Henriett Adasi - Wikipedia
Henriett adası — De-Lonq adaları qrupuna daxil olan, Şərqi Sibir dənizində yerləşən ada. Adanın sahəsi 12 km², hündürlüyü isə 315 metrdir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Şərqi Sibir dənizi şimal qutaracağında yerləşir.
Henriett adası | |
---|---|
rus. Остров Генриетты | |
Ümumi məlumatlar | |
Sahəsi | 12 km² |
Uzunluğu |
|
Eni | 4 km |
Hündür nöqtəsi | 315 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
77°06′ şm. e. 156°30′ ş. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Geologiya
redaktəHenriett adası De-Lonq adalarına daxil digər adalar kimi Verxoyan-Çukot qayalıq zonasında yerləşir. Paleozoy və Mezazoy dövrünə aid bazalt suxurlardan ibarətdir.
İqlimi
redaktəDe-Lonq adaları qrupuna daxil adalar arasında ancaq Henriett adasının iqlimi öyrənilmişdir. Qımda küləklər cənubdan, yayda isə şimaldan əsir. Ən isti ayın orta temperaturu (iyul) +0,3°, soyuq ayın temoeraturu isə (mart) −26,5° təşkil edir.
Buzlaqlar
redaktəBuzlaqlar əsasən adanın cənub-şərqində 6 km² sahəyə malikdir. Buzlaqların 40–50 metrdir. Buzlağın ən qalın yerdə 140 metr təşkil edir.
Tarixi
redaktəAda ilk dəfə qütb araşdırmaçısı Corc De Lonq tərəfindən 1881-ci ilin mayında kəşf edilmişdir. 1937 ildə R. L. Samiyloviçin rəhbərliyi ilə adada Qütb stansiyası inşa edilmişdir. Stansiya 1963-cü ilə qədər mövcud olmuşdur. Hazırda isə adada yaşayış yoxdur.
Mənbə
redaktə- Henriett adası
- V. S. Koryakin "Arktika Buzlaqları"