Iii Seadet Geray - Wikipedia
III Səadət Gəray (1645 – 1695, Rodos) — XXVIII Krım xanı.[1]
III Səadət Gəray | |
---|---|
6 mart 1691 – dekabr 1691 | |
Əvvəlki | I Səlim Gəray |
Sonrakı | Səfa Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1645 |
Vəfat tarixi | 1695 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Krım xanı I Səlamət Gərayın nəvəsi, kalqay Krım Gərayın (ö. 1651) oğludur. Atasının döyüş meydanında həlak olmasının ardından qardaşlarıyla birlikdə əmisi III İslam Gərayın himayəsinə alındı. Əmisi oğlu Murad Gərayın səltənətində nurəddin ünvanı alan Səadət Gəray, I Səlim Gərayın vəzifədən istehfa etməsinin ardından Krım xanlığına gətirildi (6 mart 1691). Səlim Gərayın oğlu Dövləti kalqay, öz qardaşı Fatehi isə nurəddin təyin etdi. Ancaq Dövlət Gərayın xanlığın daxilindəki güclü nüfuzundan çəkinən Səadət Gəray çox keçmədən həmin ilin iyununda qardaşı Cahan Gərayı onun yerinə kalqay təyin etdi.
Vəzifəyə təyin olunduqdan sonra hələ İstanbulda ikən Avstriya cəbhəsinə yollanmaq üzrə bir ordu toplaması əmr olundu. Qara dənizin qərb sahili boyunca hərəkət edən Səadət Gəray bölgədəki noqay birliklərini toplayaraq yerli özünümüdafiə dəstələri yaratdı. Krıma az sayda birlik göndərərək oradakı əmin-amanlığı təmin edən Səadət Gəray ona qarşı çıxan yerli əsilzadələri özünə tabe etdi. İndiki Rumıniya bölgəsində ikən yerli xalqa zülm edən quldur dəstələrini cəzalandırdı. Ancaq olduqca uzun çəkən döyüş hazırlığı səbəbilə cəbhəyə gecikdi və Krım tatarlarının dəstəyini almayan Osmanlı ordusu cəbhədə məğlub oldu. Bu məğlubiyyətin təqsirkarı olaraq görülən Səadət Gəray vəzifədən alındı və Krıma getmədən birbaşa İstanbula qayıtdı (dekabr 1691). Burada haqqında sürgün qərarı verildi və Rodos adasına sürgün olundu. Burada 1695-ci ildə vəfat etdi.
Mənbə
redaktə- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
İstinadlar
redaktə- ↑ Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479