Hetit - Wikipedia
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Hetit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
FeO(OH)[1] |
Strunz təsnifatı | IV/F.04a[2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Xassələri
redaktəRəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir.
Mənşəyi və yayılması
redaktəEkzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür. Limonitlə təmsil olunmuş vivianit qarışıqlı bataqlıq mənşəli dəmir filizləri biogen - çökmə yolla əmələ gəlir. Bəzən hötitin hidrotermal əmələgəlmələri də müşahidə edilir. Limonitin kiçik yığınları mineral bulaqların çöküntülərində aşkar edilmişdir. Bəzi peqmatitlərdə hötitin tapılması mineraloji əhəmiyyət kəsb edir. Birlikdə rast gəldiyi minerallar: hematit, lepidokrokit, siderit, pirit, maqnetit, pirolüzit, manqanit, sfalerit, xalkopirit, kvars, kalsit. Mineralın tapıldığı yerlər: Kursk maqnit anomaliyası, Bakal, Xəlilov, Yelizaveta yataqları (Rusiya); Krivoy Roq, Kerç (Ukrayna); Lotaringiya (Fransa); Kornuoll qraflığı (Böyük Britaniya); Lüksemburq; Türingiya, Meklenburq, Branderburq (Almaniya); Prşibram (Çexiya); Nob-Leyk (Kanada); Yuxarı Göllər rayonu (ABŞ) və b. Azərbaycanda Daşkəsən, Alabaşlı, Darvadağ yataqlarında və çoxsaylı dəmir filizi təzahürlərində, habelə bir çox (Mehmana, Ağyataq, Filizçay, Katsdağ, Katex, Paraqaçay, Vejnəli və b.) kolçedan, mis-molibden-porfir, polimetal, qızıl filizi obyektlərində rast gəlir.
Tətbiqi
redaktəMühüm dəmir filizləridir.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.