Hersel Adasi - Wikipedia
Herşel adası (ing. Herschel Island) — Yukon ərazisinin ən ucqar şimal nöqtəsidir. Adada hal-hazırda yaşayış yoxdur (2012).
Herşel adası | |
---|---|
ing. Herschel Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 116 km² |
Uzunluğu |
|
Eni | 11 km |
Hündür nöqtəsi | 183 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
69°30′15″ şm. e. 138°52′42″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəŞimal Buzlu okeana daxil olan Bofort dənizində 69-cu paralel daxilində yerləşir. Materikdən 2 km aralıda yerləşir. Adanın uzunluğu 14,5 km, eni 8 km, ən hündür nöqtəsi 183 metr təşkil edir[1]. Yerli əhali adanı kee keek ta ruk və ya Qi kiq daryuk adlandırırlar. Mənası "bu — ada"[2] deməkdir.
Noyabrdan iyula qədər ada buzla örtülü olur. Adadan 90 km aralıda daimi buzlaqlar yerləşir. Cənub-şərqində yerləşən Paulin buxtasında liman vardır. Buxta yerləşməsi ilə əlaqədar güçlü küləklərdən qorunur, üstəlik dərinliyin yüksəkliyi iri gəmilərin ora yan almasına imkan verir[2].
Tarixi
redaktə1826-cı ildə Con Franklin adanı aşkarlayır və öz dostu, alim Con Herşelin şərəfinə adlandırır. Adada vaxtı ilə Balina ovu mərkəzi mövcud olmuşdur[3]. Hazırda isə bu obyektin qalıqları belə qalmamışdır.
Adada 13 arxeoloji mərkəz fəaliyyət göstərir[4]
Ədəbiyyat
redaktə- Руал Амундсен Плавание Северо-Западным проходом на судне "Йоа". — Изд. 2-е. — М.: ТЕРРА—Книжный клуб, 2004. — 352 с. — (Сквозь белое безмолвие).
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Explore Herschel Island!" (ingilis). Kanadanın virtual muzeyi. 2012-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30-12-2009.
- ↑ 1 2 "Herschel Island Territorial Park (Qikiqtaruk)" (ingilis). Yukon Notebook. 2012-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30-12-2009.
- ↑ "Explore Herschel Island! Life on a Polar Island" (ingilis). Kanadanın virtual muzeyi. 2011-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30-12-2009.
- ↑ "Herschel Island (Qikiqtaruk) Territorial Park" (ingilis). Канадская энциклопедия. 2012-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30-12-2009.