I Abbas Hilmi Pasa - Wikipedia
I Abbas Hilmi Paşa və ya Kavalalı Hilmi Paşa (d. 1 iyul 1812 - ö. 13 iyul 1854) — Osmanlıların Misir və Sudan hakimi.
I Abbas Hilmi Paşa | |
---|---|
ərəb. عباس حلمي الأول | |
10 noyabr 1848 – 13 iyul 1854 | |
Əvvəlki | Kavalalı İbrahim Paşa |
Sonrakı | Kavalalı Səid Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ciddə, Hicaz vilayəti, Osmanlı imperiyası |
Vəfat tarixi | (42 yaşında) |
Fəaliyyəti | siyasətçi, monarx |
Atası | Əhməd Tosun Paşa |
Anası | Bamba Qadınəfəndi |
Uşağı | İbrahim Hilmi Paşa |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1 iyul 1812-ci ildə Ciddədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu Tosun Paşa, anası isə xanımı Bamba xanımdır. Babasının yaşlı olması səbəbilə Misirin idarəsini əmisi İbrahim Paşa ələ almış, ancaq bir neçə ay sonra o da vəfat etmiş, nəticədə Abbas Hilmi Paşa Misir hakimiyyətinə gətirilmişdir (10 noyabr 1848). Gənclik illəriylə bağlı yetərli məlumat yoxdur.
Səltənəti əlinə aldıqdan sonra qəbul etdiyi ilk fərmanla anası Bamba xanımı Misirin Validə Paşası elan etdi. Bu, Misir tarxində bir ilk idi və Misirdəki Osmanlı mədəniyyətinə olan rəğbəti göstərirdi. Misirdəki səltənətinin ilk illərində Avropanın təsiriylə başlayan reformasiya hərəkatına qarşı çıxdı və xüsusilə babasının zamanında açılan bəzi müəssisələr və məktəblər bağlandı. Bununla bağlı bu müəssisələrdə çalışan əcnəbi məsləhətçi və müəllimlər vəzifədən alındı. Bununla yanaşı bəzi ərəb mütəfəkkirlərinə üksək qiymət verildi. Belə ki, tanınmış ərəb alimi Rifaə Təhtavini 1850-ci ildə yeni bir məktəb açması üçün Hartuma təyinatla göndərdi. Dövlət məsrəflərini böyük həcmdə azaldaraq əhalinin üzərindəki vergi yükünü yüngülləşdirdi və beləcə, əhalinin gəlir səviyyəsi normallaşdı. Bölgədə ticarətlə məşğul olan və xüsusilə Suriyadan gələn tacirlərin vəziyyəti yaxşılaşdı. Səltənəti dönəmində İngiltərəylə dost münasibət saxladı və Tənzimatın Misirdə tədbiqi məsələsində Osmanlılarla apardığı mübarizədə onların dəstəyini qazandı. İngiltərə isə bunun qarşılığında 18 iyun 1851-ci ildə Nil və Süveyş arasında dəmiryolu xəttinin çəkilməsi imtiyazını aldı. Beləliklə, ingilis dominion olan Hindistana gediş-gəliş problemi aradan qalxdı. Bununla yanaşı, Abbas Hilmi Paşa özündən öncəki dönəmlərdə xidmət edən bəzi dövlət adamlarına və öz ailəsindən bəzi kəslərə qarşı qəddar qərarlar aldığı üçün haqqında tez-tez İstanbuldakı Osmanlı hökumətinə şikayətlər göndərilirdi. Tənzimatın Misirdə tədbiq edilməsi məsələsiylə bağlı müzakirələri yürütmək üçün Fuad Paşa Misirə göndərildi. Müzakirələr müsbət istiqamətdə davam etdi və Abbas Hilmi Paşa Fuad Paşanın rəğbətini qazandı.
Bundan sonrakı dövrdə Osmanlılara sadiq qalan Abbas Hilmi Paşanın ən sevimli hobbisi ərəb atı yetişdirilməsi idi. Babası tərəfindən yaradılan atçılıq təsərrüfatına 23 yaşından bəri rəhbərlik edən Abbas Hilmi Paşa Misirdəki səltənəti dönəmində təsərrüfatı daha da genişləndirdi. Hər bir atın anatomik şəcərəsi və sənədləri tutuldu, xüsusi at cinsləri yüksək məbləğlərə satın alındı. Atların baxımına xüsusi bədəvilər təyin edildi və yeni doğulan atların bəslənməsi üçün 300 dəvəlik ayrıca bir təsərrüfat sahəsi də yaratdı.
Abbas Hilmi Paşa 13 iyul 1854-cü ildə gözlərdən uzaq yaşadığı Banha sarayında 2 xidmətçisi tərəfindən qətlə yetirildi. Sui-qəsdin səbəbi olaraq onun xidmətçilərinə etdiyi işgəncə və zülmlər göstərilir. Belə ki, yayılan şayələrə görə, Abbas Hilmi Paşa atların dırnaqlarına düzgün qulluq etmədiyi üçün xidmətçilərdən birinin ayağına qızmış at nalı vurdurmuşdu.
Abbas Hilmi Paşanın ölümündən sonra Misir hakimiyyətinə əmisi Səid Paşa təyin olundu. Məşhur at təsərrüfatı böyük oğlu İbrahim Hilmi bəyə qalsa da, 18 yaşlı gənc bu sahəylə maraqlanmadı. Cins atların bəziləri satıldı, bir hissəsi isə hədiyyə göndərildi. 1861-ci ildə təsərrüfat ailənin uzaq qohumlarından olan (Mustafa Fazil Paşanın kürəkəni Xəlil Şərif Paşanın qardaşı) Əli Şərif Paşa tərəfindən satın alınaraq genişləndirildi.
Ailəsi
redaktəXanımları
redaktə- Mehvəş xanım (ö. 13 noyabr 1889) — 1860-cı illərdən etibarən İstanbul, Aksarayda yaşamağa başladı. 1870-ci ildə Aksaray təkkəsinin, 1871-1872-ci illərdə isə Aksaraydakı Murad Paşa məscidi çeşməsinin bərpasına maddi dəstək verdi. Cənazəsi Qahirədəki Mahmud Həmdi Paşa türbəsinə dəfn edildi.
- Sazdil Qadınəfəndi
- Həvayə Qadınəfəndi
- Həmdəm Qadınəfəndi
- Parlanda Qadınəfəndi
Oğul övladları
redaktə- İbrahim Hilmi Paşa (d. 3 yanvar 1836 - ö. 9 sentyabr 1860)
- Mustafa bəy
- Mehmed Sadiq bəy
Qız övladları
redaktə- Həvva xanım
- Ayşə Sidiqə xanım
Mənbə
redaktə- BA, Mısır İrâdeleri, nr. 581, 583.
- Cevdet Paşa, Tezâkir (nşr. Cavid Baysun), Ankara 1953, I, 8, 9, 13, 40, 41; Ankara 1960, II, 114; Ankara 1967, IV, 58–60.
- Lutfî, Târih, IX, 14, 28, 29, 30, 31, 55, 68, 98, 100.
- P. K. Hitti, Lebanon in History, London 1957, s. 474.
- Uluçay, Padişahların Kadınları, s. 157.
- Albert Hourani, Arabic Thought in the Liberal Age 1798–1939, Cambridge 1984, s. 72.
- J. Oestrup, "Abbas I.", İA, I, 10–11.
- M. Colombe, "ʿAbbās Ḥilmī I", EI2 (İng.), I, 13.