Ii Karl Pfals Kurfurstu - Wikipedia
II Karl (31 mart 1651[1][2], Heydelberq[3] – 26 may 1685[1][2], Heydelberq[3]) — Vittelsbax sülaləsindən 1680–1685-ci illərdə Pfals kürfürstü.
II Karl | |
---|---|
alm. Karl II. von der Pfalz | |
28 avqust 1680 – 26 may 1685 | |
Əvvəlki | I Karl Lüdviq |
Sonrakı | Filipp Vilhelm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 mart 1651[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 26 may 1685[1][2] (34 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | kolleksiyaçı, rəhbər |
Atası | I Karl Lüdviq |
Ailəsi | Vittelsbax sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəKarl kürfürst I Karl Lüdviq (1617–1680) və Hessen landqrafı V Vilhelmin qızı Şarlotta (1627–1686) ilə evliliyindən doğulmuş böyük oğlu idi. Karlın kiçik bacısı daha sonra Orlean hersoqinası olan Pfalslı Lizelotta idi. Valideynlər pozulmuş nikahdan sonra ayrıldılar və Karlın anası yenidən Kasselə köçdü. Nəticədə Karl avtoritar atasının müşaiyəti altında anasız böyüdü. Atası ikinci evliliyini kasıblamış bir baron olan Kristof fon Deqenfeldin qızı Luiza ilə etdiyi üçün ondan olan övladları Pfals taxtına rəsmi varis kimi tanınmadılar.
Şahzadənin təhsilinə alimlər Samuel von Pufendorf və Ezekiel Spanheim cəlb olunmuşdu. Karl 1670-ci ildə İsveçrə və Fransaya səyahətə çıxdı. İsveçrədə Karl üzünü əbədi olaraq eybəcərləşdirən çiçək xəstəliyinə tutuldu. Karl çox dindar idi və 1672-ci ildə Symbola Christiana adlı bir kitabı "Philotheus" psevdonimi ilə nəşr etdirmişdi. Karlın atası ilə münasibətləri çətin idi. O, oğlunu Kreuznaxda istədiyi valilikdən imtina etmiş və hökumət işlərində iştirakını məhdudlaşdırmışdı.
Evliliyi
redaktə20 sentyabr 1671-ci ildə atasının təzyiqi və xalası Hannoverli Sofiyanın vasitəçiliyi ilə, Danimarka-Norveç kralı III Frederikin qızı Vilhelmina Ernestina ilə Heydelberqdə evləndi. 7 iyul 1671-ci ildə Danimarka kralı tərəfindən Fil ordeni ilə də təltif edildi. Evlilik uğursuz idi və uşaqsız nəticələnmişdi. Toy şənlikləri zamanı Karl toy gecəsində nə etməli olduğu barədə məsləhət almalı olmuşdu.[4]
Hakimiyyəti
redaktəFransızlar 1680-ci ildə Qermershaymı viran etdikdə, Karl XIV Lüdovikə qarşı kömək almaq üçün atası tərəfindən İngiltərə kralı II Çarlzın sarayına göndərildi. Karl bu məqsədinə nail ola bilmədisə də əvəzində Bant ordeninə qəbul edildi və Oksford Universitetində tibb elmləri doktoru oldu. Karlın atası İngiltərəyə səfəri zamanı öldü və 1680-ci ildə kürfürstlüyə yüksəldi və Müqəddəs Roma İmperiyasının simvolik "baş xəzinədarı" kimi təyin edildi.
Karlın qısa çəkmiş kürfürstlüyü əlamətdar olmadı. O, özünün etibarlı və keçmiş tərbiyəçisi Pol Haçenberqi dövlət vəzifəsinə yararsız olmağına baxmayaraq baş nazir təyin etmiş, ögey qardaşlarını (ataları onlara Pfals rauqrafları titulunu vermişdi) xüsusən də təkcə onun atasının sevimlisi olan Karl Lüdviqlə arasını çox pisləşdirmişdi. Anasını Kasseldən geri gətirmiş, onun böyük borclarını ödəmişdi. Karl zəif və utancaq bir təbiətə malik idi, bu da öz növbəsində ailədəki uşaqlıq təcrübələri, hər şeydən əvvəl davakar anası ilə dominant atası arasındakı mübahisələrdən qaynaqlanırdı. O, hərbi həyata səthi həvəs göstərdi və sərt bir Kalvinist həyat tərzi yaşadı. Buna görə də vətənlərindən qovulmuş kalvinistlərə Pfalsa köçməyə icazə verdi. O, Haçenberqin ölümündən sonra yüksək səviyyəli nazir olan saray keşişi İohann Lüdviq Lanqhannsdan təsirlənərək həyat yoldaşının da inandığı lüterançılığı sıxışdırdı.
Böyük sarayların, ovçuluq və teatra həvəsin, eləcə də hərbi xərclərin səbəb olduğu dövlət büdcəsində artan maliyyə çətinlikləri artıq vergi artımı ilə tənzimlənə bilməzdi. 1682-ci ildə Qermershaym mülkünü iyirmi il müddətinə Fransaya icarəyə verdi. O, mühasirələrlə, gəmilərlə və s. ilə bahalı səhnələnmiş istehzalı döyüşləri izləməyi sevirdi və atasının uzun illər ərzində topladığı xəzinəni bir neçə il ərzində israf etdi.
Ölümü
redaktəKarl 1685-ci ildə Heydelberqdə vəfat etdi. O, Vittelsbax sülaləsinin protestant olan Pfals-Zimmern qolundan sonuncu kürfürst idi, onun varisi Filipp Vilhelm katolik qolu olan Pfals-Noyburqdan idi. Hər iki xətt Pfals-Çvaybrükgen hersoqu Stefanın nəslindən gəlirdi. Ölümündən öncə Karl Pfalsda dini məsələ ilə bağlı varisi ilə kompromis əldə edə bilsə də o, bacısı Orlean hersoqinasının miras iddiaları ilə bağlı hadisələrin sonrakı gedişatında Doqquzillik müharibənin başlanmasının qarşısını ala bilmədi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 3 4 Lundy D. R. Karl II Kurfürst von der Pfalz // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #102440174 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Otto Flake: Große Damen des Barock. Fischer-TB.-Verlag, Frankfurt am Main 1996, S. 169.
Ədəbiyyat
redaktə- Arthur Kleinschmidt: Karl II. (Kurfürst von der Pfalz). Allgemeine Deutsche Biographie (ADB). Band 15, Duncker & Humblot, Leipzig 1882, S. 324–326.
- Peter Fuchs: Karl II. (Kurfürst von der Pfalz). Neue Deutsche Biographie (NDB). Band 11, Duncker & Humblot, Berlin 1977, ISBN 3-428-00192-3, S. 249 f. (Rəqəmsallaşdırılmış).