Hilata - Wikipedia
Hilata (lat. Melanargia hylata) — pulcuqqanadlılar dəstəsinin satirlər fəsiləsinə aid kəpənək növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur.
Hilata | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Hilata |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
redaktəQanadları açıq halda 52–56 mm-dir. Ön qanadın uzunluğu 24–26 mm-dir. Qanadları sarımtıl-krem rəngdə olub kənarları qara-qəhvəyi rəngdədir. Arxa qanadların xarici kənarında 6 ədəd gözşəkilli ləkə vardır. Oxşar ləkələr ön qanadların zirvəsində də vardır.[1]
Yayılması
redaktəAzərbaycanın cənub-şərqində (Zuvand) yayılmışdır.
Həyat tərzi
redaktəKserofil bitkili quru, daşlı yamaclarda, əsasən yastıqvari traqakant, gəvən və akantalimon bitən sahələrdə yaşayır. Kəpənəklər mayın sonunda və iyunda uçurlar, ildə bir nəsil verirlər. Tırtıllar apreldə taxıllarla (yerli yulaf növü) qidalanır və küləş içərisində puplaşır. Yumurta mərhələsində qışlayır. Bu kəpənəklər yırtıcı ktır milçəkləri tərəfindən intensiv surətdə ovlanır.[2]
Sayı
redaktəR. Əffəndi tərəfindən Talışda 1 kəpənək, 2011-ci ildə V. V. Tixonov tərəfindən 1 kəpənək qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər
redaktəKəpənəyin yaşayış yerlərinin insanlar tərəfindən zəbt edilməsi, otlaqlara, əkin sahələrinə çevrilməsi tırtıllar üçün kifayət qədər yem bitkisinin olmamasına gətirib çıxarır. Əkin sahələrində küləşin yığılması küləş içərisində puplaşmış kəpənəklərin məhvinə səbəb olur. Həvəskar kolleksiyaçılar tərəfindən kəpənəklərin tutulması da onların sayına mənfi təsir göstərir.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəAzərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.[3]
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəKəpənəklərin yaşayış ərazilərinin qorunması, kəpənəyin biologiyasının ətraflı öyrənilməsi, yaşayış ərazilərinə müntəzəm monitorinqlərin təşkil edilməsi qorunması üçün məsləhət görülən tədbirlərdəndir.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Azərbaycanın Qırmızı kitabı. II cild. Bakı: 2013.
- LepIndex: The Global Lepidoptera Names Index. Beccaloni G. W., Scoble M. J., Robinson G. S. & Pitkin B., 2005–06-15.
- Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л.: изд-во АН СССР, 1958, с. 351–475.
- Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук. Баку: 1971, 24 с.
- Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич. обозрение. т. LI. вып. 1–2, 1972, с. 136–154, 352–368.
Həmçinin bax
redaktəTalış məxməri kəpənəyi Eyfema Şərqi aleksanor yelkənciyi Xrizip