Iii Aleksandr Imereti Cari - Wikipedia
III Aleksandr (gürc. ალექსანდრე III) — İmeretiya kralı[1] III Georginin böyük oğlu və varisi. 1639–1660-cı illərdə hakimiyyətdə olmuşdur.
III Aleksandr | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1609 |
Doğum yeri | |
Vəfat tarixi | 1660 |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Ailəsi | Baqrationi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəIII Aleksandr 1639-cu ildə atası III Georginin ölümündən sonra İmeretiya taxtına oturdu. Bu dövrdə Meqreliya knyazı Levan Dadiyani İmereti torpaqlarına dağıdıcı basqınlar edirdi. III Aleksandr paytaxt Kutaisinin müdafiəsini möhkəmləndirdi və Levan Dadiyaniyə qoşulmamaları üçün bütün əsas və varlı İmeretiya zadəganlarını ailələri ilə birlikdə paytaxta yerləşdirdi.
III Aleksandr Rus çarı Aleksey Mixayloviçdən hərbi və siyasi yardım istəmək üçün öz elçilərini Moskvaya göndərdi.
Bu dövrdə III Aleksandr oğlu Baqratı anası ilə birlikdə qovdu və Kaxetiya çarı I Teymurazın nəvəsi Georgini övladlığa götürdü. Georginin ölümündən sonra III Aleksandr oğlu Baqrat ilə barışdı və onu taxtın varisi elan etdi.
1657-ci Levan Dadiyanin ölümündən sonra onun əvəzinə Meqreliya taxtına qardaşı Liparit Dadiyani çıxmışdır. Bu dövrdə III Aleksandr böyük bir ordu toplayaraq Meqreliyanı işğal etdi. Liparit Dadiyaninin yerinə taxta çıxan yeni knyaz Vamik Dadiyani III Aleksandrdən vassal asılılığını qəbul etmək məcburiyyətində qaldı. Liparit Dadiyani Axalsıxa qaçdı və Samtsxe atabəyi Rostom paşa və Kartli çarı I Rostomdan hərbi yardım istədi. Onlar Liparit Dadiyanini ordu ilə təmin etdilər. Həmçinin bu dövrdə Quriya knyazı Keyxosrov Quriyeli və müttəfiqləri də Liparit Dadiyaniyə qoşuldular. 1658-ci ildə Bandzadakı döyüşdə[2] III Aleksandr rəqibləri üzərində tam bir qələbə qazandı. Liparit Dadiyani və Keyxosrov Quriyeli İstanbula qaçdılar. Bu dövrdə III Aleksandr Vamik Dadiyaniyi Meqraliya hakimi, Demeter Quriyelini isə Quriya hakimi olaraq təsdiqlədi. İstanbula qaçmış gürcü knyazlarından Liparit Dadiyani orada vəfat etdi. Keyxosrov Quriyeli isə Samstxeyə geri döndü. Osmanlı sultanı Samtsxe atabəyinə Keyxosrova kömək etməsi üçün əmr etdi. Hərb dəstək alan Keyxosrov Quriya ərazilərinə daxil oldu. Quriya knyazı Demeter Quriyeli isə III Aleksandra sığındı.[2] III Aleksandr qısa müddət sonra Keyxosrovu öldürtdürdü və Demeter Quriyeli yenidən Quriya taxtına çıxdı.
Çar III Aleksandrın 1660-cı ildə ölümündən[3] sonra hakimiyyətə böyük oğlu V Baqrat keçdi .
İstinadlar
redaktə- ↑ David Marshall Lang, The Last Years of the Georgian Monarchy, 1658-1832. New York: Columbia University Press, 1957.
- ↑ 1 2 Вахушти Багратиони (1745). История Царства Грузинского: Жизнь Имерети Arxivləşdirilib 2007-06-29 at the Wayback Machine (rus.).
- ↑ Cyrille Toumanoff, Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine : Tables généalogiques et chronologiques, Rome, 1990, p. 182.
Ədəbiyyat
redaktə- Вахтанг Гурули, Мераб Вачнадзе, Михаил Александрович Бахтадзе. «История Грузии (с древнейших времен до наших дней)».