Ii Karl Savoyya Hersoqu - Wikipedia
II Çarlz (it. Carlo II di Savoia) (23 iyun 1489[1], Turin[2] – 16 aprel 1496[2] və ya 1496, Monkalyeri, Pyemont[2]) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır. Atasının ani vəfatının ardından, hələ 1 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq hələ 6 yaşında ikən yatağından düşərək öldüyü qeyd edilir. Hersoqun uşaq yaşda vəfat etməsinin ardından Savoyya sülaləsinin taxta ən yaxın kişi üzvü olan II Filipp (I Lüdovik və Kiprli Annanın üçüncü oğlu) səltənəti ələ aldı. Ancaq olduqca yaşlı olan II Filipp taxt iddiasını gücləndirmək məqsədilə sələfinin bacısı Yolandanı böyük oğlu Filibertlə evləndirdi.
II Karl | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyun 1489[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1496[2] (6 yaşında) və ya 1496 |
Vəfat yeri | |
Atası | I Çarlz (Savoyya hersoqu)[3] |
Anası | Savoyyalı Blanş |
Vikianbarda əlaqəli mediafayllar |
Onun 6 illik qısa səltənətində Fransa kralı VIII Çarlz İtaliyanı və Neapolu işğal etdi. Bu səfər üçün fransız ordusunun hersoqluğun ərazisindən keçməsinə icazə verildi.
Mənbə
redaktə- Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700), ed. Matthew Vester,(Truman State University Press, 2013), 6.
- Michael Mallett and Christine Shaw, The Italian Wars, 1494–1559, (Pearson Education Limited, 2012), 6.
İstinadlar
redaktə- ↑ 1 2 https://books.google.fr/books?id=aNOBAAAAMAAJ&q=%22Charles-Jean-Am%C3%A9d%C3%A9e+de+Savoie%22&dq=%22Charles-Jean-Am%C3%A9d%C3%A9e+de+Savoie%22&hl=fr&sa=X&ved=0ahUKEwijw9a3xezlAhWRkhQKHa69ASgQ6AEIVDAF.
- ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #1023023148 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Lundy D. R. Carlo Giuseppe Amadeo Duca di Savoia // The Peerage (ing.).