Heyderbaba Dagi - Wikipedia
Heydərbaba dağı — İranda, Təbriz yaxınlığında Qaraçəmən yolu ilə Şəngülava kəndləri arasında yerləşir.
Flora
redaktəYerləşməsi
redaktəHeydərbaba dağı Qayışqurşaq kəndi ilə üz-üzədir[3]; onun ətəyində Xoşginab və Güllücə kəndləri yerləşir[1]. Bunlardan başqa bu dağın ətəyində MəhəmmədHüseyn Şəhriyarın uşaqlıq illərinin keçdiyi eyniadlı – Heydərbaba kəndi də var[4]. Həmin kənd adını elə bu dağdan almışdır[4]. M. Şəhriyar bu dağa aid şeir də yazıb.
Əfsanələr
redaktəHeydərbaba dağı ilə bağlı bir sıra əfsanələr mövcuddur. Sərhədlərində yerləşən, dəniz səviyyəsindən 2334 metr yüksəklikdə yerləşən Sarıbaba dağı ilə Heydərbaba dağı qardaş olmuşlar.
Onlar bir-biri ilə uzaqdan-uzağa, zirvədən-zirvəyə görüşür, salamlaşırlar. Hansı qardaş tez yuxudan oyanarsa, o birisini salamlayaraq oyadarmış[5]. Hər il Bahar fəslində, yazın ilk günü qədəmlərini torpağa qoyanda, səhər sübh tezdən Heydərbaba dağının ən yüksək zirvəsindən[6] Sarıbaba dağına tərəf boylananda həmin dağın əzəməti, qaməti aydın görünürdü[5].
"Heydərbabaya Salam" şeiri
redaktəMəhəmmədhüseyn Şəhriyarın Azərbaycan dilində yazdığı "Heydərbabaya salam" şeiri bu dağa aiddir. MəhəmmədHüseyn Heydərbaba dağının ətrafındakı ərazilərdən birində olub. O, Heydərbaba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini bütün dünyaya bəyan etmiş[7], bu dağ onun Vətəninin simvollarından birinə çevrilmişdir[8]. Onun yazdığı "Heydərbabaya salam" şeiri o taylı-bu taylı həyat sürməyə məhkum edilmiş Azərbaycan xalqının bir-birinə mənən-ruhən yaxınlaşması üçün olduqca əhəmiyyətli mənəvi körpü rolunu oynamışdır[7].
Əsərdə bu dağın hündürlüyündən, sıralanmasından söhbət açılmasa[9] da oxucular Şəhriyar təqdimatında bu dağı ən əzəmətli, sıra dağlar şəklində qəbul edir. Əslində isə Heydərbaba dağı о qədər də hündür dağ deyil və Şəhriyar "Dərya eylədim" şerində buna işarə də vurur[10]:
- Bax ki, Heydərbaba əfsanə tək olmuş bir qaf,
- Mən kiçik bir dağı sər mənzili ünğa eylədim.
Poemanın Təbrizdə çapdan çıxan ilk nəşrində görkəmli alim-doktor Mehdi Rövşənzəmir yazdığı müqəddimədə belə bildirir ki,
"Heydərbaba dağı bir gün yerlə-yeksan ola bilər, yer üzündən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın da şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşlarda qalacaq."[11]
İstinadlar
redaktə- ↑ 1 2 "Füyuzat" jurnalından, 2012-ci il [ölü keçid]. e-derslik.edu.az (az.)
- ↑ Şəhriyar. Yalan dünya, Bakı, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi, 1993, səh.164. (az.)
- ↑ Elman Quliyev. "Şəhriyar poeziyası və milli təkamül" Arxivləşdirilib 2022-02-07 at the Wayback Machine. Bakı, 2014, səh.162. (az.)
- ↑ 1 2 Şehriyar-Haydar Babaya Selam [ölü keçid]. gundogan.com (türk.)
- ↑ 1 2 Nemət Bəxtiyar. Yurd yerlərimiz… Arxivləşdirilib 2019-04-02 at the Wayback Machine tezadlar.az, 11. dekabr 2014 (az.)
- ↑ Nemət Bəxtiyar, Tarixi abidələrimiz: O YERLƏR BİZİ GÖZLƏYİR… [ölü keçid] 8. noyabr 2016 (az.)
- ↑ 1 2 ŞƏHRİYAR — MİLLİ BİRLİK VƏ HƏMRƏYLİK ŞAİRİ KİMİ Arxivləşdirilib 2019-04-02 at the Wayback Machine. ethnoglobus.az, 12. yanvar 2018 (az.)
- ↑ Professor Maarifə Hacıyeva. Ana dilinə, Vətən torpağına sonsuz sevgi Arxivləşdirilib 2019-04-02 at the Wayback Machine. "Xalq Cəbhəsi", 18 avqust 2016, səh.13, anl.az
- ↑ Elman Quliyev. "Şəhriyar poeziyası və milli təkamül" Arxivləşdirilib 2022-02-07 at the Wayback Machine. Bakı, 2014 (az.)
- ↑ Şəhriyar. Yalan dünya, Bakı, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi, 1993. səh.22. (az.)
- ↑ Şəhriyar. Heydərbabaya salam. Təbriz, çalxaniya "Ziba", 1332, səh.12.