Ii Simeon - Wikipedia
II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski[3] (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha; 16 iyun 1937[1][2], Sofiya, Bolqarıstan krallığı) — Bolqarıstan dövlət və siyasi xadimi, 1943–1946-cı illərdə Saksen-Koburq-Qota sülaləsindən Bolqarıstanın sonuncu çarı,[4] 24 iyul 2001-ci ildən 17 avqust 2005-ci ilə qədər Bolqarıstanın baş naziri, 2009-cu ilə qədər Sabitlik və Yüksəliş üçün Milli Hərəkatın sədri və lideri. II Simeon "çar" titulunu daşıyan sonuncu monarx, eləcə də sonuncu slavyan monarxı olmuşdur. Yunanıstanın sonuncu kralı II Konstantin 10 yanvar 2023-cü ildə vəfat etdikdən sonra o, sonuncu pravoslav monarx olaraq qalmışdır.
Simeon ll | |
---|---|
Rey De Bulgaria | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyun 1937[1][2] (87 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | III Boris |
Dini | Bolqar Pravoslav Kilsəsi, şərqi ortodoks xristianlıq |
|
|
Təltifləri | |
kingsimeon.bg | |
Vikianbarda əlaqəli mediafayllar |
O, hazırkı Dalay Lama ilə birlikdə İkinci Dünya müharibəsi zamanı dövlət başçısı olmuş iki yaşayan şəxsdən biridir.[5]
Erkən həyatı
redaktəSimeon Bolqarıstan çarı III Boris və İtaliya şahzadəsi Savoylu Covannanın ailəsində anadan olmuşdur. Onun anadan olmasından sonra III Boris pravoslav inancına əsasən Simeonun vəftiz edilməsi üçün su toplamaq məqsədilə İordan çayına bir hava qüvvələri zabitini göndərmişdir.[6] 28 avqust 1943-cü ildə Adolf Hitler ilə görüşdən Bolqarıstana yenicə qayıdan atasının ölümündən sonra taxt-taca keçməsi nəzərdə tutulmuşdu.[7][8] Bundan sonra bütün Bolqarıstanda çarın ağır müharibə dövründə milli ruhu qorumaq üçün adı ilə kütləvi informasiya kampaniyasına start verilmişdir. Simeonun altı yaşı olduğuna görə onun əmisi şahzadə Kirill, baş nazir Boqdan Filov və Bolqarıstan ordusunun general-leytenantı Nikola Mixov regent təyin edilmişdir.[9]
Atasının hakimiyyəti dövründə Bolqarıstan İkinci Dünya müharibəsində Ox dövlətlərinə qoşulmuşdu, lakin Sovet İttifaqı ilə diplomatik münasibətləri saxlamağa nail olmuşdur. Hər halda, 5 sentyabr 1944-cü ildə Stalin Bolqarıstana müharibə elan etmiş və üç gün sonra Qızıl Ordu demək olar müqavimətsiz ölkəyə daxil olmuşdur. Ertəsi gün, 9 sentyabr 1944-cü ildə şahzadə Kirill və digər regentlər SSRİ tərəfindən dəstəklənən dövlət çevrilişi nəticəsində devrilmiş və həbs olunmuşdur. Üç regent, son üç hökumətin bütün üzvləri, parlament deputatları, ordu başçıları və görkəmli jurnalistlər 1945-ci ilin fevralında kommunistlər tərəfindən edam edilmişdir.[9]
Çariça Covanna, Simeon və bacısı Mariya Luiza Sofiya yaxınlığındakı Vrana sarayında qalmışdılar. Simeon üçün hamısı kommunist olan üç yeni regent – Todor Pavlov, Venelin Qanev və Tsvyatko Boboşevski təyin edilmişdir. 15 sentyabr 1946-cı ildə SSRİ ordusunun iştirakı ilə referendum keçirilmişdir. Referendumun nəticələrinə uyğun olaraq səslərin 95,6%-i respublikanın təsdiqlənməsi və monarxiyanın ləğvini dəstəkləmişdir. Bu referendum faktiki olaraq Tırnovo konstitusiyasını pozmuşdu, ona görə ki, dövlətin formasındakı hər hansı dəyişiklik yalnız çar tərəfindən çağırılan Böyük Millət Məclisi tərəfindən həyata keçirilə bilərdi.[10]
Avtobioqrafiya
redaktəSimeon 28 oktyabr 2014-cü ildə Bolqarıstanda nəşr olunan, fransız dilində "Simeon II de Bulgarie, un destin singulier" adlı avtobioqrafiyasını yazmışdır.[11] Əsər ilk dəfə 22 oktyabr 2014-cü ildə YUNESKO-nun Parisdə yerləşən Baş Qərargahında təqdim olunmuşdur.[12][13]
İstinadlar
redaktə- ↑ 1 2 Lundy D. R. Simeon II of Bulgaria, Tsar of Bulgaria // The Peerage (ing.).
- ↑ 1 2 Simeon Sakskoburggotski // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "AFİNADA OLİMPİYA SÜLH XARTİYASI İMZALANMIŞDIR". azertag.az. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
- ↑ "Simeon Saxecoburggotski | prime minister and former king of Bulgaria | Britannica". www.britannica.com (ingilis). 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.
- ↑ Dan, Major. "The Monarch that became Prime Minister". History and Headlines. 2020-07-24. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
- ↑ Kate Connolly. "Once upon a time in Bulgaria". The Guardian. 20 June 2001. 23 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2015.
- ↑ "Bulgarian Rule Goes to Son, 6. Reports on 5-Day Illness Conflict", United Press dispatch of 28 August 1943, in a cutting from an unknown newspaper in the collection of historian James L. Cabot, Ludington, Michigan
- ↑ Theo Aronson, Crowns in Conflict, p. 202. London: John Murray (Publishers) Ltd., 1986. ISBN 0-7195-4279-0
- ↑ 1 2 Geoffrey Hindley, The Royal Families of Europe, p. 156. London: Lyric Books Ltd., 1979. ISBN 0-07-093530-0
- ↑ Dieter Nohlen & Philip Stöver (2010) Elections in Europe: A data handbook, p. 375 ISBN 978-3-8329-5609-7
- ↑ Un destin singulier. Paris: Flammarion. 29 October 2014. ISBN 9782081314672.
- ↑ "Simeon II of Bulgaria presents a preview of his autobiography at UNESCO". UNESCO. 22 October 2014. 15 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2015.
- ↑ Simeón II de Bulgaria. Simeón II de Bulgaria. Ediciones Paraninfo, S.A. 1 June 2016. ISBN 9788484597285. 12 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2016 – Google Books vasitəsilə.
Əlavə ədəbiyyat
redaktə- Robert K. Massie and Jeffrey Firestone, The Last Courts of Europe. New York: Greenwich House, 1983. ISBN 0-517-41472-4
- Ramon Perez-Maura, El rey possible: Simeon de Bulgaria, Belacqua, Madrid, 2002 (ISBN 8495894238)
- Simeon II de Bulgarie, Sébastien de Courtois, Un destin singulier, Flammarion, 2014 (ISBN 9782081314672)
- Walter J.R. Curley, Monarchs in Waiting. London: Hutchinson & Co., 1975. (pp. 23–25: "Bulgaria: His Majesty King Simeon II")
- Pashanko Dimitroff, Boris III of Bulgaria 1894–1943. London, 1986. ISBN 0-86332-140-2
- Charles Fenyvesi, Royalty in Exile. London: Robson Books, 1981. (pp. 153–171: "Czar Simeon of the Bulgars") ISBN 0-86051-131-6
- Stephane Groueff Crown of Thorns, Lanham MD. and London, 1987. ISBN 0-8191-5778-3
- Gregory Lauder-Frost, The Betrayal of Bulgaria, Monarchist League Policy Paper, London, 1989.
- Lilov, Grigor. Най-богатите българи (1st). Sofia: "Кайлас" ЕООД. 2013. ISBN 978-954-92098-9-1. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
- The Daily Telegraph, Obituary for "HM Queen Ioanna of the Bulgarians", London, 28 February 2000.
Xarici keçidlər
redaktə- King Simeon II – Personal website
- The first website about Simeon II of Bulgaria focuses on his pre-1995 history
- Saxe-Coburg-Gotha's statement, 5 July 2002 concerning Bulgaria's candidacy for NATO membership: "The role of the international community should be gradually transformed from crisis response to integration. Palliative measures intended to mitigate yet another crisis cannot bring stability and prosperity. The best solution is the region's integration into the European and Euroatlantic institutions."
- Saxe-Coburg-Gotha's address, 10 February 2005 concerning amending the constitution to bring it in line with EU requirements, Standart