Hilal Esedov - Wikipedia
Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977)
Hilal Əsədov | |
---|---|
2 iyul 1971 – 2 dekabr 1977 | |
Əvvəlki | Mikayıl Allahverdiyev |
Sonrakı | Abdulla Qədirov |
30 mart 1963 – 30 sentyabr 1963 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Partiya | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
|
|
Təltifləri |
Həyatı
redaktəHilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]
1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.[2][3] 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir.[4]
Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur.[1] O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Әсәдов Һилал Мәммәдович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 151.
- ↑ Әсәдов Һилал Мәммәдович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 150.
- ↑ Asadov, Ilal Mamedovich // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 28. ISBN 0-89664-011-6.
- ↑ Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 423. ISBN 3-598-10467-7.
- ↑ Әсәдов Һилал Мәммәдович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 136.