Hyozo Omori - Wikipedia
Hyozo Omori (大森 兵蔵, Omori Hyozo?) – ABŞ-də təhsil almış yapon idman müəllimi. "Yaponiya basketbolunun atası" hesab olunur.[1]
Hyozo Omori | |
---|---|
yap. 大森兵蔵 | |
Doğum tarixi | 14 mart 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1913 (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Təhsili | |
Fəaliyyəti | maarifçi |
Fəaliyyəti
redaktəHyozo Omori Gənc Xristianlar Assosiasiyasının Sprinqfild kollecinin tələbəsi kimi 1890-cı illərdə ABŞ-də basketbolla məşğul olmuşdur.[2][3] Yaponiyaya qayıtdıqdan sonra 1908-ci ildə Tokio Qadınlar Universiteti dərs deyərkən ilk dəfə bu idman növünü ölkəsinə tanıtmışdır.[2] Omori Yaponiya Həvəskar Atletika Assosiasiyasının rəhbərlərindən biri olmuş,[3] Tokio Gənc Xristianlar Assosiasiyasında və Keyo Universitetində müəllimlik etmişdir.[4]
Omori Gənc Xristianlar Assosiasiyasında voleybol idmanı ilə tanış olmuş[2] və 1908-ci ildə bu idman növünü də Yaponiyaya tanıtmışdır.[3] Omori və dostlarının fəaliyyətinə baxmayaraq, basketbol və voleybol İkinci dünya müharibəsinin başa çatdığı dövrə qədər Yaponiyada geniş oynanılan idman növləri olmamışdır.[2] Omorinin həyat yoldaşı Yaponiyada Yurin-en hərəkatının rəhbəri olmuşdur.[3]
Omori 1912-ci ildə Stokholmda baş tutmuş Yay Olimpiya Oyunlarına komanda meneceri kimi qatılmışdır.[5] Yaponiyaya qayıdarkən 1913-cü ildə vərəm xəstəliyindən ölmüşdür.[4]
İstinadlar
redaktə- ↑ Corkill, Edan. "Better late than never for Japan's first, "slowest" Olympian". The Japan Times (ingiliscə). 15 iyul 2012. 30 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022.
- ↑ 1 2 3 4 Japanese Sports: A History. səh. 79
- ↑ 1 2 3 4 Svinth, Joseph. "Fulfilling His Duty as a Member: Jigoro Kano and the Japanese Bid for the 1940 Olympics". Journal of Combative Sport (ingiliscə). may 2004. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2022.
- ↑ 1 2 Kawashima, Kohei. "Introducing American Sports to Japan: Baseball, Basketball, and Football in the Meiji, Taisho, and Showa Eras (1868-1934)" (PDF) (ingiliscə). 2018. İstifadə tarixi: 13 oktyabr 2022.
- ↑ Japanese Sports: A History. səh. 119
Ədəbiyyat
redaktə- Guttmann, Allen; Thompson, Lee. Japanese Sports: A History (ingiliscə). University of Hawai‘i Press. 2001. ISBN 9780824824143. İstifadə tarixi: 13 oktyabr 2022.