Ii Nadir Sah Efsar - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
II Nadir şah Əfşar —(d. ? -ö. 1805) Əfşarlar İmperiyasının 5-ci və sonuncu şahənşahı (1796–1805).
Nadir şah Qırxlı-Avşar | |
---|---|
Nadir şah Şahrux şah oğlu Qırxlı-Avşar | |
1796 – 1805 | |
Əvvəlki | Şahrux şah Əfşar |
1796 – 1805 | |
Əvvəlki | Ağaməhəmməd şah Qacar |
Şəxsi məlumatlar | |
Doğum yeri | Cənubi Azərbaycan, Əfşarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, Qacarlar dövləti |
Fəaliyyəti | qubernator |
Atası | Şahrux şah Qırxlı-Avşar |
Uşaqları | 10 oğul, 3 qız |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | islam |
Həyatı
redaktəŞahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş verən qarışıqlıq və qardaşı Hüseynqulu xanın iğtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb səltənətə yiyələnmək istədi.
Fətəli şah şəxsən özü qoşun çəkib, Xorasana gəldi. Məşhədi mühasirə etdi. Ətraf kəndlərin taxıl-tərnəsi, suyu məhv edildi. Şəhərdə qəhətlik başladı. Şəhər böyükləri və seyidləri Nadir mirzədən tələb etdilər ki, özünə görə milləti bada verməsin. Şaha da xəbər göndərdilər ki, məzhəb qüdsiyyətini pozub, xalqa zərər verməsin. Nadir mirzə şaha bildirdi ki, qızlarından birini onun oğluna vermək istəyir. Sədr əzəm Mirzə Məhəmmədşəfi Mazandaraninin elçiliyi ilə Nadir mirzənin qızını Fətəli şahın oğlu Hüseynəli mirzəyə aldı. Şah Nadir mirzəni əfv etdi. Bu əfv uzun çəkmədi. Fətəli şahın göstərişi ilə 1805-ci ildə onu tutub, Tеhrana apardılar. Başqa bir mənbədə Nadir mirzənin üsyanı ilə əlaqədər olaraq göstərilir: "Onun Fətəli şahla qaşıdurmasının başlanğıcında aralarında saziş olduğuna görə Nadir mirzə öz qardaşı Abbas mirzəni girov kimi yeni şahın göndərdi, amma Xorasanın başçı və böyükləri Nadirlə şahın arasında birlik yaranmasına mane oldular. Qrant Vatsonun yazdığına görə, Məşhədin mühasirəsi zamanı Nadir mirzə qoşunun xərcini təmin etmək və şəhəri qorumaq üçün İmam Rza meydanına getdi və imamın şəninə rövzəxanlıq etdiyi zaman zərihi geri çəkib onun daxilindəki pulları götürdü. Bu addım fanatik insanların üsyanına, onların əsgərlərlə qarşıdurmasına səbəb oldu. Bir gün sonra o, şəhərin böyük ruhanisi Seyid Mehdinin evinə gedib, namaz qıldığı yerdə onu döyüş təbərzini ilə öldürüdü. Onun bu əməlinə görə camaat şəhər darvazalarını şah qoşunlarının üzünə açdı. Nadir mirzə qaçdı, ancaq onu Məşhədin dörd fərsəngliyində tutaraq zəncirləyib, Tеhrana - şahın yanına göndərdilər və o burada öldürüldü". Belə ki, Nadir mirzənin dili, əlləri Fətəli şahın əmri ilə kəsildi və o bu əzabdan öldü.
İstinadlar
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 181–211.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəII Nadir şah Əfşar Vəfat: aprel 1805
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Şahrux şah Əfşar |
Əfşarlar imperiyası Şahı 1796- 1805 |
Xələfləri yoxdur |