Ii Sahnezer - Wikipedia
II Şahnəzər — Vərəndə məliki və Qarabağ xanı Pənahəli xanın Xəmsə məlikləri arasında əsas müttəfiqi.
Məlik II Şahnəzər | |
---|---|
Vərəndə məliki | |
1743/1747 – 1792 | |
Əvvəlki | Məlik Hovsep və ya Məlik Mirzəbəy |
Sonrakı | Məlik Cümşüd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1725/26 və ya 1731 |
Vəfat tarixi | |
Vəfat yeri | Vərəndə, Qarabağ |
Atası | Məlik Hüseyn |
Anası | Zöhrə xanım |
Uşağı | Məlik Cümşüd |
Ailəsi | Şahnəzərovlar (ata tərəf), Kəngərlilər (ana tərəf) |
Dini | xristian |
Faəliyyəti
redaktəII Şahnəzərin anası Zöhrə xanım Naxçıvan xanının qızı idi. Zöhrəni Məlik Hüseyn qaçırmış və onunla evlənmişdi. Bir və ya iki il sonra Şahnəzər dünyaya gəlmişdi.[1] Şahnəzər Nadir şahın ölümündən sonra atabir qardaşı olan Hovsepi öldürərək hakimiyyətə gəlmişdi.[2] Azərbaycan tarixçiləri Mirzə Adıgözəl bəy və Əhməd bəy Cavanşirə görə isə o, qardaşını yox, əmisini öldürərək hakimiyyətə gəlmişdir.[3] Daha sonra II Şahnəzər Hovsepin oğlu Sayı bəyi də öldürmüşdür.[4][5]
II Şahnəzər Qarabağ xanı Pənahəli xanın hakimiyyətini qəbul etmişdir.[6] O, qızı Hurizad xanımı Pənahəli xanın oğlu İbrahimxəlil xanla evləndirərək Qarabağ xanlığı ilə ittifaqını daha da gücləndirmişdir.[7]
II Şahnəzərin qanuni yolla hakimiyyətə gəlməsi haqqında fikir də mövcuddur. Tarixçi Pavel Çobanyanın fikrinə görə, Azərbaycan tarixçiləri Mirzə Adıgözəl bəy və Əhməd bəy Cavanşir onun qanunsuz yolla hakimiyyətə gəldiyini göstərərək Qarabağ xanlarının və onların övladlarının irsi hüquqlarını təsdiq etmək və Məlik-Şahnəzərlərin Rusiya hakimiyyəti qarşısında nüfuzdan salmaq istəyirdilər. Buna baxmayaraq, Azərbaycan tarixçilərinin II Şahnəzərin qanunsuz yolla hakimiyyətə gəlməsi haqqında fikirləri erməni müəllifləri tərəfindən qəbul edilmiş və təkrarlanmışdır.[8]
Mirası
redaktəErməni müəllifi Raffi II Şahnəzəri qohumlarını öldürdüyü, Vərəndədə hakimiyyəti zorla ələ keçirdiyi və Qarabağ xanı Pənahəli xanla müttəfiq olduğu üçün "xain və cani" adlandırır. Raffiyə görə, II Şahnəzər şəxsi həyatında farsların çoxarvadlılıq adətlərini qəbul etmiş, bununla da xristian mənşəli insanların dini hislərinə təsir etmiş, digər məliklərin nifrətinə səbəb olmuşdur.[9] Qarabağa səfər etmiş erməni səyyahı Yosef Emin qeyd edir ki, II Şahnəzərin müttəfiqi Mirzə xanın arvadı məliyi "Pənahəli xanın həqiqi dostu, fars dilində təhsil almış və müsəlmanların bizim dağlarımızda təsisçisi" kimi təsvir edirdi. Qadının fikrinə görə, II Şahnəzər xristian adına layiq deyildi.[10] II Şahnəzər xalq hekayələrində təlxək Pele Puği vasitəsilə gülməli vəziyyətlərə düşərək ələ salınmışdır.[11] O, Amaras monastırını təmir edərək, bəzi müəlliflərə görə, günahlarının bağışlanacağına ümid etmişdir.[12][13]
II Şahnəzərin oğlu Məlik Cümşüd Qarabağ xanı İbrahimxəlil xanın Qacarlara qarşı mübarizəsinə kömək etmişdir. Cümşüd 1805-ci ildə İbrahimxəlil xanın rusların hakimiyyətini qəbul etməsinə kömək etmiş, İbrahimxəlil xan Qacar şahzadəsi Abbas Mirzənin tərəfinə keçəndə Dmitri Lisaneviçlə birlikdə onu öldürmüşdür.[14]
İstinadlar
redaktə- ↑ Maghalyan, 2024. səh. 2
- ↑ Maghalyan, 2007, inlay, family tree of the Melik-Shahnazarians
- ↑ Bournoutian, 2004. səh. 56, 161
- ↑ Maghalyan, 2007. səh. 173-174
- ↑ Emin, 1918. səh. 343
- ↑ Emin, Aspet. "The Meliks of Eastern Armenia". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04 – www.academia.edu vasitəsilə.
- ↑ Maghalyan, 2024. səh. 3
- ↑ Chobanyan, 2014. səh. 165-167, 173
- ↑ Emin, 1918. səh. 339, 343–344
- ↑ Emin, 1918. səh. 314
- ↑ Hayrapetyan, 2012
- ↑ Maghalyan, 2007. səh. 79
- ↑ Raffi, 1964. səh. 247
- ↑ Lalayan, 1897. səh. 6
Ədəbiyyat
redaktə- Akimova, Lada. "Karen Shakhnazarov: 'Ia ne ėkraniziruiu svoiu zhiznʹ'". Izvestia (rus). 8 May 2006. 28 May 2009 tarixində arxivləşdirilib.
- Beknazaryants, Apres. Gaghtnikʻ Gharabaghi: patmakan hushagrutʻyun [Secrets of Karabakh: a historical memoir] (erməni). Stepanakert: Dizak plyus hratarakchʻutʻyun. 2018. ISBN 978-9939-1-0770-7.
- Bournoutian, George A. A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh. Costa Mesa: Mazda Publishers. 1994. ISBN 978-1568590110.
- Bournoutian, George A. Two Chronicles on the History of Karabagh: Mirza Jamal Javanshir's Tarikh-e Karabagh and Mirza Adigözal Beg's Karabagh-name. Costa Mesa: Mazda Publishers. 2004. ISBN 978-1-56859-179-7.
- Chobanyan, Pavel. "Problema legitimnosti karabakhskikh khanov v kontekste politicheskoĭ istorii Shushi" [The question of legitimization of the Karabakh khans in the context of the political history of Shushi]. Patma-Banasirakan Handes (rus) (1). 2014: 164–182.
- Emin, Joseph. Apcar, Amy (redaktor). Life and Adventures of Emin Joseph Emin 1726–1809, Written by Himself (Second). Calcutta: Baptist Mission Press. 1918.
- Hasan-Jalaliants, Sergius [Sargis]. A History of the Land of Artsakh. English translation by Kaʼren V. Ketendjian; historical introduction, editing, maps, charts and annotations by Robert H. Hewsen. Costa Mesa: Mazda Publishers. 2013. ISBN 978-1-56859-174-2.
- Hayrapetyan, Tamar. Suvaryan, Yu. (redaktor). Gharabaghi aṛakakhos Pěl Pughu sotsʻial-kʻaghakʻakan ergitsankʻě [The Social and Political Satire of Jester Pele Pughi from Kharabakh]. Historical-Cultural Heritage of the Armenian Highland (erməni). Yerevan State University Press. 2012. 83–85. ISBN 978-5808416055.
- Hewsen, Robert H. "The Meliks of Eastern Armenia: A Preliminary Study". Revue des Études Arméniennes. Nouvelle série. IX. 1972: 285–329.
- Lalayan, Yervand. "Varanda". Azgagrakan Handes (erməni). II. 1897: 4–244.
- Maghalyan, Artak. Artsʻakhi melikʻutʻyunnerě ev melikʻakan tnerě XVII-XIX dd [The melikdoms and melikal houses of Artsakh in the 17th–19th centuries] (erməni). Yerevan: HH GAA "Gitutʻyun" hratarakchʻutʻyun. 2007. ISBN 978-5-8080-0714-7.
- Maghalyan, Artak. "The Origin of the Khanate of Karabakh". Journal of the Society for Armenian Studies. 29 (1–12). 27 February 2024: 1–12. doi:10.1163/26670038-12342801. eISSN 2667-0038.
- Montgomery, Isobel. "Obituary: Georgy Shakhnazarov". The Guardian. 28 May 2001. 2 July 2023 tarixində arxivləşdirilib.
- Nersesov, Mirza Yusuf. Chsmartatsʻi patmutʻyun [A Truthful History] (erməni və ingilis). Translation, introduction and commentary by K. P. Kostikian. Yerevan: Zangak-97. 2000. ISBN 978-99930-2-137-7.
- Raffi. Erkeri zhoghovatsu [Collected works]. 10. Yerevan: Haypethrat. 1964.