Heyder El Abadi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Heydər əl-Abadi (ərəb. حيدر جواد العبادي ; 25 aprel 1952[1][2], Bağdad) — 10 avqust 2014-cü ildən İraq Respublikasının baş naziri.
Heydər əl-Abadi | |
---|---|
ərəb. حيدر جواد العبادي | |
İraqın 18-ci baş naziri | |
Əvvəlki | Nuri əl-Maliki |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1952[1][2] (72 yaş) |
Doğum yeri | Bağdad, İraq |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, elektrik mühəndisi, mühəndis |
Uşağı | 3 |
Dini | şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHeydər əl-Abadi 1952-ci ildə Bağdadda doğulmuş siyasətçi uzun illər Böyük Britaniyada siyasi mühacir qismində yaşayıb. Hələ 15 yaşında İraqdakı şiələrin hüquqlarının müdafiəsinə qalxan Dava Partiyasına qoşulub. Onun atası Cavad əl-Abadi Bağdada tanınmış həkim olub, İraq Səhiyyə Nazirliyində müfəttiş vəzifəsində çalışıb. İraqda BƏƏS (Ərəb Sosialist Dirçəlişi Partiyası) iqtidara gəldikdən sonra əl-Abadi ailəsi ilə Səddam Hüseyn rejimi arasında ziddiyyətlər dərinləşib.
Nəticədə Bağdadda elektrik mühəndisi kimi təhsil almış Abadi 1970-ci ildə Britaniyaya gedib. Mançester Universitetində doktorluq müdafiə edib. Birləşmiş Krallıqda o, Səddam Hüseynin ən radikal tənqidçiləri arasında olub. Dava Partiyasında fəallığı ilə seçilib. 1982-ci ildə BƏSS onun 2 qardaşını edam edib, üçüncü qardaşını isə 10 illik həbsə atıb. 1983-cü ildə onu İraq vətəndaşlığından da məhrum ediblər. Onun atası mühacirətdə dünyasını dəyişib və Londonda dəfn olunub.
Abadinin rəsmi Facebook-səhifəsində yazılıb ki, onun doktorluq dissertasiyası texnologiya ilə bağlıdır. Londonda onun bu sahə üzrə şəxsi firması olub. 1997-ci ildə Britaniyanın Ticarət və Sənaye nazirliyi texnologiya görə onun firmasına grant ayrılıb. Bundan başqa Abadinin Londonda qəhvəxanası da olub. Ora daha çox İraqlı mühacirlər toplaşarmış.
Qeyd etdiyimiz kimi, o, 2003-cü ildə Bağdada döndükdən sonra Nuri əl-Malikinin aparıcı məsləhətçisi olub. Bir sıra məsul vəzifələrdə çalışıb. İraqın Rabitə Nazirliyinə rəhbərlik edib. Bu yaxınlarda isə İraq parlamentinin sədr müavini seçilib.
Bu bazar ertəsi iqtidarda olan Dava Partiyası onun İraq baş naziri vəzifəsinə namizədliyini irəli sürüb. Fəaliyyətdə olan baş nazir Nuri əl-Maliki vəzifəsini təhvil verməkdən imtina edib və məhkəməyə müraciət edib. Nəticədə aylar öncə başlamış qarşıdurma İraqdakı şiələrə də sirayət edib.
Müşahidəçilər deyirlər ki, Abadinin əsas vəzifəsi İraqı parçalanmaqdan xilas etmək və İŞİD-in ölkəni əl keçirməyə yönəlmiş əməliyyatlarını aradan qaldırmaqdan ibarətdir. Abadi hələ iyun ayında "The Huffington Post " qəzetinə verdiyi müsahibədə demişdi ki, İŞİD yalnız İraq üçün deyil, həm də Qərb üçün fəlakət olacaq. O, İŞİD-i İraqdan qovmaq üçün hər kəsdən, o cümlədən İrandan da yardım almağa hazır olduğun bildirmişdi.
Nuri əl-Malikini aşırı şiə təəssübkeşliyində ittiham edən sünnilər və kürdlər (əslində İraq kürdləri də sünnidir, ancaq kürdlər daha çox etnik kimlik kimi çıxış edirlər — Ə. Ç.) də Abadini dəstəkləməklə İraqda gözlənilən siyasi fırtınanın qarşısını ala bildilər. Əldə etdiyimiz digər məlumatda isə deyilir ki, Heydər əl-Abadinin adı baş nazirlik vəzifəsinə hələ 2006-cı ildə ilk dəfə hallanmışdı. Onda baş nazir İbraim əl-Cəfəri Niri əl Maliki əvəz edə bildi.
Əl Abadi ölkədə xeyli vaxtdır ki, açar-şəxs statusundadır. İraqın yenidən qurulmasında onun böyük xidmətləri var. O, həmçinin İraq nefti ilə bağlı məsələlərin həllində də əsas fiqurlardan biridir.
O da maraqlıdır ki, Amerika kəşfiyyatı ilə bağlı olduğu söylənilən "Blackwater" təşkilatının 2007-ci ildə 17 İraq vətəndaşını öldürməsinə etiraz edən tək-tük İraq siyasətçi arasında o da vardı.
2010-cu ildə də onun baş nazir olmaq şansı çox yüksək dəyərləndirilirdi. Amma o vaxt da Nuri əl-Maliki onu qabaqlaya bilmişdi.
İndi isə İraqın yeni prezidenti baş nazirliyə onun namizədliyin irəli sürüb. 62 yaşlı siyasətçi 30 gün ərzində yeni hökumət təşkil etməli və həmin hökumətin parlament tərəfindən təsdiq edilməsinə nail olmalıdır. Müşahidəçilər əmindirlər ki, o, bu tapşırığın öhdəsindən asanlıqla gələcək. Çünki indi hər kəs onunla müttəfiqdir.
İstinadlar
redaktə- ↑ 1 2 Haider al-Abadi // https://pantheon.world/profile/person/Haider_al-Abadi.
- ↑ 1 2 National Library of Israel Names and Subjects Authority File (ivr.).
Xarici keçidlər
redaktə Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |