər yayımlanmışdır.[7][8][9] 4 oktyabrda albomun trek siyahısı açıqlanmışdır.[10] 15–16 oktyabrda albom üçün video tizerlər buraxılmışdır.[11][12]
Albomun fiziki buraxılışı üç versiyaya malikdir: "Born", "Act" və "X-file". "Act" versiyasında "(G)I-dle" ürək formasında olan əşyalarla qışqırdıcı və başdan çıxarıcı atmosfer yayır.[8][13] "Born" versiyası Merilin Monrodan ilham alan vizuallar yer alır. "X-file" versiyasında qrup üzvləri dovşan maskası geyinərək səmimi və qəribə atmosfer yaradırlar.[9][14] Bu versiyalara qrup üçün buraxılmış xüsusi poçt markaları stikerləri əlavə olunmuşdur.[15]
Musiqi və sözlər
redaktə"I Love" rəqs, ballada, caz, pop, rok, indi-pop kimi janrlarda olan 6 trekdən ibarətdir.[16][14] Mahnılar əsasən qrup üzvləri Soyon, Minni və Uqi tərəfindən hazırlanmış və yazılmışdır.[10] Soyon albomun prodüseri olmuşdur.[14][17] Albom müxtəlif sevginin müxtəlif formaları və əsl sevginin, lakin əslində özünü sevməyi axtaran insanın hisləri haqqındadır. Minialbomun trek siyahısı tərsdən sıralanıb.[18][19] Soyona görə albomdakı "sevgi hekayəsi 6-cı trekdən başlayır".[20][21]
Albomun birinci treki "Nxde" alternativ pop janrında olan mahnıdır. Mahnı Jorj Bizenin "Karmen" operasındakı "Habanera" ariyasının musiqisini ehtiva edir.[22] "Dark (X-File)" birinə çox bağlanmaqdan bəhs edən, qaranlıq əhval-ruhiyyədə olan mahnıdır.[23] "Sculpture" mahnısı sevdiyin bir şəxs üçün özünü dəyişdirmək barəsindədir: "Nə istəyirsənsə, o olaram, mən sənin heykəlinəm". Ballada kimi yazılmış "Reset" mahnısı böyük səylərin belə sevgini əldə etməyə bəs etməcəyi barəsindədir. "Change" mahnısı həyatdakı eniş və qalxışların qaçınılmaz olması haqqındadır. "Love" mahnısı isə sevdiyin birindən ayrılmaqdan, lakin əsl sevginin özünü sevmək olduğundan bəhs edir.[23]
Qəbul
redaktə11 oktyabr 2022-ci ildə minialbomun öncədən satışları 700.000 nüsxəni keçmişdir.[24] Albom "Cube Entertainment"in öncədən ən çox satılmış albomu olmuşdur.[25] 21 oktyabrda albomun satışları 610.000 nüsxəni keçmişdir.[26] Albom "Circle" albomlar hit-paradında 1-ci yerdə debüt etmişdir.[27]
Trek siyahısı
redaktə№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Nxde" | Soyon |
|
| 2:58 |
2. | "Love" | Soyon |
|
| 3:17 |
3. | "Change" |
|
| BreadBeat | 3:24 |
4. | "Reset" | Soyon |
|
| 3:02 |
5. | "Sculpture" (조각품) |
|
|
| 3:06 |
6. | "Dark (X-File)" | Soyon |
| Siixk Jun | 2:45 |
Ümumi müddət: | 18:32 |
İstinadlar
redaktə- ↑ Ahn, Byung-gil. [종합]‘나혼산’ 전소연, 멍소연↔만능돌 대반전 최고의 1분 [[Comprehensive] 'Nahonsan' Jeon So-yeon, Meng So-yeon ↔ All-around Idol Greatest Reversal 1 minute]. Sports Kyunghyang. May 14, 2022. October 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2022.
- ↑ Noh, Kyu-min. [TEN피플] "나는 벗겠다" 전소연, 수위 높은 기획→패션…'선정성'과 '당당한 나' 사이 [[TEN People] "I'll take it off" Jeon So-yeon, high-level planning → fashion... Between 'sensuality' and 'I am proud of myself']. TenAsia. May 15, 2022. October 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2022.
- ↑ Carmen, Chin. "(G)I-DLE announce fifth mini-album 'I Love' with first teasers". NME. September 14, 2022. September 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 17, 2022.
- ↑ Kang, Da-yoon. (여자)아이들, 10월 17일 컴백 [공식] [(G)I-DLE, comeback on October 17th [Official]]. My Daily. September 14, 2022. September 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 17, 2022.
- ↑ Rania, Aniftos. "(G)I-DLE Announce New Mini-Album 'I Love,' Release Date". Billboard. September 14, 2022. September 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 17, 2022.
- ↑ (여자)아이들, 비주얼 변신..미니 5집 타이틀곡 아트워크 공개 [(G)I-DLE, visual transformation.. Mini 5th album title song artwork released]. HeraldPop. September 30, 2022. October 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2022.
- ↑ Yoon, Jun-ho. (여자)아이들, 5인 치명적인 비주얼…신보 콘셉트 궁금증 상승 [(G)I-DLE, five fatal visuals... Rising curiosity about the new concept]. TenAsia. October 1, 2022. October 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2022.
- ↑ 1 2 Kwak, Yeon-soo. (여자)아이들의 란제리 룩, 예상 뒤엎은 파격 콘셉트 [(G)I-DLE’s lingerie look, an unexpected concept]. YTN Star. October 2, 2022. October 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2022.
- ↑ 1 2 Han, Seon-han. '토끼 가면' 뜻은? (여자)아이들, 'I love' 또 콘셉트 장인 예고 [What does 'rabbit mask' mean? (G)I-DLE, 'I love' another concept artisan notice]. YTN Star. October 3, 2022. October 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2022.
- ↑ 1 2 Jimin, Kyung. (여자)아이들, 'I love' 트랙리스트 공개..소연 타이틀곡 작곡·작사 [(G)I-DLE, 'I love' tracklist released.. Soyeon's title song composed and lyrics]. OSEN. October 5, 2022. February 26, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2022.
- ↑ Kim, Ji-hyo. (여자)아이들, '누드' M/V 첫 티저…"전소연의 기획력, 돋보인다" [(G)I-DLE, 'Nude' M/V first teaser... "Jeon So-yeon's planning skills stand out"] (koreya). Dispatch. October 15, 2022. October 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2022.
- ↑ Jo, Hye-jin. 금발의 (여자)아이들, 5인 5색 비주얼 살린 '누드' 뮤비 티저 공개 [Blond (G)I-DLE releases 'Nude' MV teaser with 5 visuals]. XSportsNews. October 16, 2022. October 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2022.
- ↑ Haley, Yang. "(G)I-DLE pays homage to times gone by with the release of latest EP" (ingilis). Korea Joongang Daily. October 18, 2022. October 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2022.
- ↑ 1 2 3 "(G)IDLE - I love album information". cubeent.co.kr. Cube Entertainment. October 17, 2022. İstifadə tarixi: October 19, 2022.[daimi ölü keçid]
- ↑ "[Off-Line Sign Event] [3CD SET] (G)I-DLE - 5th Mini Album [I LOVE]". www.ktown4u.com. September 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2022.
- ↑ Park, Hye-jin. (여자)아이들, ‘I love’ 오디오 티저…흑백 무드, 아날로그 감성 예고 [(G)I-DLE, 'I love' audio teaser... Black and white mood, analog sensibility preview]. Dispatch. October 10, 2022. October 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 10, 2022.
- ↑ "I love - (여자)아이들". MelOn (koreya). 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
- ↑ G_I_DLE. "[🗞] (G)I-DLE 5th Mini Album [I love] Track List ❤" (Tweet). October 4, 2022. İstifadə tarixi: October 19, 2022.
- ↑ Lee, Seung-rok. ""(여자)아이들 '누드', 외설스러운 시선 대범하게 비꼰 가사"" ["(G)I-DLE's 'Nude', obscene gaze, boldly sarcastic lyrics"]. My Daily (koreya). October 17, 2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
- ↑ "(여자)아이들((G)I-DLE) - 5th Mini Album [I love] X-LOVE SHOW" (video). youtube.com (koreya). (G)I-DLE (여자)아이들. October 18, 2022. October 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2022.
- ↑ Hana, Young. "[종합] (여자)아이들 "'Nxde'의 의미? 벗겨진 것이 아닌, 있는 그대로의 나"" [[Comprehensive] (G)I-DLE "Meaning of 'Nxde'? It's not stripped, it's me"]. Digital Chosun Ilbo (koreya). October 17, 2022. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
- ↑ Hong, Hye-mi. "하바네라 샘플링"...(여자)아이들, '누드'에 담은 파격 ["Habanera Sampling"...(G)I-DLE's 'Nude']. Hankook Ilbo. October 16, 2022. October 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2022.
- ↑ 1 2 Hien, Nguyen. "(G)I-DLE BOLDLY BREAKS PREJUDICES WITH "NXDE" FROM FIFTH MINI-ALBUM I LOVE". thekrazemag.com. The Kraze. October 19, 2022. October 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2022.
- ↑ Lee, Sang-gyu. 큐브엔터 (여자)아이들 미니 5집 'I love(아이러브)' 선주문 70만장 돌파 [Cube Entertainment (G)I-DLE's 5th mini album 'I love' surpasses 700,000 pre-orders]. Maeil Business Newspaper. October 11, 2022. October 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2022.
- ↑ Gong, Mi-na. 신념까지 바꿨다…’누드’로 이어갈 (여자)아이들 신드롬[초점S] [Changed my beliefs... (G)I-dle syndrome that will lead to 'nude' [Focus S]]. SpoTVNews. October 13, 2022. October 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2022.
- ↑ Ko, Seung-ah. "K팝 걸그룹도 밀리언셀러 시대…막강 '음반 파워' [N초점]" [K-pop girl groups are also in the era of million-sellers... Strong 'Record Power' [N Focus]]. News 1 (koreya). October 22, 2022. 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
- ↑ Ko, Seung-hee. "(여자)아이들, 초동 67만 8000장 기록…전작 대비 284% 증가" [(G)I-DLE records 678,000 copies in the first week... 284% increase compared to previous work]. Herald Economy (koreya). October 27, 2022. 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.