I Feel - Wikipedia
I Feel (azərb. Mən hiss edirəm) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış altıncı Koreya minialbomu. 15 may 2023-cü ildə rəqəmsal olaraq, 16 may 2023-cü ildə fiziki olaraq buraxılmışdır. Fiziki buraxılış üç versiyadan ibarətdir: "Cat", "Butterfly" və "Queen". Əsas sinqlı "Queencard" olan alboma 6 trek daxildir.
I Feel | ||||
---|---|---|---|---|
| ||||
(G)I-dle tərəfindən ifa olunmuş minialbom | ||||
Növü | minialbom | |||
Yayımlanma tarixi | 15 may 2023 | |||
Müddət | 17:03 | |||
Dil |
|
|||
Leybl | ||||
Prodüser | ||||
(G)I-dle albomlarının xronologiyası | ||||
|
Albom özünü sevmək, özünəinam, yetkin insan kimi özünü tanıma mövzularına toxunur. Qrupun əvvəlki albomlarına nisbətən komik üslubdadır. "I Feel" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Albom "Circle" hit-paradında birinci yerdə debüt etmişdir.
Buraxılması
redaktə18 aprel 2023-cü ildə "Cube Entertainment" qrupun 15 mayda geri dönüş edəcəyini açıqlamışdır. Agentliyin buraxdığı mahnıda yeni mahnıların adları məlum olmuşdur.[1] 24 apreldə qrup trek siyahısını və əsas sinqlın "Queencard" olacağını açıqlamışdır.[2] Növbəti gün albom üçün 5 tizer şəkli paylaşılmışdır.[3] 9 mayda alboma daxil olan "Allergy" mahnısı öncədən buraxılmışdır.[4] 11 mayda albom üçün müsahibə videosu yayımlanmışdır. Albom 15 mayda buraxılmışdır.[5]
Albomun fiziki buraxılışı üç versiyaya malikdir: "Cat", "Butterfly" və "Queen". "Queen" versiyasında qrup üzvləri "təkəbbürlü baxışlar və zərif ifadələr" ilə çıxış edirlər. Qrup üzvləri çəhrayı paltarlarda və tacla təsvir olunublar. "Butterfly" versiyasında qrup üzvləri ağ paltarlar və kəpənək qanadları geyiniblər. "Cat" versiyasında qrup üzvləri arasındakı güclü əlaqələr təsvir olunub.
Musiqi və sözlər
redaktəAlbomun adı 2018-ci ildə buraxılmış "Mən gözəl hiss edirəm" (ing. I Feel Pretty) filminin adından gəlir.[6][7] Altı trekdən ibarət olan albomun mahnıları pop-rok, elektro-pop, pop-ballada, drim-pop janrlarındadır. Albom özünəhörmət və özünəinam mövzularına toxunsa da, qrupun əvvəlki albomlarından fərqli olaraq, bu mövzunu qaranlıq yox, komik üslubda dinləyicilərə çatdırır.[8][9] Soyona görə albom "20 yaşlarında olan şəxslərin gündəlik həyatı və narahatlıqları" barəsindədir.[10]
Alboma daxil olan mahnılar əsasən qrup üzvləri Soyon, Minni və Uqi tərəfindən hazırlanmış və yazılmışdır. Açılış treki "Queencard" nyutro əhval ruhiyyəsində olan mahnı kimi xarakterizə olunur.[11] İkinci trek "Allergy" pop-pank mahnısı olub həm özünü sevmək, həm də özünü başqaları ilə müqayisə etməyin mənası haqqındadır.[12][13] Üçüncü trek "Lucid" drim-pop mahnısı olub bass-orqan harmoniyası ilə xarakterizə olunur.[6] Pop mahnısı olan "All Night" ətrafındakı insanları görməzdən gələrək gecəni əylənərək keçirmək istəyən qız haqqındadır.[14] Beşinci trek "Paradise" emosional mahnı olub gündəlik həyatdan bezmək və cəmiyyətin müəyyən etdiyi standartlara əsasən yetkin biri olmaq haqqındadır.[15] Minimalistik mahnı olan[14] "Peter Pan" albomun sonuncu trekidir və 20 yaşlarında olan birinin yetkin olmaq barədə düşüncələrindən bəhs edir.[15]
Qəbul
redaktə"I Feel" "Billboard" tərəfindən 2023-cü ilin ən yaxşı K-pop albomlarından biri seçilmişdir.[16] Albom 14 mayda öncədən satışlarda 1 milyon nüsxəni keçmişdir.[17] Buraxıldığı ilk həftədə bir milyondan çox nüsxəsi satılmış və "Circle" hit-paradına birinci yerdə daxil olmuşdur.[18] ABŞ-də "Dünya albomları" hit-paradında birinci yerdə debüt etmişdir.[19] Beynəlxalq Fonoqrafika Sənayesi Federasiyasının hesabatına görə "I Feel" 2023-cü ildə ən çox satılan 14-cü albom olmuşdur.[20]
Trek siyahısı
redaktə№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Queencard" (kor. 퀸카) | Soyon |
|
| 2:41 |
2. | "Allergy" | Soyon |
|
| 2:42 |
3. | "Lucid" |
|
|
| 2:55 |
4. | "All Night" |
| Siixk Jun | 2:26 | |
5. | "Paradise" |
|
| BreadBeat | 3:09 |
6. | "Peter Pan" (kor. 어린 어른) |
|
|
| 3:10 |
Ümumi müddət: | 17:03 |
İstinadlar
redaktə- ↑ Park, Dong-sun. "(여자)아이들, 5월15일 컴백확정...새 앨범 'I feel' 발표 예고" [(G)I-DLE confirmed comeback on May 15th... Notice of release of new album 'I feel']. Electronic Times (koreya). April 18, 2023. December 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2023 – Naver vasitəsilə.
- ↑ Seon, Mi-kyung. "(여자)아이들, 'I feel' 트랙리스트 공개..타이틀곡은 '퀸카'" [(G)I-DLE, 'I feel' track list released..The title song is 'Queen Car']. Osen (koreya). April 24, 2023. May 2, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2023.
- ↑ Lee, Kyung-ho. "(여자)아이들, 'I feel' 캐스팅 보드 이미지 공개..컴백 열기 UP" [(G)I-DLE, 'I feel' casting board image released...comeback fever UP]. Star News (koreya). April 15, 2023. April 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 15, 2023.
- ↑ Hyo-jin, Jeon. "(여자)아이들, 수록곡 '알러지' 콘셉트 사진 공개" [(G)I-DLE, released concept photos for B-side song 'Allergies']. Sports Donga (koreya). May 9, 2023. May 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023.
- ↑ Kim, Jin-seok. "(여자)아이들, 컴백 앞두고 코멘터리 인터뷰 티저 공개" [(G)I-DLE releases commentary interview teaser ahead of comeback]. JTBC News (koreya). May 11, 2023. May 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2023.
- ↑ 1 2 Park, Dong-sun. "[종합] (여자)아이들, '하이틴도 본투비 자존감 퀸'(I feel 간담회)" [[Comprehensive] (G)I-DLE, 'High-teen self-esteem queen' (I feel conference)]. Electronic Times (koreya). May 15, 2023. May 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023 – Naver vasitəsilə.
- ↑ Yoo, Hong. "(G)I-dle sings about self-esteem in new album 'I feel'". The Korea Herald (ingilis). May 16, 2023. May 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023.
- ↑ Hong, Hye-min. ""하이틴 아냐"...(여자)아이들 표 '퀸카'가 되는 방법 [종합]" ["I'm not a teen"...(G)I-DLE's ticket How to become a 'queen car' [Comprehensive]]. Hankook Ilbo (koreya). May 15, 2023. May 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023.
- ↑ Kim, Hyun-shik. "(여자)아이들, MV 앞세워 컴백 "연기 도전 만족"[종합]" [(G)I-DLE, Comeback with MV "Satisfied with Acting Challenge" [Comprehensive]]. E-Daily Star (koreya). May 16, 2023. May 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023 – Naver vasitəsilə.
- ↑ Kim, Na-young. "(여자)아이들 소연 "'아이 필', 하이틴 아닌 20대 일상·고민 표현" [MK★현장]" [(G)I-DLE Soyeon "'I feel', not a high-teen, but a 20-year-old's daily life and worries" [MK ★ On-site]]. MK Sports (koreya). May 15, 2023. May 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023 – Naver vasitəsilə.
- ↑ Kim, Jin-seok. "[신곡리뷰](여자)아이들, 코믹하지만 결코 가볍지 않은" [[New Song Review] (G)I-DLE, comical but never light]. JTBC (koreya). May 15, 2023. May 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023.
- ↑ Daly, Rhian. "(G)I-DLE – 'I Feel' review: destined to be their most divisive release yet". NME (ingilis). May 18, 2023. October 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023.
- ↑ Seon, Mi-kyung. "'컴백' (여자)아이들, 'Allergy' 뮤직비디오 선공개..하이틴 영화" ['Comeback' (G)I-DLE, pre-release music video for 'Allergy'...teen movie]. Osen (koreya). May 10, 2023. May 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023.
- ↑ 1 2 Kim, Hyeon-deok. "영화 속 주인공이 된 (여자)아이들...음원 차트 한번 더 올킬할까 [SS현장]" [(G)I-DLE who became the main characters in the movie... Shall we all-kill the music charts one more time [SS site]]. Sports Seoul (koreya). May 15, 2023. May 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023.
- ↑ 1 2 Kim, Soo-young. ""4분 만에 자존감 상승"...(여자)아이들, 가요계 점령할 '퀸카' [종합]" ["Increased self-esteem in 4 minutes"... (G)I-DLE, 'Queen car' to occupy the music industry [Comprehensive]]. Korea Economic Daily (koreya). May 15, 2023. May 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2023.
- ↑ Oak, Jessica; Benjamin, Jeff. "The 25 Best K-Pop Albums of 2023". Billboard (ingilis). 2023-12-29. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ Lee, Hana. "(여자)아이들, 미니 6집 'I feel' 선주문 110만 장 돌파..자체 기록 경신" [(G)I-DLE's 6th mini album 'I feel' pre-orders exceed 1.1 million copies, breaking their own record]. Newsen (koreya). May 14, 2023. June 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 20, 2023.
- ↑ Jeon, Hyo-jin. "(여자)아이들, 초동 116만 장...역대 걸그룹 4위" [(G)I-DLE, 1.16 million copies in Initial Chodong... 4th best girl group ever]. Sports Donga (koreya). May 22, 2023. June 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 20, 2023.
- ↑ Xander, Zellner. "(G)I-DLE Hits No. 1 on Emerging Artists Chart for First Time". Billboard. May 31, 2023. June 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2023.
- ↑ "Taylor Swift, Seventeen and Morgan Wallen top IFPI Global Album Charts" (Press-reliz). Beynəlxalq Fonoqrafika Sənayesi Federasiyası. March 28, 2024. March 28, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2024.