Ii Kristian Danimarka Krali - Wikipedia
II Kristian (dan. Christian 2.; 1 iyul 1481[1][2] – 25 yanvar 1559[3][4][…], Kalunnborq[d][5][6]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. 1513–1523-cü illərdə əmisi Fridrixlə birlikdə Şlezviq-Holşteyn hersoqu ünvanını daşıdı.
II Kristian | |
---|---|
22 iyul 1513 – 20 yanvar 1523 | |
Əvvəlki | I Con |
Sonrakı | I Fridrix |
1 noyabr 1520 – 23 avqust 1521 | |
Əvvəlki | I Con |
Sonrakı | I Qustav |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1481[1][2] |
Vəfat tarixi | 25 yanvar 1559[3][4][…] (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Con |
Anası | Saksoniyalı Kristina |
Həyat yoldaşı |
|
Ailəsi | Oldenburqlar |
Dini | Roma-Katolik kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kalmar birliyini ayaqda tutma cəhdi onu 1518–1523-cü illərdə İsveçlə müharibəyə sürüklədi. 1520-ci ildə ölkəni ələ keçirsə də, öndə gələn İsveç zadəganlarının, din xadimlərinin və bəzi mühüm şəxslərin qətlə yetirilməsi onun bölgədəki nüfuzunu sınıdrdı və yerli əhali onu burda istəmədi. İsveç əsilzadələrindən Qustav Vasanın rəhbərliyindəki üsyan nəticəsində İsveç taxtından endirildi. 1521–1522-ci illərdə Danimarkada əsilzadə və din adamlarının etirazlarına baxmayaraq kəndlilərin xeyrinə bəzi reformasiyalar apardı. Nəticədə əsilzadələr tərəfindən Danimarkadan da qovuldu və taxtı əmisi Fridrixə təhvil verərək Hollandiyaya sürgün edildi. 1531-ci ildə səltənətini geri almaq üçün cəhd etsə də, həbs edildi və qalan ömrünü Kalundborq qalasında məhkum olaraq keçirdi. 1559-cu ildə burada vəfat etdi.
II Kristian 1515-ci ildə Kastiliya kraliçası Yuannanın qızı, eləcə də Müqəddəs Roma imperatoru I Maksimilyanın nəvəsi Avstriyalı İzabella ilə evləndi. Cütlüyün yetkinlik yaşına çatan 3 övladı olsa da, İzabellanın 1526-cı ildə vəfatının ardından ailəsi uşaqları geri aldı. II Kristianın birlikdə olduğu məşuqəsi Divek Siqbrisdater isə kralı fəlakətə aparırdı. Belə ki, Divekin anası məclisin mühüm iştirakçılarından biri idi və kralın sürgünə göndərilməsində önəmli rol oynadı.
Övladları
redaktə- Con (21 fevral 1518 - 2 avqust 1532)
- Ferdinand (4 iyul 1519 - 1519)
- Maksimilyan (4 iyul 1519 - 1519)
- Doroteya (10 noyabr 1520 - 31 may 1580)
- Kristina
- Ölü doğulan oğlan uşağı (yanvar 1523)
Mənbə
redaktə- Bricka, Carl Frederik (1887). Dansk biografisk Lexikon. Copenhagen: Gyldendal. Retrieved 5 July 2020.
- Lockhart, Paul Douglas (2007). Denmark, 1513–1660 : the rise and decline of a Renaissance monarchy. Oxford University Press. ISBN 9780199271214
- Reiter, Paul Johann (1943). Kristian Tyrann. Personlighet, själsliv och livsdrama (in Swedish). Witting, Gustaf (tr). Natur och kultur
İstinadlar
redaktə- ↑ 1 2 gravsted.dk (dan.).
- ↑ 1 2 Dansk Biografisk Lexikon (dan.).
- ↑ 1 2 Kristian II (швед.). 1917.
- ↑ 1 2 Lundy D. R. Olaf Oldenburg // The Peerage (ing.).
- ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/115009/Christian-II.
- ↑ 1 2 http://www.unofficialroyalty.com/royal-burial-sites/danish-royal-burial-sites/house-of-oldenburg-1448-1863/.