Heyder Seyidov - Wikipedia
Heydər Mirabbas oğlu Seyidov (1884, Şahtaxtı, Naxçıvan qəzası – 17 aprel 1953, Naxçıvan rayonu) — 1884-cü ildə, Şərur-Dərələyəz mahalında anadan olmuşdur. 1953-cü il aprelin 17-də Naxçıvanda (indiki Kəngərli rayonunda) vəfat etmişdir. 1949-cu ildə Sovet Azərbaycanın heyvandarlıq üzrə, Sosialist Əməyi Qəhrəmanı medalına layiq görülmüşdür.
Heydər Seyidov | |
---|---|
Heydər Mirabbas oğlu Seyidov | |
Doğum tarixi | |
Doğum yeri | Şərur-Dərələyəz mahalı, Rusiya imperiyası |
Vəfat tarixi | 17 aprel, 1949. |
Vəfat yeri | Naxçıvan, Kəngərli rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
|
Həyatı
redaktə1928-ci ildə keçmiş Noraşen (indiki Şərur) rayonunda, Beria kolxozunda (sonradan "Azərbaycan kolxozu") çobanlıq fəaliyyətinə başladı. Sonradan baş çoban seçildi.
Onun rəhbərliyi ilə 1948-ci ildə heyvandarlıq sahəsində yaxşı nəticələr əldə edildi. Yüksək heyvandarlıq məhsuldarlığına görə Seyidov Heydər Mirabbas oğlu 24 iyun 1949-cu ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Oraq və Çəkic" medalı, "Sosialist Əməyi Qəhrəmanı" və "Lenin ordeni" mükafatlarına layiq görüldü.
Mənbə
redaktə- Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 380 səh. ISBN 5-8066-1468-9.