Helford Makkinder - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Helford Makkinder (15 fevral 1861[1][2][…], Qeynsboro[d], Linkolnşir qraflığı[d][3] – 6 mart 1947[1][2][…], Bornmut, Dorset[d]) — London Universitetində coğrafiya professoru və İngilis Kral Coğrafiya Cəmiyyətinin ikinci başçısı.
Helford Makkinder | |
---|---|
ing. Halford Mackinder | |
Doğum adı | Halford Jdanella |
Doğum tarixi | 15 fevral 1861[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 mart 1947[1][2][…] (86 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | coğrafiya, sosial-iqtisadi coğrafiya[d] |
İş yerləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəO, vəzifələrini icra edərkən, eyni zamanda dünya müharibəsinə gətirib çıxaran və təxminən 12 milyondan çox insanın ölümünə səbəb olan "Qara Hakimiyyət Nəzəriyyəsi"ni ortaya qoymuşdur. Makkinder öz fikirlərini 1919-cu ildə nəşr etdirdiyi "Demokratik ideallar və gerçək" adlı əsərində ifadə etmişdir. Həmin fikirləri bu şəkildə təsnifatlandırmaq olar: "Şərqi Avropa ilə Sibir bölgəsi dünyanın "Heartlandı"nı (Ürək sahəsi) yaradır. Heartlandın ətrafındakı Balkanlardan Çinə qədər uzanan sahə isə "İç və ya Kənar Aypara", ya da "Rimland" qurşağıdır. Bunun xaricində qalan Amerika- Afrika- Avstraliya- Yaponiya xətti isə "Xarici və ya Kənar Aypara", ya da "Dünya Adasının Peykləri" olaraq qəbul edilir". Makkinder dünyanı bu şəkildə təsnifatlandırdıqdan sonra, nəzəriyyə kimi formalaşmış fikrini bu şəkildə inkişaf etdirmişdir: "Şərqi Avropaya hökm edən bir dövlət Heartlanda hakim olar. Heartlanda hökm edən isə əvvəlcə "İç və ya Kənar Aypara", ya da "Rimland"a hökm edər. Sonra da "Xarici və ya Kənar Aypara"ya, yəni bütün dünyaya hakim olar."
"Quru Hakimiyyət Nəzəriyyəsi" kimi tanınan bu fikirdə müsəlman Türk dünyasının yeri "Daxili və ya Kənar Aypara" qurşağı içindədir. Haushofer və Makkinderin fikirləri xüsusilə Hitler tərəfindən qəbul olunmuş və İkinci dünya müharibəsi zamanı tətbiq mərhələsinə qədəm qoymuşdur. Daha sonra Sovet Rusiyası bu fikri reallaşdırmaq üçün 70 il boyunca Avrasiyanı qan gölünə çevirmişdir.
Makkinderin bu fikrinə zidd fikirlər inkişaf etdirilmiş və bu mövzuda Amerika Birləşmiş Ştatları (ABŞ), xüsusilə "Kənar Qurşaq Nəzəriyyəsi", "Dəniz Hakimiyyət Nəzəriyyəsi" və "Hava Hakimiyyət Nəzəriyyəsi"ni ortaya atmışdır. ABŞ-nin Yale Universitetində beynəlxalq münasibətlər üzrə professor Nicholas J. Spykman (1893-1943) Makkinderin fikirlərinə qarşı bir başqa fikir inkişaf etdirmiş və "Kənar Qurşaq Nəzəriyyəsi"ni irəli sürmüşdür. Bu fikirlə hakim güc Heartland deyil, Xarici-Kənar Aypara üzərindəki ölkələrdir. Bunların başında ABŞ gəlir. Ancaq Heartlanda çatmaq üçün Daxili-Kənar Ayparanın, yəni müsəlman Türk dünyasının ələ keçirilməsi şərtdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Crone G. R. Halford Mackinder // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Who's who (brit. ing.). (untranslated), 1849. ISSN 0083-937X