Ii Selamet Geray - Wikipedia
II Səlamət Gəray (1691[1] – 1751[1], Bolqarıstan) — XXXVII Krım xanı.[2]
II Səlamət Gəray | |
---|---|
yanvar 1740 – noyabr 1743 | |
Əvvəlki | II Məngli Gəray |
Sonrakı | II Səlim Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1691[1] |
Vəfat tarixi | 1751[1] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | suveren[d] |
Atası | I Səlim Gəray |
Uşağı | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Krım xanı I Səlim Gərayın oğludur. Atasının vəfatından sonra sırayla qardaşlarının səltənətlərini gördü. Qardaşı I Qaplan Gərayın səltənətində Perekop qalasının idarəsinə gətirildi. Digər qardaşı II Məngli Gərayın səltənətində isə əvvəlcə nurəddin, daha sonra isə kalqay ünvanı aldı. Onun ölümünün ardından 1740-cı ilin yanvarında Krım xanlığına gətirildi. Qardaşı Qazi Gərayın oğlu Əzəməti kalqay, digər qardaşı Məngli Gərayın oğlu Toxtamışı isə nurəddin təyin etdi.
Səlamət Gəray taxta çıxdığı dövrdə başda Bağçasaray olmaqla, Krımın bir çox iri şəhərləri ruslar tərəfindən darmadağın edilmişdi. Atasının topladığı böyük kitabxana yandırılmış, məscidlər yararsız hala salınmışdı. Bu səbəblə ilk iş olaraq bütün xanlıq ərazisində yenidən qurma işlərinə başlayan Səlamət Gəray qısa zamanda paytaxt Bağçasarayı abadlaşdırdı. Xarici siyasətdə rus təsirini azaltmaq məqsədilə isveçlilərlə ittifaq qurmaq niyyəti olsa da, Rusiya ilə müharibəyə girişməkdən çəkinən Osmanlı sultanı bu ittifaqa qarşı çıxdı. Təmin edilən sülh şəraitini pozmaqda ittiham olunan Səlamət Gəray rusların onu şikayət etməsiylə vəzifədən alındı və Yamboluya sürgün olundu. 1751-ci ildə burada vəfat edən Səlamət Gəray məscidlərin birinə dəfn olundu.
Mənbə
redaktə- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2