Heyder Semsizade - Wikipedia
Heydər Məşədi Aslan oğlu Şəmsizadə (25 mart 1905 – 28 sentyabr 1981)[1] — teatr aktyoru və rejissoru, Azərbaycan SSR əməkdar artisti (1943).
Heydər Şəmsizadə | |
---|---|
Heydər Məşədi Aslan oğlu Şəmsizadə | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Ağdam, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | Aktyor |
Həyatı
redaktəHeydər Şəmsizadə 1905-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa real məktəbini bitirib. Məktəbdə oxuduğu dönəmdə teatrla ilgilənib. Sonra bir neçə həvəskarla birləşib Ağdam şəhərində teatr truppası yaradıb. Müxtəlif dramaturqların pyeslərini tamaşaya qoyub. Həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib. Ağdam xalq teatrı dövlət teatrı statusu alandan sonra rejissorluq edib, teatrın bədii rəhbəri olub. 1948-ci ildən 1949-cu ilədək Moskvada Lunaçarski adına Dövlət Teatrı İnstitutunda rejissorları təkmilləşdirmə kursunda oxuyub. Kursu tamamlayandan sonra Türkmənistana, Aşqabad şəhərinə işləməyə dəvət edilib. Bir müddət Aşqabadda çalışıb. Orda "Arşın mal alan" tamaşasını səhnəyə qoyub. 1968-ci ildə Ağdam xalq teatrı yenidən dövlət teatrı statusu alandan sonra baş rejissor kimi fəaliyyətə başlayıb. 1943-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adını alıb.
Heydər Şəmsizadə 1981-ci ildə vəfat edib.
Filmoqrafiya
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Şəmsi bəyin şəcərəsindən daha bir şaxə, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.3-15.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə- ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. Bakı, 2017. s.55